Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Aralıq dənizinin şərq sahilləri uğrunda - mübarizə şiddətlənir

İsrail də Yunan Kiprinin yanında yer aldı, Türkiyənin neft bölgəsinə ikinci gəmini göndərməsi region ölkələrini həyəcanlandırıb

Yenixeber.org:  Türkiyəyə məxsus ikinci geoloji kəşfiyyat gəmisinin də Aralıq dənizində fəaliyyətə başlaması Yunanıstanda ciddi etiraz doğurub. Qeyd edək ki, Türkiyəyə məxsus “Fatih” geoloji kəşfiyyat gəmisi may ayında Kipr adasının qərbində axtarış-qazma fəaliyyətinə başlayıb. Türkiyəyə məxsus ikinci geoloji kəşfiyyat gəmisi “Yavuz” isə bu günlərdə Kiprin Karpaz yarımadasının cənubunda açıq dənizdə fəaliyyətə başlayıb.

Ancaq Türkiyənin beynəlxalq razılaşmalara əsaslanan bu addımı Avropa Birliyi və Yunanıstan tərəfindən sərt tənqidlə qarşılanıb. Yunanıstan xarici işlər naziri Nikos Dendias “Türkiyə Şərqi Aralıq dənizinin ərköyün uşağı olmaqdan imtina etməlidir” deyib.

Türkiyə XİN isə yaydığı rəsmi açıqlamada Yunanıstan hökumətinin özünü ərköyün uşaq kimi apardığını, Cənubi Kiprin isə özünü Avropanın tənbəl uşağı kimi apardığını qeyd edib. Nazirlik açıqlamada “Fatih” gəmisinin Türkiyə hökumətinin 2009-2012-ci illərdə “Türkiyə Petrolları” şirkətinə verdiyi lisenziya əsasında, eləcə də Türkiyə hökumətinin BMT-yə deklarasiya verdiyi qitə suları daxilində fəaliyyət göstərdiyi qeyd olunub.

“Yavuz” gəmisi isə Karpaz yarımadasında Şimali Kipr Türk Respublikasının 2011-ci ildə “Türkiyə Petrolları” Neft Şirkətinə verdiyi lisenziya əsasında Şimali Kipr üçün axtarış-kəşfiyyat işləri həyata keçirir. Türkiyə XİN bildirir ki, Cənubi Kipr hökumətinin beynəlxalq hüquqa zidd olaraq adanın bütün hissəsinin təmsilçisi olaraq Avropa Birliyi üzvü olması Kipr türklərinin leqal haqlarını və maraqlarını qəsb etmə haqqı vermir. Türkiyə hökuməti Avropa Birliyi və yunan tərəfinin Kiprin ehtiyatlarının istismarı məsələsində türk əhalinin maraqlarını nəzərə almamasını tənqid edib və bu vəziyyətin AB-nin Kipr müzakirələrində tərəfsiz mövqe nümayiş etdirməsinin inandırıcı olmadığını qeyd edib.

Aralıq dÉnizinin ÅÉrq sahillÉri uÄrunda mübarizÉ ile ilgili görsel sonucu

Qeyd edək ki, ötən ilin yayında açıqlanan rəqəmlərə əsasən Şərqi Aralıq dənizi hövzəsində 3 trilyon dollar dəyərində hesablanan qaz yataqları var. Bu isə Türkiyənin 572 illik qaz ehtiyacı deməkdir.

Ancaq bu qədər böyük sərvətin ciddi müştəriləri var. Söhbət Türkiyə və Kiprlə yanaşı, Yunanıstan, Cənubi Kipr, İsrail, Livan, Liviya və Misirdən gedir. Məsələ ondadır ki, indi Türkiyə ilə Misir, İsrail və Yunanıstan arasında problemlərin olduğu bir zamanda adıçəkilən ölkələr bölgədə birgə fəaliyyət göstərmək və Türkiyəni yalnız qoymağa çalışırlar. Hətta bu ilin yayında Türkiyə hərbi gəmiləri Kipr sahillərində kəşfiyyat fəaliyyətləri göstərən İtaliyanın “Eni” şirkətinə məxsus gəminin fəaliyyətini dayandırmağa məcbur edib.

Məsələ ondadır ki, Aralıq dənizinin şərqində yerləşən ehtimal olunan qaz yatağı bölgəsi beynəlxalq hüquq və BMT qərarlarına əsasən neytral ərazilərdə yerləşir. Yunanıstan isə bölgədən xeyli uzaqda yerləşir. Ancaq yunanlar bu məsələdə daha cəld hərəkət edərək Türkiyənin İsrail və Misirlə münasibətlərində olan soyuqluqdan istifadə edərək bu ölkələrlə Yunan Kipri arasında anlaşma imzalamağa çalışır. Bir mənada artıq ilkin razılaşmalar mövcuddur.

Yeri gəlmişkən, iyulun 10-da Şərqi Aralıq dənizi mübahisələrinə İsrail tərəfi də qoşulub. İsrail XİN sözçüsü Emmanuel Nahşon Ankaranın Aralıq dənizində kəşfiyyat fəaliyyətlərini nəzərdə tutaraq bəyan edib ki, onun hökuməti Türkiyənin Aralıq dənizindəki fəaliyyətlərini “narahatlıqla izləyir”. İsrail XİN sözçüsü deyib ki, onlar Cənubi Kipr hökumətinin yanındadırlar və yunan Kipri hökumətinin “haqlarının pozulmasına” qarşıdırlar.

Amerikanın âExxon Mobilâ ÅirkÉti, âQatar Petroleumâ ile ilgili görsel sonucu

Xatırladaq ki, ötən il  noyabrın 10-da Amerikanın “Exxon Mobil” şirkəti, “Qatar Petroleum” və Cənubi Kipr hökumətinin birgə “Eksklüziv İqtisadi Zonada” ərazisində yerləşən 10-cu bölgədə təbii qaz kəşfiyyat işlərini başlatdığını elan edib. Bundan öncə isə ABŞ dövlət katibinin enerji məsələləri üzrə müavini Frensis Fannon Kiprə səfər edib. O da məlum olub ki, hazırda qeyd olunan bölgədə qaz kəşfiyyatını Britaniyaya məxsus “Stena Icemax” gəmisi həyata keçirir. Onun ətrafında isə bir sıra ölkələrin, o cümlədən ABŞ-ın hərbi gəmisi keşik çəkir.

Hazırda dünyanın böyük dövlətləri məhz bu bölgədə kəşf olunmuş enerji ehtiyatlarının istismarı layihəsində iştirak etmək, başqa sözlə, pay qoparmağa çalışır. Təbii ki, bütün sahil ölkələri, həmçinin ABŞ, Rusiya, Qətər kimi iri neft-qaz ölkələri, də bu layihədə iştirak edir. Türkiyə isə həm özünün dəniz sahilləri, həm də Şimali Kiprin sahil ərazilərində çıxarılacaq enerji ehtiyatına haqq iddia edir. Ancaq kifayət qədər mürəkkəb və günü-gündən gərginləşən bu bölgədə anlaşma elə də asan görünmür. Anlaşılan odur ki, Yunanıstan, İsrail, Misir kimi ölkələr Türkiyə qarşısında yer alıb. ABŞ da bu cəbhəyə dəstək verir. Türkiyə isə geri çəkilmək niyyətində deyil. Bir sıra müşahidəçilər dünyanın yeni gərginlik ocağının məhz Aralıq dənizinin şərq sahilləri olacağını qeyd edir.

Qeyd edək ki, Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft ehtiyatlarının olduğu güman edilir. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində Heredot adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir. Bu isə bu günə qədər kəşf olunmuş ən böyük yataqlardan biri deməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam