Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –ARAŞDIRMA GÖZLƏNİLİR

 

 

Eldar əzizovla bağlı siyasi qərar verilib: yaxın günlərdə vəzifədən alınacaq

Bu iddia Eldar Əzizovla bağlı hakim dairədən Yenixeber.org-a ötürülmüş məlumatlarda yer alır. “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi yüksək posta görəvləndirilən Eldar Əzizovun geniş ictimai narazılıqlarla müşahidə olunan fəaliyyəti yuxarıların narahatlığına səbəb olmaqdadır. Paytaxt kimi həssas bir şəhərdə böyük fəsadlarla, bəzən də insan ölümü ilə müşahidə olunan təbiət hadisələri Əzizovu “yetişdirdi”. Yaxın günlərdə şəhərin mərkəzində qudasının ev məsələsi isə səbrləri daşırdan "sonuncu damla oldu". Bu həm də, dövlət başçısının ona göstərdiyi yüksək etimadı doğrultmamasıdır. Məlumdur ki, Eldar Əzizov çox az sayda məmurlardan biri və bəlkə də, birincisidir ki, onunla bağlı altı sərəncam olub”, deyə mənbəmiz bildirir...


“Bilirsiniz ki, ötən ilin oktyabrında güclü yağış səsbəbindən paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq öldü. Bu çox ciddi hadisə, rüsvayçılıq olmaqla bərabər kimlərinsə vəzifə məsuliyyətsizliyinin nəticəsi idi... Bu ilin fervalında yağan qarın meydana çıxartdığı problemlər de-fakto paytaxtı iflic etmişdir...Pilot layihə adı ilə yeni binaların tikintisinin kütləvi vətəndaş narazılığı ilə müşahidə olunması və s. Bütün bunlar Eldar Əzizovun yerində olmadığının göstəriciləridir”.


Mənbəmiz Yenixeber.og-a Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı korrupsiya faktlarını da istisna etmir: “Eldar Əzizovun rəhbərliyi dönəmində Bakı Şəhər İcra Hakimiyyətinə tabeli bir sıra qurumların adı müxtəlif maliyyə qalmaqllarında da hallanıb. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, eləcə də, bu təşkilatın müxtəlif idarələrinin adı zaman-zaman dövlət satınalmaları ilə bağlı qaranlıq işlərdə hallanıb. Bakı Şəhər İşıqlandırma İdarəsi də, bu qəbildəndir... Bilirsiniz ki, bu haqda mediada da, vaxtaşırı araşdırma yazılar dərc olunur.


Bir sözlə yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətində, eləcə də, bir sıra tabeli təşkilatlarında hüquq-mühafizə orqanlarının araşdırmaya bağladığını eşitsəniz, təəccüblənməyin...”


Mənbəmiz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna bir neçə iddialının olduğunu da bildirdi: “Eldar Əzizovun durumu məlum dairələdə də, söz-söhbətə səbəb olub. İndi hətta onu əvəzləməkdə iddialı olanların sayı məlum deyil. Amma bu istiqamətdə daha şanslı kimi Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun adı hallanır...”


Qarşıdakı günlərdə mövzu ilə bağlı geniş yazımız olacaq. 

Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? - İLGİNC FAKT

Elşən Salahov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam