Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Brilyant məsələsi –“Kristal”dan 13 milyon rublluq oğurluq edən dəstənin başçılarının edamı

 

Brilyant qiymətli təbii daş sayılaraq əsrlər boyu zinət əşyası kimi istifadə olunub. Bu gözqamaşdırıcı daş almazın müəyyən emal prosesindən sonra ənələ gəlir. Brilyant fransız dilindən tərcümədə “parıltı” mənasını verir. Məhz elə insanların zövqünü “heyran” edən də onun parıltısıdır. Amma bu parıltı təkcə zövqlərə xidmət etməyib, bəzi hallarda brilyantın gözqamaşdırıcılığı insanları cinayətə sürükləyib, müttəhimlər kürsüsündə ölüm hökmünü eşitməyə qədər aparıb çıxarıb...

1979-cu ildə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginə Smolenskdəki “Kristal” almaz zavodunda uzun illər davam edən oğurluq haqqında məlumat verəndə baş nazir təəcübünü gizlədə bilməyib:

- Bu mümkün olmamalı idi. “Kristal” SSRİ-nin cibi deməkdir. Bu zavoddan oğurluq etmək SSRİ-nin cibinə girmək deməkdir.
Aleksey Kosıgin istintaq işinə müdaxilə etmək səlahiyyətində olmasa da, o, bu işi şəxsən öz nəzarətinə götürüb.

Qeyd edək ki, Smolensk şəhərində olan “Kristal” zavodu 1964-cü ildən istismara verilib. Zavoda xammal Yakutiyanın almaz yataqlarından daxil olub. Zavodda cilalanma, təraşlanma, kəsmə və emal prosesindən sonra hazır brilyant məhsullar həm SSRİ-də, həm də xarici ölkələrdə satışa çıxarılıb. Mövcud dövr üçün zavodun gəlirlərindən SSRİ-nin büdcəsinə kifayət qədər böyük vəsaitlər daxil olub.

“Kristal” zavodunda oğurluq hallarının qarşısının alınması üçün mümkün olan tədbirlər görülsə də “peşəkarlar” üçün variant tapılıb.

Cəmisi səkkiz illik təhsili olan İvan Kazakov ali təhsilli mühəndislərin, texnoloqların, zavod rəhbərliyinin gözü qarşısında zavodda cinayətkar bir şəbəkə yaratmağa nail olub.

Kazakov əvvəlcə cilalama sexində usta köməkçisi işləyib. Bir müddətdən sonra o, fəaliyyətini cilalayıcı kimi davam etdirməyə başlayıb. Hər gün gözqamaşdırıcı brilyantlara baxıb xəyallar quran Kazakov milyonların içində 150 rubl əmək haqqı ilə yaşamağın “əziyyətini” çəkib və asanlıqla varlanmağın yollarını axtarıb.

Kazakovun diqqətini ilk çəkən almazın kəsilməsi və cilalanması zamanı tullantı tozlar olub. Bu tullantılar zavodda qeydə alınmayıb. O, təxminən bir ay ərzində həmin tullantı tozları yığıb və emal edib. Nəticədə kiçik bir brilyant daş əmələ gəlib.
Kazakov üçün növbəti mərhələ bu daşı zavoddan çıxarmaq məsələsi olub. Daxili rejim qaydalarına görə işçilər səhər işə gələndə xüsusi otaqlarda tam soyunublar və çılpaq vəziyyətdə kiçik dəhlizdən digər otağa keçib işçi paltarlarını geyiniblər. Bu proses həmçinin axşam işdən sonra da təkrar olunub. Deməli, brilyantı çıxarmaq üçün son variant məhsulu bədənə daxil etmək olub. Kazakov kiçik ölçülü daşı ayağının baş barmağının dırnağının altına yerləşdirib. Keçid-buraxılış məntəqəsində heç bir təhlükə yaranmayıb. Kazakov ilk qənimətini zavoddan çıxara bilib.

Elə həmin həftənin şənbə günü Kazakov Mİnskdə qara bazarda xarici geyimlər satan köhnə tanışının yanına yollanıb, brilyantı almağı ona təklif edib. Tanışlar razılığa gəliblər. Düzdür, Kazakov daşı istədiyi qiymətə sata bilməyib, çünki tullantılardan emal olunan brilyant keyfiyyətcə aşağı olub. Amma hər halda bir günün içərisəndə 3-4 aylıq maaşı həcmində həcmində pul qazanmaq ona sərf edib.

İlk “gəlir”indən razı qalan Kazakov “biznes”ini genişləndirmək üçün yeni yollar axtarıb. O, zavodun almaz kəsmə və emal sexlərində işləyən özünə münasib saydığı işçilərə tullantıların yığılmasını xahiş edib və bunun müqabilində onlara hər ay 50 rubl pul verəcəyini vəd edib. 50 rubl həmin işçilərin maaşının üçdə bir hissəsi sayılıb və sözsüz ki, bu məbləğ onlar üçün göydəndüşmə olub. Beləliklə, Kazakovun gəliri aybaay artıb.

Amma Kazakov bununla da kifayətlənməyib. Onu düşündürən daşların keyfiyyət məsələsi olub. O, bu məqsədlə zavodda xammalı qəbul edənlərlə, texniki nəzarət şöbəsi ilə danışıqlara başlayıb. Sövdələşmələr baş tutub, maxinasiyaların miqyası genişlənib, gizli emal olunan aşağı keyfiyyətli məhsullar zavodun rəsmi keyfiyyətli məhsulları ilə əvəzlənib və bu rəsmi sənədlərdə öz əksini tapıb.

40-dan artıq işçi Kazakova işləyib. Zavodun ən nümunəvi işçilərindən biri sayılan Borisenkov və atası Smolensk Daxili İşlər İdarəsinin əməkdaşı olan Kurtenkov Kazakovun ən yaxın köməkşiləri olub.

Hazır məhsulları zavoddan çıxarılması üçün də yeni yollar tapılıb. Dəstə elə zavodda dərman həbləri düzəldən kiçik dəzgah “kəşf” ediblər. Yuyucu tozdan hazırlanan dərman həblərinin içərisinə kiçik daşlar yerləşdirilib. Məhsulun zavoddan çıxarılmasında daha “rahat” bir yol isə daşları intim yerlərə yerləşdirmək olub.

Cinayətkar dəstənin fəaliyyəti, daha doğrusu, bu fəaliyyət nəticəsindəki davranışları, həyat tərzləri yerli hüquq-mühafizə orqanlarında şübhə yaradıb.

Məsələn, Kurtenkov 150 rubl maaş aldığı halda hər ay şəxsi avtomobili olan birinə 300 rubl verərək onun maşınından xidməti avtomobil kimi istifadə edib. Dəstə üzvləri, demək olar ki, hər gün axşam şəhərin ən tanınmış restoranlarında kef məclisləri qurublar. Bu şübhələrə əsasən zavodda bir neçə dəfə planda nəzərdə tutulmayan yoxlamalar aparılıb. Ancaq heç bir qanun pozuntusu aşkar edilməyib, zavoda daxil olan xammalla emal olunan məhsulların dəqiq hesabatı yoxlamaları nəticəsiz qoyub.

Kazakovun cinayətkar dəstəsi təkcə zavodda fəaliyyət göstərməyib. Əldə olunan məhsulları realizə etmək üçün Kazakov geniş bir şəbəkə yaradıb. Bu şəbəkəyə isə onun böyük qardaşı Nikolay Kazakov başçılıq edib. Böyük qardaşın əsas missiyası daşlara müştəri tapmaq olub. Onun əsas müştəriləri isə Ermənistan, Belarusiya, Ukrayna və Soçidə fəaliyyət göstərən brilyant alverçiləri olub. Nikolay Kazakovla müştəriləri arasında məxfi və çox dəqiq münasibətlər hökm sürüb. Amma bu çox da uzun sürməyib.

1980-ci ildə SSRİ-də keçiriləcək Olimpiya oyunlarına hazırlıq məqsədilə hələ bir il əvvəldən 1979-cu ildən daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları böyük tədbirlər həyata keçirməyə başlayıblar. Tədbirlər planında qanunsuz ticarətlə məşğul olanlara, qara bazarlarda alver edənlərə qarşı da xüsusi bəndlər olub. Bu tədbirlərin birində Belarusiyanın Qomel şəhərində zinət əşyaları ilə qanunsuz alver edən Şimko soyadlı bir şəxs yaxalanıb. Cinayət məsuliyyətinə cəlb olunan Şimko istintaqla əməkdaşlığa razılıq verib və zancirvari brilyant əməliyyatının həlqələri bir-bir açılıb.

DTK sədri Yuri Andropovun rəhbərliyi ilə əməliyyat hazırlanıb. Əməliyyata şərti olaraq “Brilyant toru” adı verilib. Bir il davam edən əməliyyat nəticəsində dəstənin bütün üzvləri həbs edilib. İstintaqın sonunda məlum olub ki, “Kristal”dan 13 milyon rubl həcmində oğurluq edilib. Bu həmin dövr üçün olduqca böyük məbləğ sayılıb.

1981-ci ildə Smolensk vilayət Məhkəməsinin hökmü ilə Kazakov qardaşları, Borisenkov və Kurtenkov ən ağır cəzaya, ölüm hökmünə məhkum ediliblər.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam