Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Rus Evi” Bakıya qayıtmalıdırmı? -Azərbaycan üçün təhlükəli “casus yuvası”, yoxsa mədəniyyət mərkəzi?

news content

Moskva və Bakı Azərbaycandakı “Rus Evi” ilə bağlı kompromis axtarışındadır, tərəflər konstruktiv və optimist ruhdadır və işin bərpa olunacağına ümid edirlər”.

Yenixeber.org: Bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya Seqodnya” media qrupunun mətbuat mərkəzində bildirib.

Biz Azərbaycan tərəfi ilə kompromis axtarışını davam etdiririk. Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv və kifayət qədər optimist əhvaldayıq. Ümid edirik ki, kompromis tapılacaq və tam formatlı fəaliyyət bərpa olunacaq”, – deyə Primakov qeyd edib.

O əlavə edib ki, Rusiya və Azərbaycan bundan əvvəl də “Rus Evi”nin hüquqi şəxs, yoxsa qeyri-hökumət təşkilatı (QHT) kimi qeydiyyat formatını müzakirə ediblər.

Rus Evi” Bakıda uzun illər uğurla fəaliyyət göstərib, o cümlədən hökumət qarşısında bütün hüquqi öhdəliklərini yerinə yetirib. Buna baxmayaraq, 1997-ci il tarixli hökumətlərarası informasiya-mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında sazişdə açıq şəkildə göstərilir ki, bu mərkəz Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – deyə Primakov vurğulayıb.

Xatırladaq ki, “Rossotrudniçestvo” rəhbərliyi fevral ayında “Rus Evi”nin Bakıda fəaliyyətini dayandırmalı olduğunu açıqlamışdı. Bu qərar Azərbaycanın Xarici İşlər Nazirliyinin tələbi və mərkəzin yerləşdiyi binanın boşaldılması ilə bağlı çağırışı fonunda qəbul olunmuşdu. Rəsmi səbəb olaraq “Rus Evi”nin yerli qanunvericiliyə uyğun olaraq hüquqi şəxs kimi qeydiyyatının olmaması göstərilmişdi.

“Rus Evi”nin Bakıda fəaliyyətinin bərpası məsələsi Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun 16-18 mart tarixlərində Azərbaycana səfəri zamanı müzakirə olunub. Görünür, Moskva bu qurumun Bakıda fəaliyyət göstərməsində çox israrlıdır.

Lakin sual yaranır: bu, Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur? Belə bir qurumun ölkəmizdə mövcudluğu doğrudanmı vacibdir? Azərbaycan “Rus Evi”nin fəaliyyətinin bərpası imkanını ümumiyyətlə nəzərdən keçirməlidirmi? Bəzi iqtidaryönlü KİV-lərin “casus yuvası” adlandırdığı bu qurumun dirçəldilməsi vacibdirmi? Üstəlik, söhbət Azərbaycanın strateji tərəfdaşı olan Ukraynaya qarşı işğalçı müharibə aparan ölkənin təşkilatından gedir. Belə olan halda, “Rus Evi”nin ölkəmizdə yenidən fəaliyyətə başlaması Azərbaycanın xeyrinə ola bilərmi?

Suallarımızı politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu cavablandırıb.

Bu təşkilat, yəni “Rus Evi” Azərbaycana nəinki lazım deyil, mən deyərdim ki, ümumiyyətlə, zərərli qurumdur. Yeri gəlmişkən, bu təşkilat dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyə malikdir və Rusiyanın xarici siyasətində “yumşaq güc” faktoru kimi çıxış edir. Çünki “Rus Evi” Rusiya Prezident Administrasiyası tərəfindən idarə olunur və Xarici İşlər Nazirliyinin bir şöbəsi sayılır.

Bu fakt özü-özlüyündə hər şeyi deyir. “Rus Evi” siyasi faktordur. Baxmayaraq ki, mən daimi olaraq həm Rusiya, həm də onun hakimiyyətinin tənqidçisiyəm, onun “casus yuvası” olması ilə bağlı şəxsən heç vaxt belə bir iddia irəli sürməmişəm. Sizin də qeyd etdiniz kimi, bu barədə iqtidaryönlü mətbuat yazıb.

Bu halda sual yaranır: əgər bu “casus yuvası” bağlanıbsa, niyə onu bərpa etməliyik? Ümumiyyətlə, biz yalnız xarici deyil, bir çox beynəlxalq institutların da faktiki olaraq ölkədən Azərbaycandan müşahidə edirik. BMT-yə bağlı neçə-neçə qurum bağlanıb, başqa hansı institutlar fəaliyyətini dayandırıb – mən hələ demokratik ölkələrin siyasi və qeyri-siyasi qeyri-hökumət təşkilatlarından danışmıram.

Belə olan halda, Rusiya təşkilatı bizim nəyimizə lazımdır? Heç nəyimizə. Üstəlik, Rusiya “rus dünyası” ideologiyasını (“Rus Evi” məhz bu ideologiyanın nəticəsidir) istifadə edərək aqressiv xarici siyasət həyata keçirir.

Bu siyasətin təzahürünü Qazaxıstana münasibətdə aydın görmək olur, Ukrayna ilə münasibətlərdə isə bu, lap açıq şəkildə özünü göstərir. Bu səbəbdən, belə bir qurumun bizə heç bir faydası yoxdur.

Belə bir “xeyirdən” bacardıqca uzaq durmaq lazımdır. Onu yenidən Azərbaycana buraxmaq, qeydiyyatdan keçirmək heç bir məna əhəmiyyət daşımır. Mən belə düşünürəm”, – deyə Ərəstun Oruclu yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam