Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Sahibə Qafarova Özbəkistana səfər edib-FOTOLAR

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 4-də Özbəkistana işgüzar səfərdədir.

Yenixeber.org: Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Qeyd edilib ki, İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Milli Məclisin spikerini Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sadıq Safayev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova PAİ-nın 150-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü Konfransında və APA-nın Koordinasiya iclasında iştirak edəcək.

Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin parlament sədrləri, nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, həmçinin Özbəkistanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam