Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ordumuza ləkə olanlar oğlumun ömrünü yarımçıq qoydular -PREZİDENTƏ MÜRACİƏT

 
Onu soyunduraraq soyuqda saxlamış, əbəs yerə gah su, gah odun dalıyca göndərmişlər. Eyni zamanda, Muradı döyüş tapşırığı mövqeyində vaxtından xeyli çox qalmasına məcbur etmişlər.
 Bu ifadələr Masallı rayon sakini Həsənov Fuad Abdulhəsən oğlunun Yenixeber.org-a daxil olmuş müraciətində yer alır. Bu müraciəti oxuduqca istər-istəməz ordumuzda hələ də, nakəslərin, öz hüquq və davranışlarını bilməyən hərbi qulluqçuların olduğuna təəssüflənirsən...
F.Həsənov yazır: " Oğlum Muradı hərbi xidmətə yola salanda sevincimin həddi yox idi. Çünki kollec təhsili olan Murad əsgərliyini başa vurduqdan sonra işləmək üçün geniş imkanları olacaqdı. 2024-cü ilin iyulunda Muradı yola saldım. Üç ay Gorandakı təlimlərdən sonra Laçındakı "N" saylı hərbi hissədəki döyüş mövqeyinə  göndərildi. Burada-döyüş mövqeyində cəmi üç gün xidmət edən oğlumun dördüncü gün qara xəbəri gəldi. 2024-cü il oktyabrın 21-i, saat 15 40-da oğlum həyatla vidalaşdı. Təxminən 3 aylıq araşdırmadan sonra onun ölümündə müqəssir olanlar məlum oldu. Sən demə müddətdən artıq xidmət qulluqçusu, əsgər Məmmədzadə Nihad Pərviz oğlu və müddətdən artıq xidmət qulluqçusu Əlizadə Rəman Rauf oğlu oğluma olmazın işgəncələr vermişlər. Onu soyunduraraq soyuqda saxlamış, əbəs yerə gah su, gah odun dalıyca göndərmişlər. Eyni zamanda, Muradı döyüş tapşırığı mövqeyində vaxtından xeyli çox qalmasına məcbur etmişlər. Buna baxmayaraq, o, döyüş mövqeyini heç vaxt tərk etməmiş, əksinə, öhdəsinə düşən vəzifəsini artıqlamasıyla yerinə yetirmişdir. Oğlum üç gündə az qala 3 saat belə yuxu üzü görməmişdir. Çünki onun ölümünə səbəb olanlar buna imkan verməmişlər. Bu işdə onlara baş leytenant Səfərov Toğrul Tahir oğlu yaxından kömək etmişdir. Təbiətcə sakit, nizam-intizamı sevən oğlum Murad bütün bunlara dözməmiş və həyatını itirmişdir. Cinayət Məcəlləsinin 332.3 və 341.2.3-cü maddələri ilə cinayət işi açılmışdır".
Sonda Fuad Həsənov Ali Baş Komandanımız İlham Əliyevə və Hərbi prokuror Xanlar Vəliyevə  üzünü tutaraq deyir ki, cənab ABK və X. Vəliyev, bir ata olaraq son ümid yeri kimi Sizə müraciət edirəm, tək istəyim cinayətkarların layiq olduqları cəzanı almasıdır. Əzab-əziyyətlə övlad böyütdüm, həyatının çiçəklənən vaxtında hansısa nakəslər, müqəddəs ordumuza ləkə  olanlar onun ömrünü yarımçıq qoydular. Bu gün cinayətkarların vəkilləri qeyri-qanuni və qeyri-insani hərəkətlər edir, həm hərbi hissənin işinə, həm də mənim həyatıma müdaxilə etmək istəyirlər. Bu yolverilməzdir və qanunlarımıza hörmətsizlikdir. Tək istəyim, yuxarıda qeyd etdiyim kimi, cinayətkarların layiqli cəza almasıdır!
Allah ordumuzu və Ali Baş Komandanımızı qorusun!
Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam