Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan Trampla “F-35” gərginliyini müzakirə edib

 

Ərdoğan Trampla “F-35” gərginliyini müzakirə edib
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasına görə ABŞ Konqressi “F-35” qırıcı təyyarələrinin tədarükünün dayandırıla biləcəyini deməsinə baxmayaraq, Ankara ABŞ istehslı olan bu qırıcıların Türkiyəyə verilməsində heç bir problem görmür.
 Yenixeber.org: Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT”nin efirində bildirib. Onun sözlərinə görə “G20” sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla iki ölkə arasında gərginlik yaradan bu məsələni müzakirə ediblər. 

“Bizim prezidentimiz (Ərdoğan) Buenos-Ayresdəki “G20” sammitində Trampla “F-35”lərə dair söhbət edib. Tramp bununla bağlı hansısa problem olub-olmadığını soruşdu. Biz də dedik ki, bu qırıcıları nəinki almaq, həm də onların birgə istehsalında iştirak etmək istəyirik. “F-35”lərin tədarükü ilə bağlı hələlik hansısa problem yoxdur və onların ləğvi barədə söhbət getmir” - Çavuşoğlu vurğulayıb. 

Qeyd edək ki, 2002-ci ildən etibarən ““F-35” Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd “F-35” qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib. 2019-cü ilin martında isə Pentaqon Türkiyəyə daha 2 ədəd “F-35” verəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam