Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“El” Hərəkatının üzvləri istefa verə bilər

 

 

     "xeberinfo.com:“El” Hərəkatının Milli Şura ilə bağlı verdiyi bəyanata görə qurumda qalıb-qalmamaqla bağlı qərar vermək “El” Hərəkatının Milli Şurada olan üzvlərinin ixtiyarına buraxılıb.

 

     Hərəkatın Milli Şurada təmsil olunan funksionerləri isə qurumdan istefa verməyi istisna etməyiblər.
      Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev  açıqlamasında bildirib ki, Milli Şuranın saxlanılmasında maraqlı olsa da, qurumda müəyyən dəyişikliklər olmasa, istefa verə bilər: “Mən bütün açıqlamalarımda bildirmişəm ki, Milli Şuranın güclənməsinin, mübarizə fəlsəfəsinin dəstəklənməsinin tərəfdarıyam. İstefa barədə hələ düşünmürəm. Lakin Milli Şuranın fəaliyyət proqramı olmasa, irəli sürülən mütərəqqi təkliflərə əhəmiyyət verilməsə, əlbəttə ki, hər kəs orda qalıb-qalmamaq haqqında düşünəcək”.
 
     “El” Hərəkatının sədr müavini Köçəri Nağıbəyli isə  açıqlamasında Milli Şurada qalıb-qalmamaqla bağlı yaxın günlərdə qərar verəcəyini bildirib: “Milli Şura təşkilatların deyil, fərdlərin birliyidir. Ona görə də kim istəyirsə, qurumda qalır, istəməyən də gedir. Bu, hər kəsin müstəsna hüququdur. Mənim bu barədə hələ ki son qərarım yoxdur. Ola bilsin ki, qurumun sessiyasında qərarımı açıqlayım”.
 
        Hərəkatın İdarə Heyətinin üzvü Rövşən Əhmədli isə bildirib ki, əslində Milli Şura yaranmayıb. Onun fikrincə, Milli Şura ənənəvi müxalifətin əvvəlki formatlarından fərqli olmayan bir quruma çevrilib: “Milli Şura İctimai Palata kimi bir əməkdaşlıq blokuna çevrilib. Amma Mili Şura bu prinsiplər əsasında yox, hüquqi dövlət quruculuğuna keçidin formalaşdırılması üçün yaradılmışdı. Amma göründüyü kimi, bunun əvəzinə əvvəlki qaydada olan qurum yaradıldı. Milli Şura iddialı partiyaların çəkişmə yeri olmalı deyildi. Bu gün Milli Şuranı yenidən formalaşdırmaq əsas şərtlərdən biridir. İstefa vermək isə hər zaman mümkündür”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam