Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Heydərovların “London macərası” başa çatdı – FOTOLAR


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2008-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “United Enterprises International Limited” şirkəti ləğv olunur.
Yenixeber.org: Londonda “10 Lower Thames Street, London, EC3R 6AF” ünvanında qeydiyyatda olan şirkət bu ilin fevral ayında ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.
Məlumat üçün bildirək ki, bu, Heydərov qardaşlarının Londonda ləğv olunan sonuncu şirkəti olub. Belə ki, daha əvvəl Tale və Nicat Heydərovlar tərəfindən Londonda təsis olunan çoxsaylı şirkətlər ləğv olunub.
Nazir oğlanlarına məxsus olan və ləğv olunan şirkətlər bunlar olub:

Onu da qeyd edək ki, hazırda ləğv prosesində olan “United Enterprises International Limited” şirkətinə 2023-cü ilin noyabr ayından Azərbaycan vətəndaşı olan 1985-ci il təvəllüdlü Emil Sultanov rəhbərlik (direktor) edir. Emil Sultanov adlı şəxs Azərbaycanda da Tale və Nicat Heydərovlara bağlı olan çoxsaylı şirkətlərə rəhbərlik edir. Ötən ilin noyabr ayında Baş Prokurorluq Emil Sultanovun rəhbərlik etdiyi “Aqroinnova” MMC barəsində cinayət işi açıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam