Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

TÜRKİYƏNİN “KEÇİTKALE” HƏMLƏSİ -Ankara Aralıq dənizində əsas söz sahiblərindən birinə çevrilir

 

Artıq xeyli müddətdir ki, Türkiyə Aralıq dənizinin şərq hissəsində, Şimali Kipr Türk Respublikası sahillərinə yaxın ərazidə neft axtarışı həyata keçirir. Lakin Türkiyənin bu fəaliyyəti Yunanıstan, Kipr və İsrailin böyük narazılığına səbəb olub.

Yenixeber.org: Məsələ ondadır ki, Türkiyə bu fəaliyyəti nəticəsində böyük mənfəət əldə etməklə yanaşı, Aralıq dənizinin bütün şərq hissəsinin əsas söz sahibinə çevrilə bilər. Qeyd edək ki, Türkiyə üç tərəfdən dənizlərlə əhatə olunsa da, hələ ki, böyük dəniz dövləti kimi tanınmır. Düzdür,Türkiyənin güclü dəniz donanması var, amma quru qoşunları ilə müqayisədə, bu hərbi sektor bir qədər geri qalır. Onu da unutmaq lazım deyil ki,16-17-ci əsrlərdə Osmanlı möhtəşəm armadası sayəsində Aralıq dənizində hakim mövqedəydi.

Hazırda əlbəttə ki, Türkiyəni qətiyyən ekspansionist siyasət yürütməkdə günahlandırmaq olmaz. Çünki rəsmi Ankara sadəcə haqqı olana yiyələnmək istəyir.

Digər yandan belə bir sual yaranır ki, necə olur Çin Rusiya ilə Aralıq dənizində müştərək hərbi manevlər keçirə bilər və hələ üstəlik Avropa ölkələri onu dost qəbul edə bilərlər, ancaq Türkiyə öz akvatoriyasında kəşfiyyat –qazma işləri apara bilməz? 

Cavab məlumdur - qonşu ölkələr Türkiyənin möhkəmlənməsini və qüdrətlı dövlət olmasını istəmirlər. Təbii ki,bunu da anlamaq olar, beynəlxalq siyasətdə belə şeylər təbiidir. Ona görə də,Türkiyə öz təhlükəsizliyinin təminatı üçün gərkli olanı edir.

 

 

Bir müddət əvvəl Türkiyə Kipr adasının şimalındakı Şimali Kipr Türk Respublikasının ərazisində yeni aviabaza açmağa qərar verib. Sözügedən məsələ ilə əlaqdar Türkiyənin “Hürriyyət”qəzetində maraqlı məqalə dərc edilib.

Qısa ixtisarlarla təqdim etdiyimiz həmin məqalədə deyilir: ”Türkiyə yeni strateji addım ataraq Aralıq dənizinin şərqində Şimali Kipr Türk Respublikası ərazisində “Pilotsuz Uçuş Aparatları”(PUA) üçün aviabaza yaratmaq qərarına gəlməklə, regiondakı mövqeyini daha da gücləndirib. Şimali Kiprdəki “Keçitkale -PUA” bazasının yaradılması, Türkiyədən və Şimali Kipr Türk Respublikasından (ŞKTR) yan keçməklə Aralıq dənizinin şimal hissəsindəki enerji resurslarının bölüşdürlməsinə can atan “yunan və kiprli-yunan” dueti üçün yeni zərbə oldu. ŞKTR nazirlər şurası “Keçitkale”də Türkiyənin baza yaratmasını qəbul edib.

                          Uçuş zolağı və anqarlar hazırdır

Şimali Kiprin yeganə mülki hava limanı olan “Ercan” aeroportundan 40 kilometr şərqdə yerləşən və 1982-ci ildə tikilən “Keçitkale” Türkiyə hərbi təyyarələrinin enişi üçün nəzərdə tutulmuşdu.

İndiyədək hərbi məqsədlər üçün istifadə edilməyən “Keçitkale” aeroportu hava idman növləri federasiyasının təyyarələrinə xidmət göstərib.Türkiyə hərbi qüvvələri baş gərgahının baxış keçirdiyi aeroport ərazisində hərbi təyyarələr üçün nəzərdə tutulmuş uçuş zolağı, böyük anqarlar, dispetçer qülləsi yerləşir.

 

 

2010-cu ildə “Keçitkale” aeroportu yük təyyarələrinə xidmət üçün 15 illik müddətinə kiprli türk biznesmen Asil Nadirə icrayə verilmişdi. Şimali Kipr nazirlər şurası müqavilədə nəzrdə tutulan bəndlərə uyğun olaraq icarə müqaviləsinə xitam verib.Türkiyə pilotsuz aparatlarının Şimali Kiprdə yerləşdiriləcəyi xəbəri yunan KİV-lərində gündəmin əsas mövzusuna çevrilib. Qəzetlər yazırlar ki, türklər birbaşa onların burunlarının ucunda baza quracaq və Kipr adasının yunan hissəsinin hava məkanına nəzarət edəcəklər.

                        Bölgədə üstünlük yaradacaq addım

“Geçitkale” sayəsində Aralıq dənizinin şərq hissəsini müşahidə etmək mümkün olacaq. Adanın yunan hissəsində Böyük Britaniyanın aviabazası yerləşir. Kiprli yunanlar həmçinin öz aviabazalarını Fransa və İsrailin üzünə açıblar. Kiprin yunan tərəfi İsraildən altı ədəd PUA alıb.İndi isə Kiprdə Türkiyə aviabazası olacaq.

 

 

Türkiyə “Pilotsuz Uçuş Aparatı” Konya və Muğladan uçaraq, Kipr rayonunda qazma işləri aparan “Fatih” və “Yavuz” gəmilərinin müdafiəsini təmin edib. Artıq Türkiyə yeni baza sayəsində nəzarət dipaozununu genişləndirəcək. Bundan sonra türk gəmiləri daha uzaq məsafələrdə qazma işləri həyata keçirə biləcəklər.

                                             “Milçək uçarsa görəcəyik...”

Şimali Kipr Türk Respublikasının baş naziri Ersin Tatar “Hürriyət” qəzetinə verdiyi müsahibəsində deyib: “Bu,vaxtında atılmış addımdır.Yeni baza sayəsində bizim razılığımız və istəyimiz olmadan Arlalıq dənizinin şərqində nə quş, nə də milçək uça biləcək. Yeni baza Türkiyə və Şimali Kipr Türk Respublikasını və şərqi Aralıq dənizindəki “Mavi vətən” sularını qoruyacaq. Elə ki, bizə baza barəsində sifariş gəldi, onda biz bütün bürokratik prosedurları bir kənara atıb, dərhal nazirlər şurasındakı həmkarlarımızla bunu qəbul etdik və “Keçitkale” bazasını adadakı türk sülh qüvvələrinin ixtiyarına verdik”.

 

 

Göründüyü kimi, Türkiyənin regionda apardığı uğurlu fəaliyyət qardaş ölkənin strateji mənafelərinə xidmət edir. Və rəsmi Ankara qətiyyətli mövqeyini saxlayacağı təqdirdə dünya birliyinin Türkiyə və onun getdikcə artan nüfuzu ilə hesablaşmaqdan başqa çarəsi olmayacaq.(azpolitika)

Vaqif NƏSİBOV 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam