Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜRKİYƏNİN RUS TƏYYARƏLƏRİNƏ ŞÜBHƏLİ MARAĞI –Strateji qərardır, yoxsa Vaşinqtona təzyiq üsuludur?

 


erdogan putin

Son dövrlər gündəmi zəbt edən mövzulardan biri Türkiyənin Rusiya istehsalı olan çoxfunksiyalı “Su-57” qırıcı təyyarəsini almaq istəyidir.

Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu yaxınlarda Moskvada keçirilən “MAKS-2019”aviasərgisini ziyarət edən zaman “Su-57” təyyarəsinə xüsusi maraq göstərdi.

Rusiyanın müasir beşinci nəsil “Su-57” qırıcısı Amerikanın “F-35”-nin optimal əvəzləyicisi olacaq. Təbii ki, əgər Vaşinqton Türkiyəyə bu qırıcı-bombardmançı təyyarəni verməkdən imtina edərsə.

Yada salmaq lazımdır ki, Rusiyanın “S-400” zenit-raket kompleksininin Türkiyəyə çatdırılmasından sonra ABŞ Türkiyəni “F-35” istehsalı proqramından xaric etmək qərarına gəlib.

Bununla əlaqədar kəskin və məntiqli sual yaranır: Ola bilərmi ki, Ərdoğan Türkiyənin “F-35” proqramından xaric edilməsi ilə bağlı yekun qərar çıxarmaması üçün Vaşinqtona təzyiq göstərmək ümüdi ilə Rusiya təyyarəsinə bu cür maraq göstərir? Və yaxud da bu, Rusiya zenit-raket kompleksinin alışından sonrakı yeni strateji addımdır?

Əlbəttə, Rusiya qırıcılarının alınması Moskva ilə strateji yaxınlaşmaya, ABŞ və NATO-dan ayrılmağa doğru atılmış daha bir addım olardı.

Ərdoğanın Moskvaya səfəri və onun “MAKS-2019” aviasalonunun açılışında iştirakı, Türkiyəyə “S-400” zenit-raket komplekslərinin ikinci divizionunun yollanması ilə üst-üstə düşüb. Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, “S-400” raketlərinin ikinci batareyasının elementləri Ankara yaxınlığındakı “Myurted” aviabazasına çatdırılılıb. Tədarük bir ay ərzində davam edəcək. Xatırlamaq lazımdır ki, ”S-400 Triumf” raketlərinin tədarükünün birinci mərhələsi 25 iyul tarixində sona çatıb.

Moskva yeni Türkiyə-Rusiya sövdələşməsi imkanlarına çox həvəslə yanaşır və onlar Ankaranı Qərb oxundan ayırmaq üçün çox sərfəli təkliflər irəli sürür. Amma bütün bunlara baxmayaraq, Türkiyə hakimiyyəti qərar və hərəkətlərində ehtiyatlılıq nümayiş etdirir.

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Ərdoğanla keçirdiyi müştərək mətbuat konfransında deyib: “Biz, hətta Su-57 təyyarəsi məsələsində də əməkdaşlıq edə bilərik. Bizim birlikdə istehsal üçün potensialımız var”.

Mətbuat konfransının gedişində Putin Türkiyənin müştərək istehsal tələbi məsələsinə də toxunub. Son illər bu, Türkiyə ilə bağlanan hərbi sövdləşmələrdə ön plana keçir.

Bu barədə Rusiya prezidenti bildirib: “Mənə görə təkcə satın almaq baxımından yox, həm də müştərək istehsal baxımından bizim türkiyəli partnyorlarımızı çox şey maraqlandırır. Onu da deyim ki, biz buna hazırıq və indi ayrı-ayrı istiqamətlər üzrə müzakirələr aparacağıq”.

Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin rəhbəri Dmitri Şuqaev bəyan edib ki, qırıcıların çatdırılması məsələsinin müzakirə olunması planlaşdırır. O, bu barədə deyib:“Böyük maraq göstərilib, lakin müqavilə haqqında danışmaq hələ tezdir, hələlik heç bir rəsmi müraciət ərizəsi yoxdur, məsləhətləşmələr aparılmalıdır”.

Həmin məsələ ilə bağlı Türkiyə hələlik yekun qərar qəbul etməyib. Türkiyə birinci variant üzərində işləməkdə davam edir, yəni onlar Vaşinqtonla yaranmış böhranı həll etmək istəyirlər. Digər tərəfdən isə Türkiyə hakimiyyəti meydana gələ biləcək kəskin fəsadların ortadan qaldırılmasına cəhd edir.

Belə ki, Ankara, ABŞ-ın Türkiyəni “F-35” qırıcı-bombardmançı istehsal proqramından çıxarmaq barədə yekun qərar verəcəyinə də hazırlıq görür. Amma hər halda Ankara ümid edir ki, böhranın yoluna qoyulması üçün amerikalılarla dil tapa biləcək.

Türkiyə israrla vurğulayır ki, onlar təkcə “F-35” qırıcı- bombardmançıların alıcısı yox, həm də bu proqramın əsas əməkdaşlarından biridir. Ona görə də, Ankara hesab edir ki, onun bu proqramdan xaric edilməsinin hüquqi zəmini yoxdur, çünki Türkiyə bu təyyarənin işlənib hazırlanması və istehsalı üçün 1,5 milyard dollar investisiya qoyub.

Türkiyə rəhbərliyi hesab edir ki, Tramp böyük məbləğli sövdələşmədən yəqin ki, vaz keçmək istəməyəcək. Türkiyə 120 ədəd “F-35” təyyarəsi əldə etmək niyyətindədir. (“Al-Quds”-Böyük Britaniya)

“AzPolitika”nın əlavəsi: Hindistan öz silahlı qüvvələrini beşinci nəsil qırıcı təyyarələrlə təchiz etmək üçün Rusiya ilə müştərək FGFA (Fifth Generation Fighter Aircraft) layihəsində iştirak edirdi. Lakin onlar 2018-ci ildə bu proqramdan çıxdılar. Həmin layihə “Su-57” bazasında beşinci nəsil qırıcı təyyarəsi yaratmağı qarşıya məqsəd qoymuşdu. Hindistanlı mütəxəssislər bildiriblər ki, ”Su-57” təyyarəsi beşinci nəsil təyyarəsi deyil, o, sədəcə olaraq, ”Su-27” və “Su-35”-lərin yenilənmiş və daha təkmil hala gətirilmiş modifikasiyasıdır və bu ən yaxşı halda 4++ tələblərinə cavab verə bilər.Yəni “Su-57” qırıcısının avionika, radar və digər mühüm komponent və elementləri beşinci nəsil üçün nəzərdə tutulan müvafiq göstəricilərə cavab vermir. Deməli, əsas məsələ odur ki, ”Su-57” qırıcısı Amerikanın “F-22” və “F-35” təyyarələrindən fərqli olaraq, radarlara yaxalanır.

”Su-57”-nin ilk uçuşu 2010-cu ildən həyata keçirilsə də, amma indiyədək silahlı qüvvələrin döyüş cərgəsinə yalnız 10 təyyarə qəbul edilib ki, bu da nəzərdə tutulandan xeyli azdır.

Yuxarıda yazılanlardan anlaşılmalıdır ki, əgər Türkiyə “Su-57” təyyarələri almağa başlasa, deməli, bu böyük strateji qərar olacaq. Çünki yəqin ki, hindistanlılar kimi türklər də yaxşı anlayırlar ki, ”F-35”-lərdən fərqli olaraq, rus təyyarələri beşinci nəsil standartlarına cavab vermir. Strateji qərar dedikdə Türkiyənin Avropa və Amerika hərbi-siyasi platformasından uzaqlaşıb, yeni yaranacaq digər bir alyansa daxil olması nəzərdə tutulur. Amma bunun nəylə nəticələnəcəyi heç bəlli deyil.

Görəsən Rusiya ilə ittifaqın nə vəd edəcəyi Türkiyədə geniş və əhatəli analiz olunubmu?(azpolitika)

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam