Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

“RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... –AXI NİYƏ?

“RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... – AXI NİYƏ?
"RR-Construction"da Rafael Abdullayev zülmü davam edir.
Yenixeber.org: Bu barədə evi dağıdılan, torpağı zəbt olunan Bakı sakini şikayət edib. Onun sözlərinə görə şirkətə rəhbərlik edən Rafael-Nadir Abdullayev, eyni zamanda, Rəşad-Rüfət Əliyev qardaşları ona məxsus olan 3 sot torpağa və tam təmirli mənzilə əl qoyurlar. Videodan da göründüyü kimi, şikayətçinin 1 sot torpağı artıq zəbt olunub, kommunal xətləri dağıdılıb. Bununla kifayətlənməyən "RR-Construction" MMC-nin sahibi şikayətçinin həyətinə çirkab suları boşaldır.
"RR-Construction" MMC haqqında qısa araşdırma elədik və əldə etdiyimiz məlumatlar insanı dəhşətə gətirir.
"RR Constructions” MMC Bakıda fəaliyyət göstərən qalmaqallı şirkətlərdən biri kimi tanınır. "RR Constructions” MMC-nin direktoru Nadir Abdullayevin qardaşı Rafael Abdullayev 2017-ci ildən 2019-cu ilədək Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan öncə də sözügedən ərazi ilə bağlı ciddi şikayətlər daxil olsa da, Yasamal İcra Hakimiyyəti və Arxitektura Komitəsi susmaqda davam edir.
Məlumat üçün qeyd edək ki, Paytaxtın Yasamal rayonunun "Kubinka” kimi tanınan ərazisində bir ildən çoxdur ciddi söküntü işləri aparılır. Söküntü işləri başa çatandan sonra burada çox mərtəbəli yaşayış binaları tikiləcək. İşlər heç də qaydasında getmir. Sakinlər çox pis şərtlərlə üz-üzə qaldıqlarını deyirlər. Əlibaba Abdullayev küçəsində evləri hasara alıblar. Söküntünü "RR Construction” şirkəti həyata keçirir. Sökülən evlərin yerində "İmperial Rezidence” salınacaq. Sakinlər şərtlərlə razı deyil. Evlərini tərk etməyənlər söküntü işlərini aparanların yaşayış yerlərini bilərəkdən zədələdiyini dilə gətirir.
"RR Construction”un şərtləri belədir ki, sakinlər evlərini tərk etsin, kirayə mənzillərdə yerləşsinlər. Bina hazır olandan sonra yeni mənzillərə köçə bilərlər. Sakinlər şirkətin vədlərinə inanmır. Deyirlər ki, şirkətin əməkdaşlarından biri rəhbərliyin vədlərinə inanmamağı tövsiyə edib. Buna görə də ümumi etimadsızlıq yaranıb. Sakinlər hesab edir ki, evlərini tərk edib kirayəyə üz tutmaq böyük riskdir. Yəni sonradan yeni mənzillərə qovuşmaya bilərlər.
Məsələ burasındadır ki, bu kimi problemlər Bakı Şəhər İcra Hakimiyyətinin 05.08.2018-ci il tarixli, 250 saylı "Qəzalı vəziyyətdə çoxmənzilli binaların sökülüb yenidən layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi haqqında” sərəncama əsasən həll olunmalıdır. Sərəncamın 2-ci bəndində qeyd edilir ki, ərazidə yerləşən və qeyri-yaşayış tikililərinin sökülməsi, həmin tikililərin mülkiyyətçiləri ilə mülki münasibətlərin qarşılıqlı razılaşma əsasında mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənməsi "RR CONSTRUCTİONS” MMC tərəfindən təmin edilsin. 5-ci bəndində isə bildirilir ki, yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaq.
Məsələ burasındadır ki, Şəhərsalma və Arxitektura Komitəsi bu və bu kimi şirkətlərə tikinti icazəsi verir, sağlam şirkətlər isə tamamilə məhv edilib. Son baş verən hadisələr onu deməyə əsas verir ki, Komitənin rəhbəri Anar Quliyev ölkənin tikinti sektorunu iflic edib.(7NEWS.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam