Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

9 saylı ETSİ-nin əməkdaşı Əlzamin Şahbazov İbrahim Verdiyevdən Nazirliyin adından rüşvət alıb? -İDDİA

ETSİ-nin işçisinin Füzulu rayonunda sahibkar İbrahim Verdiyevdən rüşvət aldığı iddia edilir
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 9 saylı ETSİ-nin müffətişi Əlzamin Şahbazov haqqında araşdırma başladılıb.

Yenixeber.org: Məlumata görə Əlzamin Şahbazov Füzulu rayonunda beton zavodunun rəhbəri, sahibkar İbrahim Verdiyevdən rüşvət alıb. Əlzamin Şahbazovun Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından iş adamından qanunsuz rüşvət almasına görə, İbrahim Verdiyev onun əməli barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Əldə etdyimiz məlumata görə 9 saylı ETSİ-nin müffətişi Əlzamin Şahbazovla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə edilən şikayətlə bağlı araşdırılma aparılır və cinayət işi başlanılacaq, - deyə etibarlı mənbədən məlumat verilib.
Bildirək ki, Əlzamin Şahbazov 9 salı Ekologiya İdarəsinin rəis müavini İnqilab Kazımovun yaxın qohumudur. Rəis müavininə arxalanan Əlzamin Şahbazov bir çox sahibkardan ETSN-nin adına haqq aldığı iddia edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional idarəsinə sorğu verdik lakin bildirilib ki, "Sizin 13.03.2025-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumu olduğu üçün Nazirliyin Mətbuat Xidmətinə müraciət edəsiniz."
Elə 9 saylı Regional idarənin cavabını əsas götürərək bu səfərdə Nazirliyin mətbuat Xidmətinə və rəsmi elektron ünvanlarına sorğu verdik. Lakin 15 gündən artıq müddətdir ki, Nazirliyin rəsmilərindən və ya mətbuat xidmətindən hər hansı cavab ala bilmirik. Yenədə məsələ ilə bağlı rəsmi qurumun və şəxsin mövqeyini dinləməyə hazırıq.
Məsələ ilə bağlı araşdırmamız davam edir.

(BakuNews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam