Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Şimali Kiprdə hərbi baza qurmağa başlayıb-PUA-lar üçün

 

Türkiyə Şimali Kiprdə silahsız və silahlı pilotsuz uçuş aparatları (PUA) üçün hərbi hava bazası qurmağa başlayıb.

Yenixeber.org: “Hürriyet” qəzetinin verdiyi məlumata görə, Şimali Kipr Türk Cümhuriyyəti Nazirlər Kabinetinin qərarından sonra Mersindən mal və materiallar yüklənmiş hərbi gəmilər yola çıxıb.

Hərbi bazanın qurulması üçün Çətinqala hava aerodromu seçilib. 1982-ci ildə Türkiyə qırıcı təyyarələrinin enməsi üçün qurulan Çətinqala aerodromu Şimali Kiprdəki yeganə mülki hava limanı olan Ercan hava limanından 40 km şərqdə yerləşir. Aerodrom 2010-cu ildə kiprli iş adamı Asil Nadirə yük təyyarələrinin enişi üçün 15 illiyinə kirayələnib. Ancaq kirayə müqaviləsində təhlükəsizlik səbəbindən müqavilənin ləğv edilə biləcəyi barədə müddəa yer alıb. Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat quyularının qazılmasını həyata keçirən gəmilərinin mühafizəsini artıq Konya və Muğladan deyil, Şimali Kiprdə yaratdığı hərbi hava bazasından qalxacaq silahsız və silahlı PUA-lar vasitəsi ilə həyata keçirəcək.

Türkiyənin Şimali Kiprdə hərbi hava bazası yaratması Şərqi Aralıq dənizində Yunanıstan, Cənubi Kipr və İsraillə enerji qaynaqları uğrunda mübarizə istiqamətində atdığı strateji həmlə sayılır. Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar bildirib ki, bu addım Türkiyə və Şimali Kiprin Şərqi Aralıq dənizində nəzarətini tam təmin edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam