Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyəyə böyük təhdid:Dərhal baza yaradaq!

 

Avropa Birliyi və ABŞ-ın tərəfli mövqeyi Türkiyənin və Kipr türklərinin haqq və mənfəətlərinin qəsb edilməsi təşəbbüslərinin davam etdirilməsinə səbəb olub. Türkiyə Kiprdə təcili şəkildə dəniz və aviabazalar qurmalıdır.

Yenixeber.org: Bu sözləri Türkiyədə keçirilən “Şərqi Aralıqdan Bəsrəyə qədər böhranlar və nizam” adlı simpoziumda çıxış edən Baxçaşəhər Kipr Universitetinin Dəniz Hüququ Tətbiqetmə və Araşdırma Mərkəzinin sədri Emete Gözügözəlli deyib.

Professor dünyada artan rəqabət mühitinin bölgə ölkələrinin hərbi fəaliyyətlərinə də təsir göstərdiyini, hidrokarbon resurslarının kəşfi ilə Aralıq dənizinin enerji uğrunda mübarizə aparan dövlətlərin diqqət mərkəzinə çevrildiyini bildirib.

“Bu vəziyyət beynəlxalq ölçüdə əməkdaşlıqla birlikdə həmçinin mübarizə mühitini də yaratmışdır. Yaşanan hadisələr Türkiyənin Aralıqdakı vəziyyəti təhlükəsizlik problemindən daha çox müqəddərat məsələsi kimi qiymətləndirmək zərurətini ortaya qoyub. Artan risk və təhdidlər Türkiyənin Aralıq dənizində daha aktiv olmasını təmin edib. Bölgə coğrafiyasının təhlükəsizliyi və sabitliyi Türkiyə olmadan təmin edilə bilməyəcək xarakterdədir”, - Gözügözəlli qeyd edib.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam