Yasamal rayonu Şəfaət Mehdiyev küçəsinin bəzi hissələrində səki yoxdur, səki olan hissəni isə avtoyuma məntəqəsi zəbt edib: “Yanından keçəndə adamın üzü, üstü su olur”… Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə narazı sakinlər etirazlarını ifadə ediblər. Deyilənə görə, Şəfaət Mehdiyev küçəsinin bəzi yerlərində səki əvvəldən olmayıb. Bəlkə də “avtoyuma”nın yerləşdiyi hissədə də səki olmayıb, sadəcə, obyekt tikiləndə qarşısında maşınların saxlanılması üçün şərait yaradılıb. Başqa küçələrdə də avtoyuma məntəqələri piyadalara maneələr yaradır. Ötən ay Bakıda piyadaların rahat hərəkəti üçün Bakı Şəhər İcra Hakimiyyətində xüsusi proqramın hazırlanması barədə məlumat yayılmışdı. Məlumata görə, mümkün olan yerlərdə piyada səkilərinin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulur. Proqramın hazır olub-olmadığı və ya nə vaxt icra ediləcəyi bilinmir, amma heç olmasa indiyə kimi səkiləri zəbt edən avtoyuma məntəqələrinin profilləri dəyişdirilməli idi. Bu da şəhər rəhbərliyinin səlahiyyətindədir. Qeyd edək ki, ilk dəfə deyil ki, Yasamal rayon İcra Hakimiyyəti başbilənlərinin qarış-qarış satdığı səkilər və digər keçirdlər piyadalara rəsmən təhlükə yaradır və hətta əksər hallarda onların həyatları hesabına belə başa gəir... Sevinc Ədilova adlı sosial şəbəkə istifadəçisi də eyni problemin başqa küçələrdə də hökm sürdüyünü deyərək gileylənir: "Düzdür, o yolu (Şəfaət Mehdiyev küçəsi nəzərdə tutulur -dia-az) getmək olmur. Səki deyilən şey yoxdur orda. O əraziyə yaxın Həsən Məcidov və Əhməd Cəmil küçələri var. Oralarda da ancaq "moyka"lar yığıncağıdır. Səki yoxdur..." Onu da qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı postunu tutan Elşad Həsənov dəfələrlə Bakı şəhər icra hakimiyyətinə, xüsusən də Bakı meriyasının rəhbərliyinə tabesizlik nümayiş etdirməsi səbəbindən tənbeh olunub və bir neçə dəfə baş verən bu halın özü belə Yasamal RİH-in özünə yığışmasına nədən olmayıb...(Dia-az)