Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı məktəblərindən maksimum nəticə göstərənlər -FOTO

bu-baki-mekteblileri-maksimum-netice-gosterdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 8 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

Yenixeber.org: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, martın 2-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 91 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Şəhanə Abbasova, “Zəngi” liseyinin şagirdi Nuray Bayramova, 192 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Ülkər Ələkbərova, 68 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Rəhim Fərəczadə, 37 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Mədinə İsmayılzadə, 54 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Gülay Mürvətova, 272 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sona Nurməmmədli, 295 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Tovuz Seyidova 300 bal toplayıblar.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam