Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Saatlıda nə baş verir?: İcra başçısı sakinləri dövlətdən narazı salır? -FOTOLAR

Saatlıda nə baş verir?: İcra başçısı sakinləri dövlətdən narazı salır?

Son günlər regionlarda ümumi istifadədə olan örüş sahələri gah bələdiyyələr tərəfindən satılır, gah da icarəyə verilir.

Yenixeber.org: Redaksiyamıza müraciət edən Saatlı rayon Azadkənd kənd sakinləri Abbasov Adəm İsmayıl oğlu, Ələsgərov Cəlal Məhəmməd oğlu, Abasov Əliquli Allahverdi oğlu və digərləri böyük narazılıqlarını ifadə edirlər. Belə ki, yuxarıda adı hallanan Azadkənd kənd bələdiyyəsinin sədri Rəhmanov Fuad Adışirin oğlu ümumi istifadədə olan örüş sahəsini yaxın qohum və tanışlarına icarəyə verib.

Əlbətdə ki, narazılıq yaradan bələdiyyə sədri bir başa məsüliyyət daşıyır və qanun qarşısında cavab verməlidir. Bunlardan əlavə bir qrup kənd sakinlərini hədələməklə özünü kəndxuda kimi göstərməyə çalışır, daha doğrusu məqsədinə qismən də olsa nail olub.

Maraqlı məqam ondan ibarətdir ki, ölkə başçısı cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, Saatlı RİH başçısı Elmir Bağırov haqlı vətəndaşların problemlərini həll etmək əvəzinə, örüş sahələrini qanunsuz icarəyə verən bələdiyyə sədrini mudafiə edib.

Bundan sonra adı hallanan kənd sakinləri məsələni hüquqi müstəvidə həll etməyə çalışıblar. Əldə olunan məhkəmə qərarları isə heç bir halda icra olunmur. Əslində, məhkəmə qərarından 20 gün sonra Saatlı rayon icra və probasiya şöbəsi bir mənalı şəkildə məsələyə müdaxilə etməli idi.

Yazıqlar olsun ki, Ədliyyə Nazirliyinin əməkdaşları məhkəmə qərarlarını yox, sifarişləri icra edir. Bu barədə istər rayon rəhbərliyinə, istərsədə Ədliyyə Nazirliyinə rəsmi müraciət olunacaq. Belə bir məqamda çox maraqlı bir sual yaranır. Vətəndaşları dövlətdən və dövlət başçısından narazı salmaq kimlərin sifarişidir?

Cənab prezident rayon icra hakimiyyətlərinə nümayində təyin etdikdə onlara ilk növbədə rayon sakinləri ilə normal davranmaq və həvalə olunan məsuliyyətli vəzifəni şərəflə yerinə yetirməyi tövsiyə edir. Əfsuslar olsun ki, bir qismi öz şəxsi maraqlarını düşünərək, vətəndaşları dövlət başçısından narazı salmağa çalışır.

Təbii ki, sonda “qanun şahdır, şah qanun deyil” prinsipi işə düşür və həmən xəyanətkarlar dəmir barmaqlar arasında ömürlərinin qalan hissələrini yaşayırlar. Ümüd edək ki, bir qrup narazı Saatlı rayon Azadkənd kənd sakinlərinin problemlərinin istiqamətində addımlar atılacaq. Bizim araşdırmalarımız davam edir.
Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Elman Qənbərov

P.S. Bu dəqiqələrdə əldə etdiyimiz məlumatlara görə, icra başçısı məzuniyyətdir və bütün səlahiyyətlər ikinci müavin Gündüz Səmədliyə həvalə edilib. Bir sözlə, dövlət başçısına qarşı edilən qara kampaniyanın əsl səbəbkarı, Saatlının “gündüzün” qara zülmət edən məhz Gündüz Səmədlidir. Ətraflı növbəti yazılarımızda biləcəksiniz…

(dosye.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam