Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Savaşdan betər sülh:atəşkəs budurmu?!

Anar Natiqoğlu: “Putinin məqsədi bir xalqın genefondunu, gələcəyini məhv etməkdir”

Yenixeber.org: Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu bizimlə müsahibəsində yaşadığı ölkədə davam edən müharibə, mövcud reallıqlar, dövlətin və cəmiyyətin işğalçıya qarşı dirəniş imkanları, eləcə də gözləntilər barədə danışıb.

Beləliklə:

- Hazırda Ukraynada vəziyyət nə yerdədir?

- Vəziyyət stabil ağır olaraq qalır. Artıq savaş dördüncü ilə keçib. Cəmiyyətin böyük əksəriyyəti həm həyatı üçün, həm də dolanışıq üçün mübarizə aparır.

- Zelenskinin Ağ Evdə aşağılayıcı münasibətə məruz qalması, ardından birtərəfli qaydada atəşkəsə razılıq xəbərinin yayılmasından sonra Ukraynada hansı əhval-ruhiyyə hökm sürür?

- Zelenskinin Donald Trampla Ağ Evdəki mübahisəsi artıq gündəm deyil. Mən ilk gündən Zelenskinin davranışına haqq qazandırmışdım. İlk günlər fikir ayrılıqları olsa da, artıq böyük əksəriyyət Trampın sonrakı davranışları, addımları fonunda, Ukrayna liderinin düzgün davrandığı qənaətindədir.

- Tramp Ukraynadakı müharibəni, bütün siyasi çəkişmələri ticarətin “quyruğuna bağlamağa” çalışır və həm öz ölkəsinə, həm də müharibə tərəflərinə ticari dividend vəd edir. Ukrayna cəmiyyəti ABŞ Prezidentinin vədlərinə inanırmı?

- Zatən həmin görüşdən əvvəl və sonra həm Tramp administrasiyasının, həm də Ukraynanın qarşılıqlı gözləntiləri doğrulmadı. Amerikalılar Ukrayna rəhbərinin və xalqın əzmini düz hesablamadan, “köməyə möhtac olduqları üçün nə desək, boyun əyəcək, tabe olacaq” ritorikası ilə yanaşdılar. Ukrayna isə müttəfiq dövlətdən Rusiya əleyhinə daha kəskin bəyanat və dəstək gözlədiyi halda, bunun əksi ilə üzləşdi. Onsuz da Putin Rusiyası hər zaman “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibədən məqsədinə nail olmadan ən çəkməyəcəyini bildirir. Bu isə Ukraynanın ən azı 4-5 vilayətinin işğalı, ölkə ordusunun ləğv olunması, hakimiyyətə özlərinə yaxın qüvvələrin gəlməsi və s. deməkdir. Putin Ukrayna dövlətini və milli kimliyini məhv etmək istəyir. Son günlərdə təkcə Krivoy Roqa atılan raket zərbələri nəticəsində 3-17 yaşlı 9 uşaq həlak olub. Bu bir xalqın genefondunu, gələcəyini məhv etmək hədəfidir.

- Həm sülh danışıqları, həm də Ukrayna ərazilərinin raketlərlə bombalanması... Yaşadığınız ölkədə nə düşünürlər: atəşkəs budurmu, sülh beləmi təmin olunacaq?

- Ukrayna dövləti və xalqı nə qədər çətin olsa da, heç zaman imperiya boyunduruguna girməyəcək. Artıq Ukrayna tərəfi Amerikanın bu ölkədəki səfirindən də soruşur: atəşkəs budurmu? Trampın dini işlər üzrə köməkçisi son terroru pisləyən bəyanat verib.

- Vahid Avropa Ordusunun yaradılması, işğalçıya qarşı Amerikasız mübarizə fikri ətrafında qızğın müzakirələr gedir. ABŞ əlini çəkərsə, Avropa Ukraynanı Rusiyada qoruya bilərmi?

- Təəssüflər olsun ki, bu geopolitik məkanda Macarıstan və Serbiya kimi, Ukraynaya dəstək fonunda ümumi ahəngi pozan ölkələr, rəhbərlər, siyasi qüvvələr var. Yenə də Avropa öz təhlükəsizliyi naminə Ukraynaya dəstəyi davam etdirir.

- Və Türkiyə faktoru var. İstanbul danışıqlarını, “Taxıl sazişi”ni xatırlasaq, Ankaranın dəstəyinə, ümidverici roluna yenidən müraciət edilməsi mümkündürmü?

- Təəssüf ki, Türkiyənin başı daxili problemlərə qarışdığı üçün hazırda ümumi proseslərdən kənarda qalmış kimi görünür. Amma “Taxıl dəhlizi” anlaşması ilə bağlı danışıqlar gedir. Çünki Rusiyanın özünə də bu dəhliz lazımdır. Təbii ki, işğalçı tərəf bu mövzuda da absurd şərtlər irəli sürür, lakin Ukrayna tərəfi öncəki illərdən dərs çıxararaq buna getməyəcək. Məhz dəhliz söhbəti yeni başlayanda ruslar təzyiq vasitəsi kimi limanda dayanan gəmini vurub 10 nəfəri qətlə yetirdilər.

Bütün bunlar onu göstərir ki, Putin və komandasının ipinin üstünə odun yığmaq olmaz. Zatən Ukrayna ictimaiyyətində belə bir fikir var ki, ruslar indiki şərtlərdə atəşkəsə riayət etsələr də, Ukrayna ilə bağlı qarşılarına qoyduqları əsas məqsədlərə çatana qədər isğalçılıq siyasətindən əl çəkməyəcək və münaqişə yenə də qızışacaq. El dili ilə desək, bu xəmir çox su aparacaq.(AYNA)

İsmayıl Məmmədli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam