Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hindistan və Çin arasında qarşıdurma:qlobal tərəfdaşlıq strategiyası seçimi


 

 Yenixeber.org: Hindistan və Çin arasında mübahisəli ərazilərlə bağlı sərhəd münaqişələri hələ 1960-cı ildə başlayıb, sonradan 1962-ci ildə əsl müharibə xarakteri alıb. Növbəti münaqişələr 1965 və 1967-ci illərdə başlayıb. 1975-ci ilə qədər və ondan sonra münaqişələr hərdən-bir yaranır, amma müvəqqəti olaraq sakitləşirdi. Tərəflər hətta hər iki tərəfdən (təmas xəttindən 2 km. məsafədə) patrulların odlu silahsız sərhədin mühafizəsinə çıxması barədə razılıq da əldə ediblər.

2020-ci il mayın 5-də sərhəddə patrul çəkilərkən Ladakxa rayonunda yeni bir qarşıdurma baş verib. İyunun 9-da məlum olub ki, Hindistan və Çin münaqişə zonasından qoşunlarını çəkməyə başlayıblar, iyunun 15-dən 16-na keçən gecə isə silahlı qarşıdurma baş verib. İlkin məlumatlara görə, Çin tərəfdən 43 nəfər xəsarət alıb (ağır yaralılar və həlak olanlar var), Hindistanlılardan təxminən 20 nəfər həlak olub. Çin Hindistanı sərhədi keçməkdə ittiham edib, baxmayaraq ki, bu ərazidə hər iki tərəfin qəbul etdiyi bir sərhədin olmadığı, yalnız faktiki nəzarət xəttinin mövcud olduğu yaxşı məlumdur. Nəzərə alaq ki, 60-70-ci illərdə Hindistan və Çin təxminən eyni iqtisadiyyata malik idisə, indi Çinin ÜDM-i Hindistanın ÜDM-dən beş dəfə çoxdur və Pekin müdafiəyə dörd dəfə çox vəsait xərcləyir.

Dünyanın nüvə silahına malik iki nəhəng ölkəsi arasında gərginliyin artmasının əsl səbəbi nədir?

(“Dünyanın zirvəsində ağır orta əsrlər döyüşü: əsgərlər dəmir çubuqlarla dəlik-deşik edilib, qayalardan atılıb və donmağa tərk edilib. İki nüvə dövləti - Hindistan və Çin sərhədçilərinin döyüşünün nəticəsi budur”, Daily Mail (Böyük Britaniya) “Çin və Hindistan əsgərləri arasında ağır döyüş” - 17.06.2020)

 Əlbəttə, Himalayda və digər rayonlarda mübahisəli sərhəd məsələsini, ÇXR-in əsas müttəfiqi olan Pakistanı Hindistanla münaqişələrdə dəstəkləməsi, Pekinin tədricən Hindistandan uzaqlaşan Şri-Lanka və Nepalla, eləcə də infrastrukturuna böyük Çin investisiyaları qoyulan Banqladeşlə münasibətlərdə maraqlı olması kimi həddindən artıq mühüm məsələləri müzakirə etmək lazımdır. “Bir zolaq, bir yol” qlobal layihəsi də hindistanlıların narahatlığına səbəb olur, onlar bütün mümkün vasitələrlə onun həyata keçirilməsinə müqavimət göstərirlər. İlk növbədə bu, Kaşmir bölgəsində mübahisəli əraziləri də əhatə edən bir sıra böyük infrastruktur layihələrinin həyata keçirilməsini nəzərdə tutan Çin-Pakistan iqtisadi dəhlizinə aiddir.

Belə çıxır ki, Çin öz qonşusunu mühasirəyə alır, Hindistan da buna hər hansı reaksiya verməlidir. Amma məsələ daha da mürəkkəbdir, məsələ dünyada gələcək qlobal tərəfdaşlıqla bağlıdır, onun arxitekturasında Hind okeanı - Sakit okean regionu sistem əmələ gətirən xarakterə malikdir. Buradaca sual yaranır: müstəqillik əldə etdikdən sonra neytrallığını elan edən iki ölkədən hansı ilk olaraq regionda Hindistan-Çin üstünlüyünə qəsd edib, xarici oyunçuları dəvət etməsə də, onların regionda möhkəmlənməsinə kim mane olmayıb, faktiki olaraq digər tərəfin əleyhinə yönəlmiş birliklərə kim daxil olur?

Formal olaraq ÇXR-ə qarşı çıxan xarici qüvvələrin növbəti dəfə səfərbər olmasına səbəb olan pandemiyanın yayılması Çinin parlaq geosiyasi və iqtisadi yüksəlişini kəskin şəkildə dayandırıb. Bu, Çində qeyri-sabitliyin artmasına və analitiklərin qiymətləndirmələrinə görə, “yumşaq qüvvə” siyasətinin daha aqressiv diplomatiya ilə əvəz olunmasına gətirib çıxarıb. Və bu, təəccüblü deyil, belə ki, Çin rəhbərliyi Hindistanla münaqişə məsələsində daim həm ÇKP sıralarından, həm də “aşağıdan” güclü təzyiq hiss edir, bu da dövlətin birinci şəxslərinin dəyişməsi ehtimalı haqqında kifayət qədər təhlükəli siqnaldır.

Rəsmi bəyanatdakı “... Çin ictimaiyyətinə üz tutmaq istəyirik. Hindistanla sərhəd məsələsində hökumətə və Xalq-azadlıq ordusuna etibar etmək və Hindistanla mübahisələrin həlli prosesində onların həqiqətən də ərazi suverenliyini və dövlətin hərtərəfli maraqlarını müdafiə edəcəklərinə inanmaq lazımdır. Çin təkcə öz torpaqlarının hər bir qarışını qorumaq üçün deyil, həm də Çinə qarşı hiyləgər plan quranların heç birinin istədiyinə nail olmasına imkan verməmək üçün kifayət qədər gücə və müdrikliyə malikdir” sözlərinin yer alması təsadüfi deyil - Xuantsyu şibao (Çin). “Hindistan sərhəddəki vəziyyətlə bağlı iki yanlış mülahizədən qurtulmalıdır”. 17.06.2020

Bu redaksiya məqaləsini maraqlı edən təkcə Hindistanın Çin tərəfindən qəbul edilməyən daxili və xarici siyasət “səhvlərinin” tamamilə şəffaf şəkildə göstərilməsi deyil. Məqaləyə görə, Nyu-Deli hesab edir ki, Çin ABŞ tərəfindən artan strateji təzyiq altındadır, buna görə də Hindistanla münasibətləri korlamaq istəmir, həm də bəzi Hindistan vətəndaşları yanlış olaraq hesab edirlər ki, Hindistan hərbi cəhətdən Çindən daha güclüdür. Amma əsas məsələ ondadır ki, ABŞ-ın Hind okeanı - Sakit okean strategiyasını həyata keçirməsi Hindistan elitası arasında yanlış mülahizələrin yaranmasına gətirib çıxarıb. Hindistana ABŞ-ın Çin-Hindistan münasibətlərinə investisiya resurslarının kifayət qədər məhdud olduğunu, buna görə də Vaşinqtonun heç vaxt Hindistanın maraqlarını həyata keçirmək üçün vəsait ödəməyəcəyini dərk etmək təklif olunur. ABŞ-ın məqsədi Hindistanı Çinə qarşı qaldırmaq, habelə onun Vaşinqtonun maraqlarına xidmət etməsinə şərait yaratmaqdır.

Maraqlıdır ki, M.Narayanan - keçmiş milli təhlükəsizlik müşaviri və Qərbi Benqaliyanın keçmiş qubernatoru da bu mövqeyi bölüşür. O da hesab edir ki, sərhəd problemi ikinci dərəcəli problemdir. Onun fikrincə, Çinin əməllərinin arxasında daha ciddi səbəblər dayanır, getdikcə daha çox Amerikanın təsiri sahəsinə daxil olan Hindistan bu səbəblər barədə düşünməlidir. “Hindistan ABŞ, Yaponiya və Avstraliya ilə birlikdə dördtərəfli təhlükəsizlik dialoquna daxildir, bu təşkilat isə açıq-aşkar anti-Çin çalarına malikdir. ABŞ prezidenti Donald Trampın sonuncu “Böyük yeddilik”i yenidən qurmaq, Hindistan kimi bir ölkəni ona daxil etmək (ölkə artıq buna razılıq verib), Çini isə çıxarmaq hiyləsi Çinə Hindistanla zidd düşərgələrdə olduğunu bir daha sübut edir” - The Hindu (Hindistan). “Blokdan kənar statusu qoruyub saxlamaq - yaxşı məsləhətdir”. M.K.Narayanan 17.06.2020.

Bir sözlə, Çin bir daha xatırladır ki, Hindistan ABŞ və Çindən eyni dərəcədə uzaqlıq prinsipinə sadiq qalmalıdır. Və M.K.Narayananın fikrincə, bu, NATO üzvü kimi ABŞ-ın təzyiqinə məruz qalmayan Hindistan üçün ən yaxşı seçimdir.

Bəs israrla Hindistanla yaxınlaşma yolları axtaran ABŞ-ın əsl maraqları nədən ibarətdir? Əvvəlki məqalədə artıq qeyd etdiyimiz kimi, Vaşinqton və Nyu-Deli ticarət azadlığı haqqında ikitərəfli müqavilənin - ABŞ-ın dünya ölkələri ilə münasibətlərini tənzimləyən əsas sənədlərdən birinin gələcək mətni haqqında gərgin dialoq aparır. Aydındır ki, Tramp Hindistanın Asiyada Rusiya və Çini tarazlaşdırmasını istərdi, amma Tramp üçün Hindistanın əsl dəyəri onun Çinin iqtisadi alternativi olmasındadır. Və Hindistan bu planın həyata keçirilməsi üçün çatışmayan gücünü Çinin ilhaqından narahat olan ABŞ və Aİ hesabına artırmağı düşünür.

P.S. 18.06.2020: Çinin XİN başçısı Van İ və Hindistanın XİN başçısı Subramaniam Cayşankar arasında telefon söhbəti olub. Tərəflər baş verən münaqişəyə rəsmi baxışlarını bölüşüblər və hadisənin birgə araşdırılması üçün komissiya yaratmaq barədə razılıq əldə ediblər.

Beynəlxalq ekspertlər yaxın gələcəkdə Çin-Hindistan münaqişəsinin nizamlanması ehtimalına böyük şübhə ilə yanaşırlar.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam