Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Hindistan Estafeti Braziliyaya Ötürdü -ANALİZ

Yenixeber.org: Böyük dövlətlər arasında mübarizə özünü “Böyük iyirmilər”in (G20) Hindistan paytaxtı Dehlidə keçirilən onlayn sammitində göstərdi. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirmişdi ki, Dehli G20-nin onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərib. Hindistanın baş naziri Narendra Modi sentyabrın 9-10-da Delhidə G20 sammiti zamanı noyabrda liderlərin bu dəfə virtual formatda görüşünün keçirilməsini təklif etmişdi.

Buna baxmayaraq, ABŞ prezidenti Cozef Bayden və Çin sədri Tsi Sinpin onlayn sammitində iştirak etmədilər. Cinpinin iştirakdan yayınması Çinlə Hindistan arasında sərhəd məsələslənin həll olunmamasıyla bağlıdır. İki ölkə arasındakı münasibətlərdə sualların sayı azalmayıb. ABŞ prezidenti Cozef Bayden isə Dehlidəki onlayn sammitdə iştirak etməsə də, Vaşinqton Hindistanla strateji əlaqələrə xüsusi əhəmiyyət verir. ABŞ Hindistana müxtəlif növ silah tədarükünü artırıb.

Rusiya prezidenti Vladimir Putin isə əksinə onlayn sammitə qatılaraq müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdi. Halbuki, Putin Dehlidə sentyabrda keçirilən sammitə qatılmamamışdı. Putin onlan sammitində hətta onu da bildirdi ki, o müharibələrin əleyhinədir, Ukrayna ilə danışıqların başlanılmasının tərəfdarıdır. Ancaq danışıqların başlaması üçün Rusiya ordusu Ukrayna ərazisini tərk etməlidir. Putin buna hazır deyil.

Narendra Modi qısa zaman kəsiyində Dehlidə iki sammit keçirməklə beynəlxalq aləmdəki problemlərinə həllində irəliləyişə ümid edirdi. Problemlər həll olunmasa da, fikir mübadiləsi davam edir. Ən mürəkkəb problemlərdən biri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin davamıdır. Ancaq Dehlidəki sammitlərin yekun bəyanatlarında bu müharibəyə toxunulmadı. Bu ona görə baş vermədi ki, bəyyannmədə Rusiya-Ukrayna müharibəsiylə bağlı bəndin salınması liderlər arasında ciddi ixtilafa səbəb olacaqdı və bu halda yekun sənəd qəbul edilməyəcəkdi. Narendra Modi isə sammitin bu şəkildə yekunlaşmasını istəmirdi.

Hindistanın sədrliyi ilə 12-13 oktyabr tarixlərində Mərakeşdə “böyük iyirmilər”in maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin görüşü də keçirilib. Liderlər beynəlxalq aləmdəki müharibə və gərginlikləri müzakirə etsələr də, dünya iqtisadiyyatını da unutmur, inflyasiya ilə mübarizənin vacibliyini nəzərə alırlar. İqtisadi sabitlik böyük dövlətlər üçün vacibdir. Təsadüfi deyil ki, Narendra Modi onlayn sammitdə çıxışında regional münaqişələr və Qəzzada müharibənin dayandırılmasıyla yanaşı dünya iqtisadiyyatının problemləri barədə də fikirlərini bildirib.

Gələn ildən “böyük iyirmilərə” Braziliya sədrlik edəcək. Braziliya də Hindistan kimi siyasi və iqtisadi çəkisini artırmağa çalışır.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam