Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -...konkret sübutlar var

media-800

Gürcü, rus və ingilis dili bilməyənin Gürcüstan universitetindən gələn saxta “diplom”! Təbii, əminəm Azərbaycan Təhsil Nazirliyi bu sənədi tanımayıb.

Yenixeber.org: Bu iddia hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın Azərbaycanda daha bir həkimin diplomunun saxta olduğu ilə bağlı paylaşımında yer alır. Özünün “instagram” sosial şəbəkə  platforması hesabında paylaşdığı məlumatı və faktları təqdim edirik:

Məlumat verir ki, Həkim Musa Kılıç diplomu saxta olduğu iddia olunur. Həmçinin məlumat yayımlandıqdan sonra Uzm.fizioterapevt Musa Kılıç sosial hesabında paylaşım edib və Gürcüstanda təhsil aldığı, Türkiyədə isə uzmanlıq kurslarında iştirak etdiyini bildirib.  Həmçinin Səhiyyə Nazirliyi  tərəfindən həkim sertifaktını təqdim edib.


Qənirə Ataşovanın  yayımladığı xəbərdə vurğulanırdı ki, Gürcü, rus və ingilis dili bilməyənin Gürcüstan universitetindən gələn saxta “diplom”! Təbii, əminəm Azərbaycan Təhsil Nazirliyi bu sənədi tanımayıb. İstənilən halda bu qədər xırdalığa getmək fikirim yox idi. Hətta fikir verirsiz, daha çox toplu problemlərə diqqət edirdim. Amma və lakinBugün özünü həkim elan edib, diplomunu çərçivələdib divara vuran Musa Kılıçın mənim Instagram və Facebook hesabıma hücum göndərdiyini gördüm. Savad səviyyəsini soruşsanız, adam texnologiyaya da eyni diplomla yaxınlaşıb deyəsən. Bütün bunlarla bağlı əlimdə konkret sübutlar var, əlbəttə. Musa Kılıç, siz və sizin düşüncədə olanlar Instagram-ımı bağlatdı nə oldu, bağlatmadı nə oldu? Tutaq ki, bağlatdın — o Instagram elə 5 günə təzədən açılacaq. Hə, onda artıq sənin saxta diplomundan tutmuş, bütün “elmi fəaliyyətinə” qədər hamısını qəşəng bir dosye edib təqdim edəcəyəm. İndi sən bax gör, əsl fizioterapiya nədir, virtual terapiya nədir. Bu mesajı bu niyyətdə olan hər kəs yaxşı yadda saxlasın — mənim hesablarıma hücum etməklə həqiqətləri yox eləmək mümkün olsaydı, indiyə hamınız professor idiniz deyə qeyd edib.

media-990

Qeyd edək ki, məlumat yayınladıqdan sonra pasiyentlər də şərh yazıblar. Həmin şərhləri təqdim edirik.

Alivenino yazır:  Bu hekim instqaramda reklami gunde 10 defe cixir ve mende o insanlara baxib mualiceye getmisdim bu nece ola biler axi ? Niye insanlarimizi bu qeder aldadirlar.Siz bu ise basalayandan faliyetinizi izleyirem insalari qinayirdim niye ele hekimlerin yanina gedirler ve ozumde o veziyyete dusdum.Ve insanlar inanirlar ki hekim olmayana bu qeder selahiyyet icaze verilmez

*****

mrs.aysu.h. Musa Kılıç haqqında  yazır: sizinlə tamamilə razıyam. Müalicə üçün yanına getmişəm və heç bir köməyi olmadı. Əksinə, vəziyyətim daha da pisləşdi. Korseyə ehtiyacı olmadığı halda insanlara korse yazır və bu korselər “orces” adlı şirkət tərəfindən satılır (faiz tətbiq edilir). Eyni zamanda, MRT çəkmək səlahiyyəti olmadığı halda MRT yazır və burada da faiz tətbiq olunur. Əslində, danışsam, sizi şoka salacaq daha çox detal var! Bu məsələnin üzərinə gedin, sona qədər. Heç olmasa bizdən sonrakılar bizim yaşadıqlarımızı yaşamasın!

***

Royaismayılzadeh yazır: O gün bizi dava edirdi. Gəlsin açıqlasın görək hansı dildə oxuyub fizioterapiyanı?

*****

  Həkimə getmişdim dizimin ağrısına görə,mənə təcili gəl gir əməliyyata dedi,getmədim ,təbii müalicə yazan biri sağaltdı məni.Pul bu “həkim”lərin gözünü bürüyüb,camaatı gücnən salırlar əməliyyata

*****

Eynullayeva aysel yazır: Musa Kılıçın yanına oğlumu (Serebral-6yaş) aparırırdım. Nəsə bir söz demek olmurdu otağına çağırıb söhbət aparırdı. Sakit olun bizə güvənin. Saxtakarlığına ört-basdır etmək üçün qoymurdular orda bir nəfərin səsi çıxsın. Mən əvvəldə uşağımı başqa yerlərə aparmışdım məlumatlı valideyn idim deyə onlara sərf etmirdim. Getməyi dayandırdım heç bir dəfə də maraqlanmadılar çünki məlumatlı adam istəmirdilər orda. Hər yerdən də baha qiymətə fəaliyyət göstərirdilər. Allaha tapşırıram!

Medera Hospital” cərimələndi

 Qeyd edək ki,  Musa Kılıç  MedEra hospitalında Uzman Fizioterapevt Reabilitoloq kimi çalışır.

(Yenixeber.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam