Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Senatı Türkiyəyə F-35-lərin satışına qadağa qoydu

ABŞ Senatı Türkiyəyə F-35-lərin satışına qadağa qoydu
ABŞ Konqresinin yuxarı palatası olan Senat ölkənin 2019-cu il üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib. Bununla da, Türkiyəyə Amerika istehsalı olan F-35 qırıcı hərbi təyyarələrinin satışına qadağa qoyulub.
Yenixeber.org: "Hurriyet Daily News”a istinadən xəbər verir ki, sənədə əsasən Pentaqon Ankaranın F-35 sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini almasilə yarana biləcək riskləri hesablayanadək Senat Ankaraya F-35 qırıcılarının satışına qadağa qoyur. 

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib. 

Lakin ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildirmişdilər. Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Bu cür bəyanatlara rəğmən, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam