Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Milli Şuranın "özfəaliyyətinə" bir neçə söz...

 

 

Siyasət böyük elmdir, bura "ağzına gələnləri danışanların", öz şəxsi, xəbis mənafelərini milli, dövlət mənafeyindən üstün tutanların, başqalarının əlində maşa rolunu oynayanların yeri deyildir!

Yenixeber.org: Özünü "Milli Şura" adlandıran, ancaq məlum xarici güvvələrin təşəbbüsü ilə formalaşan və "fəaliyyətini" davam etdirən, millilikdən uzaq olan bir qrupda toplaşan "siyasət tör-töküntülərinin" videokonfrans adlandırdıqları, etikadan kənar ifadələrlə "bəzədilmiş" məzhəkəyə baxdım. Bir daha aydın oldu ki, demokratiyadan, insan haqlarından həmişə ağızdolusu danışan bu üzdəniraq "siyasətçilərin" əslində nə demokratiya, nə də insan haqları haqqında elementar təsəvvürləri belə yoxdur. Onlara xatırlatma: cənablar, demokratiyanın bir sıra fundamental prinsipləri vardır ki, onlardan da ən əsasları əks fikirliliyə hörmət, oponetlərinə münasibətdə etik davranış qaydalarına riayət etməkdir. Videokfrans boyu səsləndirilən "yaramaz gədə", "yaramazlar", "iki üzlü", "riyakar", "üzdəniraq", "rusvayçı", "Mən çox təəssüf edirəm ki, 41-45-də Hitler qeyləri qırıb qurtarmadı..." kimi ifadələr özünü "insan haqları uğrunda mübariz" elan edən siyasətçilərə yaraşarmı və belələrini siyasətçi adlandırmaq olarmı? Ən acınacaqlı hal odur ki, bu cür təfəkkürə sahib olan üzdəniraq "siyasətçilər" hakimiyyətə gəlmək istəyirlər!? Oppnetlərini "bədbəxtlər", "bitmiş siyasətçi" adlandıranlar heç olmasa gündə bir dəfə olsa da, güzgüyə baxırlarmı? Bədbəxt, bitmiş siyasətçilər kimlərdir cənab Cəmi Həsənli və qadına yaraşmayan ifadələr işlədən Gültəkin xanım? Necə olur ki, sizlər Milli Məclisə "seçiləndə", sizlərə firavan həyat bəxş ediləndə bu iqtidar, onun Prezidentləri möhtəşəm, hər şeyə qadir idilər, seçilməyəndə antidemokratik, insan haqlarını pozan olurlar? Məgər aydın deyil ki, sizin və sizin kimilərin "fəaliyyəti" ölkəmizdə azad, ədalətli, demokratik cəmiyyətin qurulmasına yox, revanş almağa hesablanıb?

Videokonfransın xeyli hissəsinin milli mentalitetimizə təmamilə yad olan "qərbin bir nömrəli prioritet" saydığı, "həssas yanaşdığı", mövzulara, o cümlədən seksual azlıqların hüquqlarının qorunmasına həsr edilməsində məqsəd nə idi? Və ya aydın deyilmidir ki, əsas məqsəd hesabat verdikləri, tapşırıqlarını canla-başla yerinə yetirdikləri xarici dairələrin tapşırığını yerinə yetirmək, onlara xoş gəlmək, eyni prinsipləri bölüşdüklərini nümayiş etdirməkdir?

Siyasət böyük elmdir cənablar, bura ağına-bozuna fikir vermədən "ağzına gələnləri danışanların", öz şəxsi, xəbis mənafelərini milli, dövlət mənafeyindən üstün tutanların, başqalarının əlində maşa rolunu oynayanların yeri deyildir!

P.S. Mən Milli Şuranın "fəaliyyətini" vaxtaşırı izləyirəm. Ancaq indiyədək bu "Şuranın" iç üzünü açan belə "toplantı"nı xatırlamıram! Beləcə də davam edin cənablar.

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam