Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Türk dilinin ağır daşı -Şahı da, vəziri də yadlara yarınmaq üçün ona daş atırlar

news content

Azərbaycan türkcəsinin (türk dilinin, Azərbaycan dilinin) daşı yüz ildir İranda bir-birini əvəzləyən rejimlərin başına düşüb. Ölkədə hakimiyyətdə təmsil olunanlar, olunmaq istəyənlər də bu daşın altında qalıb. 

Yenixeber.org: Bu işdə sapı özümüzdən olan baltaların bədnam adəti hələ də davam edir. Vaxtı ilə bu antitürk hərəkat başçılıq etmişlərdən biri Əhməd Kəsrəvi olub. O, 1890-cı il sentyabr 29-da Təbriz şəhərinin Hökmava məhəlləsində doğulub, Azərbaycan türküdür. 

Əhməd Kəsrəvi “Azəri, yaxud Azərbaycanın qədim dili” (“Azəri, ya zəbane-bastane-Azərbaycan") İran millətçiliyi mövqeyindən çıxış etmiş, azərbaycanlıların farslaşdırılması kimi mürtəce ideya irəli sürmüşdü. O, bu əsərində azərbaycanlıların türk yox, “azəri” adlı ayrı bir millət olduqları fikrini irəli sürərək, Azərbaycan dilinin türk dil ailəsinə mənsub olmadığını iddia etmişdi. Onun təhrifedici düşüncəsinə əsasən, “Azəri dili İran mənşəli bir dildir. Azərilər səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışlar”.

O vaxt Əhməd Kəsrəvi hakim antitürk, paniranist və panfarsist siyasi-mədəni ideologiyanın reallaşmasına başçılıq edən azərbaycanlı Rza şah Pərhləvi sarayına yarınmağa səy göstərirdi. Ancaq onun səyləri uğursuzluqla nəticələnmiş, öz soyuna qarşı etdiyi saxtakarlıq işinə yaramamışdı. O, heç vaxt panfarsçı “elita” tərəfindən qəbul olunmamışdı. 

Yeri gəlmişkən, bu mürtəce panfarsıst alim 1946-cı ilin martın 11-də "İslam fədailəri cəmiyyəti”nin üzvləri tərəfindən öldürülmüşdü.

Mənsub olduğu millətə qarşı nadanlıq edən Rza Pəhləvinin üçüncü həyat yoldaşı Tacülmülk, yaxud Nimtac Ayrımlı 1896-cı il martın 17-də Bakıda doğulub. Mayor Teymur xan Ayrımlının qızı idi. Etnik azərbaycanlı, türk olub. 

1925-ci il dekabrın 15-də Rza şah özünü Şahənşah, həyat yoldaşı Nimtac Ayrımlını isə Şahbanu elan edib. Deyilənə görə, Tacülmülk öz istəyi ilə siyasətə daxil olmaq istəməsə də, ona Şahbanu titulu verilmiş, bununla da İranın qadınlar üzrə siyasətində mühüm rol oynamışdı. O, cəmiyyətdə rəsmi mövqe tutan ilk İran şahbanusudur.

Nimtacın sarayda türkcə danışdığını deyirlər. Rza şahdan Məhəmməd Rza Pəhləvi, Şəms Pəhləvi, Əşrəf Pəhləvi adlı uşaqları olub. Yeri gəlmişkən, Rza Pəhləvinin bundan əvvəlki xanımları - Turan Əmir Süleymani və Əsmət Dövlətşahi də türk olublar.  

Məhəmmədrza Pəhləvinin də azından anasının türk olduğuna heç bir şübhə yoxdur. Ancaq öz millətinə qarşı atasından da sərt davranıb. 

Pəhləvilərin hakimiyyəti illərində türkcə danışmaq, yazmaq qadağan edilib. Bu qadağanı pozanlar cəzalanıb, cərimələnib. Azərbaycan türkcəsində kitablar yandırılıb.

1945-46-cı illərdə mövcud olmuş Azərbaycan milli hökuməti Məhəmmədrza şahın əli ilə ABŞ başda olmaqla xarici qüvvələrin səyi nəticəsində qan içində boğulub. Həmin dövrdə Azərbaycan dilində çap olunan kitabları toplayaraq yandırıblar. 

Yəni hakimiyyətdə olduqları yarım əsrdə (1925-1979-cu illərdə) ata-oğul mənsub olduqları türkləri assimilyasiya etmək üçün bütün pislikləri ediblər. 

Güney Azərbaycan türkləri inqilaba qoşularaq milli mədəniyyət, ana dili hüquqlarının yeni siyasi sistem tərəfindən tanınacağına ümidvar olublar. Ancaq yeni sistem Ana yasada milli məsələ ilə bağlı bu hüquqları çox cüzi formada təsbit etsə də, onun özünü də 46 ildir reallaşdırmır. 

Nəticədə, dini özünə ideologiya elan edən Tehran hakimiyyəti əməlinə görə pəhləvilərdən heç nə ilə fərqlənmir. Prezident Məsud Pezeşkianın Məhəmmədhüseyn Şərhiyardan bir beyt deməsinə belə dözmür. Bu, təkcə Azərbaycan türkcəsinə deyil, həm də İran hakimiyyətində konstitusiya üzrə dövlətin ikinci şəxsinə hörmətsizlik idi. 

Bu günlərdə İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi prezident Məsud Pezeşkianın Qərbi Azərbaycanın Urmiya şəhərinə səfəri zamanı eyni adlı gölün vəziyyəti ilə bağlı türk dilində müsahibə verməsinə etiraz edib. Paniranist mövqeyi ilə tanınan Axundi Pezeşkianın ana dilində danışmasını tənqid edərək, bunun “xalqa bəhanə verəcəyi” iddiasını irəli sürüb: “Hörmətli Pezeşkian, Urmiyada böyüdüyünüzü və parlamentin beş çağırış Təbrizdən millət vəkili olduğunuzu başa düşürəm. Sizin üçün türk dilində hesabat almaq normal və təbiidir. Amma indi siz prezidentsiniz. İclaslarda ancaq fars dilində hesabatlar qəbul etməli və rəsmi dildə danışmalısınız. Bu məsələyə diqqətsizliyiniz millətin əlinə bəhanə verəcək. Xahiş edirəm, nəzərə alın!”.

Axundi bununla daha çox ölkəsinin ali rəhbəri ayətullah Seyid Əli Xameneini hədəf alıb. Çünki kütləvi yığıncaqlarda, sərgilərdə, görüşlərdə ali rəhbər də türkcə, Azərbaycan dilində danışır. 

Farsca dövlət dili olsa da, İran konstitusiyasında bölgələrdə yerli dillərdən istifadə də təsbit olunub. Bu baxımdan, keçmiş nazir prezidentin qanuni davranışına belə münasibət bildirməklə, hüquqazidd fikir söyləyib. 

İranlı siyasi fəal Rəhmətullah Bigdeli Axundinin açıqlamasına cavab olaraq bildirib: “Siz türk dilini təhqir etməklə insanların narahatlığına, qəzəbinə səbəb olur, ölkəyə, millətə zərər verirsiniz!”. 

O, Axundini fars olmayanların mədəniyyətinə, dilinə müdaxilə etməyi dayandırmağa, xalqı qəzəbləndirməməyə çağırıb. Rəhmətullah Bigdeli keçmiş naziri Xameneinin türkcə danışdığı üç videoya baxmağı tövsiyə edib.

İranlı siyasətçi, akademik və Həsən Ruhani kabinetində nəqliyyat naziri olmuş Abbas Əhməd Axundi kimdir? O, 1957-ci il iyunun 6-da İraqın Nəcəf şəhərində anadan olub. Axundi 1993-cü ildə mənzil və şəhərsalma naziri kimi İranın müasir tarixində ən gənc nazir idi. 

O, Əbdülhüseyn Əmininin qız nəvəsidir. Əbdülhüseyn Şeyx Əhməd oğlu Əmini 1902-ci ildə Təbrizdə anadan olub,  1970-ci ildə Tehranda vəfat edib. Türkəsilli islam alimi Əbdülhüseyn Əmini məşhur "Əl-Qədir" kitabının müəllifidir. 

Onun bütün nəsli alim, fəqih, abid, zahid və ədib olub. Əmini iman, elm, əməl və əxlaq mərkəzi sayılan bir evdə tərbiyə alıb boya-başa çatıb. 

Əbdülhüseyn Əmini barəsində məlumatın əsas hissəsi onun azərbaycanlı, türk və Axundinin anasının atası olması faktıdır. 

Bu baxımdan, Abbas anasının dilinə, onun soyuna hörmətsizlik edib. Babası Ə.Əminin türk olduğunu, Axundinin də türk soyu ilə yaxınlığını təsadüfi xatırlamadıq. 

Ötən il İranda növbədənkənar prezident seçkisi keçiriləndə namizədlər və onların vəkillər türk olduqlarını, yaxud bu soya yaxınlıqlarını qabardırdı. Məsələn, namizəd Səid Cəlili anasının türk və Ərdəbildən olduğunu deyərək, öyünürdü. Anasının ancaq türkcə danışa bildiyinə dair görüntülər də paylaşmışdı. 

Elə Məsud Pezeşkianın da türk olduğunu deməsi, bu dildə təhsilə dair vəd verməsi unudulmayıb. 

Zaman-zaman Xameneinin də türk dilində danışması, yaxud ismarış verməsi də təsadüfi deyil. 

Rza və Məhəmmədrza Pəhləvilər də onlara lazım olanda türk olmalarından istifadə ediblər. Məsələn, Rza şahın Atatürklər görüşdə əlini öpərək türkcə danışmasını xatırlamaq yerinə düşər. 

Abbas Axundi və onun kimilər türk olduqlarını, bu etnosla yaxınlıqlarını dara düşəndə, əlləri daş altında qalanda etiraf edirlər. 

Odur ki, türkün dilinin daşı çox ağırdır. Şahı da, vəziri də başqalarına yarınmaq üçün onu hədəf göstərirlər...(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam