Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müsavat İsa Qəmbərin yaratdığı mərkəzdən ayrılıb

 

“Demokratiya və İnsan Haqları Mərkəzi artıq mövcud deyil”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
Onun sözlərinə görə, Müsavat Partiyasının da təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi öz funksiyasını itirib:“Mərkəz ilk növbədə siyasi məhbusların hüquqlarını müdafiə məqsədi ilə yaradılmışdı və burada həm də müəyyən demokratik islahatlar mövzusunda məsələlər müzakirə olunurdu. Ancaq son vaxtlar Mərkəzdə daha çox hakimiyyətlə əlaqələr, hakimiyyət nümayəndələri ilə siyasi partiyaların müzakirələr mövzusu ön plana keçdi. Ona görə də faktiki olaraq ilk dövrdə yaranmış insan haqları və demokratik islahatlarla bağlı əməkdaşlıq Mərkəzi öz funksiyasını itirdi. Son zamanlar Mərkəzin toplantıları keçirilmir. Eyni zamanda mən Mərkəzin toplantısında Müsavat Partiyası adından bəyan etdim ki, yalnız insan haqları və demokratik islahatlar mövzusu müzakirə olunacaqsa, məni də həmin müzakirələrə dəvət edə bilərlər, bura toplaşan siyasi partiyalar arasında gedən digər müzakirələrin Müsavat Partiyasına aidiyyatı yoxdur. Mənə elə gəlir ki, Demokratiya və İnsan Haqları Mərkəzi artıq mövcud deyil”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə APA-ya açıqlamasında A. Hacılının fikirləri ilə razılaşmayıb: “Kiminsə Mərkəzdə olmaması o demək deyil ki, Mərkəz öz funksiyasını itirib. Mərkəz öz funksiyasını və fəaliyyətini davam etdirir. Ordan ayrılmaq da hər kəsin hüququdur”.
Xatırladaq ki, Mərkəz Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam