Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Oğuzun İcra Hakimiyyəti rayonun keçmiş başçısının oğlu ilə icarə müqaviləsi bağladı -DETALLAR

oğuz-eyvaz

Oğuz rayon İcra Hakimiyyəti 07.04.2025-ci ildə bir mənbədən satınalma metodu ilə icarə xidmətinin satın alınması üzrə fiziki şəxs Qurbanov Emin Eyvaz oğlu ilə 10.120 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Yenixeber.org: Qeyd edək ki, Oğuz rayon İcra Hakimiyyəti icarə xidmətini hansı məqsədlə satın aldığını satınalmaların portalında açıqlamayıb.

Dövlət satınalmalarının portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Qurbanov Emin Eyvaz oğlu icarə haqqı üzrə 14.496 manat məbləğində bir satınalma müqaviləsi də Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə 08.01.2025-ci ildə bağlayıb.

Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi qeyri-yaşayış sahəsinin icarəyə verilməsi üzrə fiziki şəxs Qurbanov Emin Eyvaz oğlu ilə 14.496 manat məbləğində bir satınalma müqaviləsi 23.02.2024-cü ildə bağlayıb.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi fiziki şəxs Qurbanov Emin Eyvaz oğlunun Oğuz şəhərində iki obyekti var. Onlardan birini Oğuz rayon İcra Hakimiyyətinə, digərini isə Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə icarəyə verib.

Qeyd edək ki, Emin Qurbanov 13 il Oğuz rayon İcra Hakimiyyətinin başçısı olmuş Eyvaz Qurbanovun oğludur. Xatırladaq ki, Eyvaz Qurbanov 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 16 iyul 2024-cü ildə vəzifəsindən azad edilmişdir. 2024-cü ildə yenidən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VIII çağırış deputatı seçilmişdir.

Elektron media yayılan çoxsaylı məlumatlara görə Eyvaz Qurbanovun Oğuz rayonu icra hakimiyyətinin başçısı olduğu illər ərzində Oğuzun meşələrinin hesabına milyonlar qazanıb və yaşıllıqları məhv edib. İcra başçısının qardaşı Mahir Qurbanov Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-çınqıl istehsal edən şirkət sahibidir. Eyvaz Qurbanovun qudası, maliyyə idarəsinin rəisi olan Elşad Yusifov dövlət vəsaitlərini talayır, tenderləri öz yaxın qohumlarına, dostlarına verirlər. Oğuzlular deyir ki, icra başçısı ancaq öz qohum-əqrəbası üçün çalışır. Rayonda təmir-tikinti, abadlıq adı altında milyonlarla dövlət vəsaiti mənimsənilir. Təsəvvür edirsiniz, icra başçısı Calut yolunun üstündəki 3 hektar ərazini qanunsuz olaraq satıb. İcra başçısı Oğuzun mərkəzində özü üçün ikimərtəbəli böyük ticarət mərkəzi tikdirib. Deməli, icra başçısının bütün obyektləri yaxın qohumlarının adınadır.

Elektron mediada yayılan bu məlumatlardan da görsəndiyi kimi Eyvaz Qurbanov Oğuz rayonu icra hakimiyyətinə başçılıq etdiyi dövrlərdə yaxın qohum əqrabasının adına bir çox daşınmaz əmlak tikdirib. Oğlunun adına olan və hazırda icarəyə verdiyi obyektlər də onlarla əmlakın bir-ikisidir.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam