Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yaxın Şərq Dünyanı İkiyə Bölüb -ANALİZ

 Yenixeber.org: Dünya “Həmas” qruplaşmasına münasibətdə ikiyə ayrılıb. Bir qrup ölkə “Həmas”ı terrorçu qruplaşma kimi dəyərləndirərkən, digərləri bu təşkilatı Fələstin uğrunda mübarizə aparan savaşçı qruplaşma kimi qiymətləndirir. “Həmas” qruplaşmasının təmsilçiləri Ankara, Moskva və Pekində görüşlər keçirir, Qətərdən və İrandan maliyyə əldə edirlər.

“Həmas” təşkilatının rəhbər heyəti bugünlərdə Moskvada görüşlər keçirib. İsrail Xarici İşlər Nazirliyi Kremlin bu addımını sərt tənqid edib. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin İsrail-Fələstin münaqişəsinin bütün tərəfləri ilə dialoq apardığını xatırladıb. “Həmas” qruplaşmasının təmsilçiləri Rusiya Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. “Həmas” təmsilçiləri ilə dialoq siyasəti yalnız Rusiyaya aid deyil. “Həmas” qruplaşmasının nümyəndələri tez-tez Türkiyəyə də səfər edərək, türkiyəli diplomatlarla müzakirələr aparırlar. Təsadüfi deyil ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Həmas” üzvlərini mücahidlər adlandırıb. Bundan sonra İsrailin Türkiyə səfirliyindəki diplomatları ölkələrinə geri çağrılıblar.

Pekinin də “Həmas” qruplaşması ilə təmasları mövcuddur. Ümumiyyətlə son hadisələrə qədər Pekin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyirdi. Fələstin lideri Mahmud Abbas Pekinə səfərdən sonra İsrailin baş naziri Benyamin Netanyahu da Çin paytaxtına getməli idi. Ancaq bu baş vermədi. Hazırki şərtlər altında İsrailin Çinin vasitəçiliyinə razılaşacağı çətindir. Digər tərəfdən Pekin də Moskva və Ankara kimi İsrailin Fələstin dövlətini tanınmasının zərurətini bildirib.

Vaşinqton Çinin Yaxın Şərqdə siyasətini korrektə etməsini istəyir. Çin İran neftinin əsas alıcılarındandır. Vaşinqton Pekinin Tehrana təsir etməsini və Yaxın Şərqdəki toqquşmalara müdaxiləsindən kənar olmasını istəyir. “Reuters” agentliyinin məlumatına görə, ABŞ prezidenti Cozef Bayden bu mövzuda Çin lideri Tsi Cinpinlə müzakirə aparmağa çalışır. Pekin özü də ABŞ-la İran arasında qarşıdurmanın baş verməsində maraqlı deyil. Çünki bu halda neftin qiyməti kəskin şəkildə artacaq. Bu isə Çin iqtisadiyyatına mənfi təsir edəcək.

Buna baxmayaraq, Pekin Yaxın Şərqdə gərginliyin azalması üçün böyük səy göstərməyəcək. Pekin uzaqbaşı böyük dövlətlərin Yaxın Şərqlə bağlı ortaq razılaşmasında yer alacaq. Pekinin nə İrana, nə də “Həmas” qruplaşmasına təsir etmək fikri var. Əksinə, Pekin də Moskva kimi onda maraqlıdır ki, ABŞ-ın Yaxın Şərqdə problemləri artsın. Çində nəşr olunan “Global Times” dərgisi bu iddianı təsdiq edib: “ABŞ Çini durdurmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır, bu alınmayacaq”. The Financial Times” dərgisində yayımlanan məqalədə isə İsrailin mülki insanlarının öldürülməsi faktının Çini az maraqlandırdığı bildirilib. Pekin üçün önəmli olan bu hadisələr fonunda ABŞ-ın zəifləməsidir.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam