Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ABŞ FÖVQƏLDÖVLƏTDİR, AMMA BİR O QƏDƏR DƏ YOX… –2019-cu il sülh və sakitlik gətirməyəcək!

absh

Trampın Əfqanıstan və Suriya kimi müharibə meydanlarından əsgərlərini geri çəkmək istəyinin və NATO barəsində “müttəfiqlərimiz bizim hesabımıza yaşayırlar” sözlərinin arxasında özünü getdikcə biruzə verən maliyyə çatışmazlığı yatır.

Yenixeber.org: ABŞ xarici siyasət dairəsinin “məktəb”lərindən birində deyilir: “Gəlin bizim milli maraqlarımıza birbaşa təsir etməyən regiondan çıxıb gedək və resurslarımızı Çin və Rusiya kimi güclərin önünün alınmasına sərf edək”.

Əgər ABŞ adı çəkilən regionlardan geri çəkilərək, öz strateji təsir zonasını digər böyüyən güclərə buraxacaqsa, onda ilk baxışda məntiqli görünən bu yanaşmaya görə, nəinki böyüyən digər güclərin qarşısı alınacaq, əksinə münaqişə daha da genişlənəcək.

Tarix göstərir ki, təsir zonası uğrunda rəqabətə başlayan dövlətlər hadisələr üzərində nəzarəti itirərək qarşılıqlı səhvlər üzündən müharibəyə səbəb ola biləcək qüsurlu həlqə yaradırlar.

                          - Strateji genişlənmə

Klassik geosiyasətin müəyyənləşdirici xüsusiyyətinə əsasən qlobal hökmranlıq baxımından mühüm region sayılan Avrasiya məkanında Çin sürətli dəmir yolları magistralı, avtomobil yolları, portlar, elektrik stansiyaları, neft-qaz kəmərləri kimi layihələri maliyyələşdirərək, dövlətin iqtisadi və strateji ehtiyaclarına müvafiq təsir zonası yaratmağa cəhd göstərir.

İndiyədək Çin dövləti bu layihəyə 400 milyard dollar yatırıb və 100-dən artıq müştərək layihələrin həyata keçirilməsi üçün 86 ölkə ilə razılığa gəlib.

Çin, həmçinin kapitalist imperializm ekspansiyasının klassik vasitələrindən istifadə edir. Çin kreditlər və maliyyə infrastruktur layihələr vasitəsilə qısa müddət ərzində ölkələri hədsiz borca sürükləyib. Ölkələr kreditləri qaytarmaqda çətinliklər çəkəndə, Çin onların qarşısına tələblər siyahısı qoyur və bu yolla bəzi strateji obyektlərin istehsal haqlarını öz nəzarəti altına keçirir.

Çin oxşar vasitlərlərdən istifadə etmək yoluyla Yaxın Şərqə də müdaxiləyə hazırlaşır. Pekin Suriyadakı silahlı islamçı uyğurları məhv etmək üçün Əsəd administrasiyasına hərbi yardım göstərməyə başladı və indi Çin kapitalı Suriyanın bərpası prosesini maliyyələşdirməyə başlayıb. Çin, həmçinin “Bir zolaq-bir yol” layihəsi vasitəsilə İran, İraq və Suriyanı öz təsir zonasına salmağa girişib.

2017-ci ildə Afrika ölkələrinə 110 milyard dollarlıq kredit verən Çin hakimiyyəti minerallarla və təbii resurslarla zəngin olan bu qitədə oxşar strategiyanı tətbiq etməyə çalışır.

Yaxın on il ərzində 19 Afrika ölkəsinin iqtisadi böyümə tempinin orta hesabla 5% olacağı gözlənilir. 2020-ci ildə isə Afrika ölkələrinin ümumi istehlak potensialı 14 trilyon dollara çatacaq ki, bu da regionun əhəmiyyətini daha da artırır.

                      - ABŞ-ın hüdudları

ABŞ prezidenti Donald Tramp qoşunlarını münaqişə zonalarından çıxarmaqla maliyyəyə qənaət edir. Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton 13 dekabrda Afrika ilə bağlı yeni strategiyanı açıqlayıb. Bolton Afrika strategiyasını təqdim edən zaman Çini yeni müstəmləkəçilik siyasəti yürütməkdə ittiham edib. O, qeyd edib ki, Çinin Afrikada istifadə etdiyi kreditlər vasitəsilə ölkələri özünə bağlamaq taktikası ABŞ-ın strateji maraqlarına təhlükədir.

“Kato İnstitu”ndan Duq Bendou “National İnterest” dərgisində Amerikanın bir trilyon dollara çatmağa başlayan müdafiə büdcəsi və bu templə artan büdcə kəsiri barəsində yazıb: “ABŞ hər yerdə polis rolunda çıxış edə bilməz, çünki iflas etmək durumundadır”.

İndi belə görünür ki, ABŞ administrasiyası Afrika ilə daha yaxından maraqlanacaq. Lakin öz çıxışının bir yerində Bolton etiraf edib ki, ABŞ-ın Çin qədər maliyyə imkanları yoxdur. Əgər Amerika Çinin artan təsirinə strateji təhlükə kimi baxırsa və bu təhlükəni ortadan götürmələri üçün onların çinlilər kimi maliyyə imkanları (yumşaq güc) yoxdursa, belə halda amerikanların hərbi resurslardan və “Blackwater” (sərt güc) kimi özəl hərbi şirkətlərə söykənməkən başqa yolları qalmır.

ABŞ prezidenti dənizaşırı münaqişələrdən əsgərlərinin geri çəkəcəyini bəyan etdiyi bir vaxtda Amerikanın silahlar haqqındakı tanınmış “Recoil” jurnalının sonuncu nömrəsində bütün səhifə boyunca “Blackwater”in dərc edilmiş “Biz gəlirik” elanı bunu göstərmirmi?

Bu arada isə AKP Türkiyəsi öz bölgəsində kürd məsələsini həll etmədən yenə də böyük güclər arasında sıxışıb qalmırmı?

Anlaşılan odur ki, 2019-cu il sülh və sakitlik gətirməyəcək və həyəcanlı il olacaq.

Ergin Yıldızoğlu
(“Cumhuriyet” qəzeti -Türkiyə)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam