Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nüvə silahı dövrü bitdi: Bioloji silah sahibləri dünya hökmranlığını ələ keçirə bilər

 Bəzi ehtimallara görə, hansısa “dərin güclər” bioloji silahlar vasitəsilə dünya düzənini dəyişərək, yenidən dizayn etmək niyyətinə düşüblər... Yəqin, elə hesab edirlər ki, dünyanın həm indiki, həm də gələcək taleyini müəyyənləşdirmək hüququ yalnız onlara məxsus olmalıdır...

Anlaşılan odur ki, nüvə dövlətlərinin onilliklərlə davam etmiş dünya hegemonluğu dövrü artıq sona çatıb... Bioloji silaha və onun antivirusuna sahib olanlarsa, hər kəsə öz iradələrini qəbul etdirmək və bəşəri hökmranlıq şansı qazana bilərlər...

Koronavirus böyük sürətlə bütün dünyanı işğal etməyə başlayıb. Hazırda bu qorxunc virusa yaşıl planetin demək olar ki, bütün ölkələrində rast gəlinib. Sonu necə olacaq, bu, hələ bilinmir. Hətta heç təsəvvür belə, olunmur.

Ancaq mövcud olan bir reallıq var. Yalnız ayrı-ayrı ölkələrdə deyil, ümumiyyətlə, bütün dünyada hər şey dəyişib. Yəni dünya artıq bir neçə ay əvvəlkindən ciddi şəkildə fərqlənir.

“Koronavirusun hücumu”ndan əvvəl dünya bir başqaydı. İnsanlar bir-biriylə daha rahat ünsiyyət qururdular. Dövlətlərarası münasibətlər daha intensiv idi, pozitiv xarakter daşıyırdı.

175126_300.jpg (54 KB)

Eyni zamanda, əvvəlki dünyanın fərqli qayda-qanunları var idi. Planetin konkret idarəetmə sistemi mövcuduydu. Hətta əvvəlki dünyanın qayda-qanunları, idarəetmə sistemi planetin əhalisini tam qane etməsə də, nə qədər ədalətsiz, hətta zorakı olsa da, hər halda, həyatın və sivilizasiyanın inkişaf axarını tənzimləyə bilirdi.

Koronavirusdan öncəki dünyanın öz jandarmları var idi. Nəhəng dövlətlər planetin resurslarının böyük bir hissəsini mənimsəmişdilər. Xırda dövlətlərə isə sadəcə, onların mövcud ola biləcəkləri qədərini buraxmışdılar.

Planet isə ümumilikdə bir neçə superdövlət tərəffindən idarə olunurdu. Dünyada bütün proseslər, yalnız onların siyasi iradələrinə və maraqlarına uyğun cərəyan edirdi. Həmin iradədən kimsə kənara çıxa bilməzdi və onların maraqlarına zidd gedə bilməzdi.

Səbəb isə çox sadəydi. Dünyanı idarə etməyə çalışan həmin superdövlətlər nüvə silahına sahibdirlər. Və bu silah bütün beynəlxalq ziddiyyətlərin həllində, problemlərin müzakirəsində əsas açaq alət rolunda çıxış edirdi.

Картинки по запросу "nüvə silahı"

“İpə-sapa yatmağa yanaşmayan dövlətlər”ə nüvə silahının neçə dəhşətli alət olduğunun açıq və ya üstüörtülü mesajı verilirdi. Və hər kəs reallığı qəbul edib, öz küncünə çəkilirdi.

Ən əsası isə beynəlxalq siyasət məkanında həlledici qarşıdurmalar da elə məhz həmin dünya nəhəngləri arasında baş verirdi. Çünki hər dünya nəhəngi planetdə maliyyə-iqtisadi, hərbi-siyasi hökmranlığın tək ünvanı olmaq uğrunda rəqibləriylə amansız mübarizə aparırdı.

Ola bilsin ki, yeni dünyanın dəyişməkdə olan şərtləri də məhz həmin nəhənglərin amansız mübarizəsinin inikasıdır. Güman ki, onlardan hansısa, bəşəriyyətə meydan oxumaq, dünyanı təkbaşına, şəriksiz idarə etmək niyyətində olduğunun mesajını vermək istəyir. Və mövcud situasiyaya əsasən həmin istəyə müəyyən mənada nail olunmuş kimi də görünür.

Çünki dünya artıq ciddi şəkildə dəyişib. Bundan sonra yəqin ki, daha heç nə əvvəlki kimi olmayacaq. Dünyanın əvvəlki kimi deyil, yeni situsiyaya uyğun idarə ediləcəyi daha inandırıcı görünür.

728727_600.jpg (126 KB)

Məsələ ondadır ki, bəşəriyyət ilk dəfə öldürücü virusların nə qədər təhlükəli olduğuna şahidlik etdi. Düzdür, bundan öncə də analoji viruslar dünyanı silkələmişdi. Ancaq onların heç birisinin insan övladının psixologoyasına təsiri koronavirus yaratdığı sarsıdıcı effekti buraxmamışdı. Heç bir dövlət bu qədər aciz duruma düşməmişdi.

Belə ki, koronavirus sözün əsl mənasında, əvvəlcə bir-birinin ardınca ölkələri daha sonrasa, bütün dünyanı işğal edib, öz təsiri altına aldı. Bu situasiyada ən pis məqam ondan ibarətdir ki, hələlik çıxış yolu tapılmayıb. Hətta tapılıb-tapılmayacağı da məlum deyil.

Nəticə isə göz qabağındadır. Bütün dünya müəyyən mənada, koronavirusa təslim olmuş kimi görünür. Və bütün dövlətlər bu bəşəri fəlakətdən xilas olmaq üçün hər şeyə hazırdırlar.

Maraqlıdır ki, belə vəziyyət bir sıra önəmli və xoşagəlməz ehtimallara da yol açmaqdadır. Belə ki, artıq koronavirusun təbii fəlakət ola biləcəyinə inananların sayı kəskin şəkilədə azalmaqdadır.

Картинки по запросу "биологическая война" 

Əksər ehtimallar bu fəlakətin insan beyni sayəsində planlandığı və ya ssenariləşdirildiyi üzərində qurulmağa başlayıb. İndi əsas ehtimallar bu epidemiyanın hansısa superdövlət və ya gizli iradə mərkəzi tərəfindən törədilə biləcəyi ilə bağlı şübhələrlə yüklənib. Və bu, elə də əsassız görünmür.

Belə ehtimallara görə, hansısa gizli güc mərkəzi bioloji silah kimi istifadə etdiyi koronavirusun bəşəriyyət üzərindəki mövcud təsirini ssenariləşdirərək, dünya düzənini dəyişmək niyyətinə düşüblər.

Yəni kimlərsə, dünyanı yenidən dizayn etməyi qərarlaşdırıblar. Və həmin “qaranlıq güclər” hesab edirlər ki, dünyanın həm indiki, həm də gələcək taleyini müəyyənləşdirmək hüququ yalnız onlara məxsus olmalıdır. Dünyada hər kəs onların istədiyi kimi yaşamalıdır, hər bir dövlət onların maraqlarının təminatçısı olmalıdır, planetin resurslarını onlar bölüşdürməlidirlər, bütün maliyyə-iqtisadi mexanizmlər onların sərvətini artırmaq üçün xidmət etməlidir və s.

Əgər, doğrudan da belə bir niyyət mövcuddursa, bu, bütün dünyanın həmin “qaranlıq güclər” tərəfindən girov alınması anlamı daşıya bilər. Ən önəmli məqam ondan ibarətdir ki, bu niyyətin daşıyıcısı sadəcə, hansısa ölkə deyil, nəhəng dövlətləri səhnəarxasından idarə etmək qüdrətinə sahib olan “dərin güclər” də ola bilər.

images (1).jpg (29 KB)

Bütün bunlar və hazırda baş verənlər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Anlaşılan odur ki, bundan sonra dünyanı artıq əvvəlki kimi nüvə dövlətləri idarə etməyəcəklər. Nüvə dövlətlərinin onilliklərlə davam etmiş hegemonluq dövrü artıq sona çatmış kimi görünür.

Koronavirusun yaratdığı beynəlxalq qorxu effekti birmənalı şəkildə sübuta yetirdi ki, bioloji silah dünyanın idarə edilməsində daha təsirli biətetdirmə alətidir. Antivirusa sahib olmayanların bioloji silahın qarşısında duruş gətirməsi demək olar ki, inandırıcı görünmür.

Ona görə də, belə anlaşılır ki, dünya üzərində hökmranlıq bioloji silaha sahib olanların əlinə keçə bilər. Nüvə silahı isə artıq zamanını doldurmuş hərbi-siyasi təzyiq vasitəsi kimi nisbətən arxa plana keçəcək. Bioloji silaha və onun antivirusuna sahib olanlarsa, hər kəsə öz iradələrini qəbul etdirmək şansı qazana bilərlər.

Hətta koronavirus insan beyninin məhsulu olmamış olsa belə, yaxın gələcək üçün bu ehtimal öz aktuallığını birmənalı şəkildə qoruyub, saxlayacaq. Çünki koronavirusun yaratdığı beynəlxalq xaos effekti dünya hökmranlığına can atanları bundan sonra nüvə silahına deyil, məhz bioloji silahın istehsalına meylləndirəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam