MOSKVANIN BAŞ TUTMAYAN PLANI VƏ... - Putin Azərbaycan və erməni cəmiyyətinə hansı mesajları verir?
“İrəvan Ermənistan-Azərbaycan münaqişəsindən sonra öz nəzarətində saxladığı yeddi rayona nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın - Ermənistanın və ə Qarabağın (qondarama qurumun - red.) yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz 10-15 il Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. Müxtəlif variantlar təklif etdik, amma nəticədə bu vəziyyət yarandı. “Nə edəcəksiniz” sualımıza “döyüşəcəyik” cavabını verdilər”.
Yenixeber.org: Bu sözləri Rusiya Pezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib. Bu, o deməkdir ki, Putin sanki öz ata-babasının torpağı kimi Kəlbəcəri və Laçını da qeyri-müəyyən vaxta qədər Ermənistanın tabeliyində saxlamağı təklif edibmiş...
Bu, münaqişənin lap əvvəlindən Kremlin dəyişməz mövqeyidir. Keçmiş SSRİ ərazisində yaşayan millətlər arasında yaradılmış münaqişələr Moskvanın bölgəni hərbi-siyasi nəzarətində saxlaması üçün əsas vasitə olub. Bu siyasət bu gün də dəyişməyib, amma dünya dəyişib,
Rusiyanın Ukraynada düşdüyü bataqlıq regionda qüvvələr balansına ciddi təsir göstərib. Ermənistan kimi vassal, mövcudluna görə Moskvaya borclu olan ölkə də indi özünə yeni ağa(lar) axtarmağa başlayıb, Rusiyanı başqa ölkələrin for-postuna çevrilə biləcəyi ilə şantaj edir. Hətta bu şantajında "ciddi" olduğunu göstərmək üçün Rusiyanın əsas düşməni ABŞ-la birgə təlimlər keçir, KTMT-ni iqnor edir...
Təbii ki, bu, Putini bərk əsəbləşdirir, üzünə ağ olan Nikol Paşinyanı cəzalandırmaq istəyir. Putin əlbəttə bilir ki, xəyanət və satqınlıq ermənilərə xas milli xüsusiyyətdir. Paşinyan da bir erməni kimi bu "milli dəyərlərə" sadiqdir, kim güclüdürsə onun "qucağına" oturmağa çalışır.
Putini əsəbləşdirən də bu zəifliyinin məhz vassalı - həm iqtisadi, həm də hərbi baxımdan bəslədiyi bir ölkənin rəhbəri tərəfindən nümayişkəranə şəkildə göstərilməsidir. Kreml sahibi təbii ki, bunu cavansız qoymaq istəmir, ermənilərə səslənir, həm də dolayısı ilə Azərbaycan cəmiyyətinə mesajlar verir.
Ermənilərə deyir ki, Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını qeyri-müəyyən vaxta qədər Ermənistanın tabeliyində qalmasını təklif edirdik, Paşinyan qəbul etmədi, müharibə istədi. Bizim siz ermənilərin qarşısında heç bir günahımız yoxdur, günahkar Paşinyandır, sizin düşməniniz, bəlalarınızın baiskarı odur. Ondan xilas olun, yoxsa Rusiyanı yanınızda görməyəcəksiz.
Putin Paşinyanın Qarabağın bütün ərazisi üzərində Azərbaycanın suverenliyini tanıdığını bəyan edərək, ermənilərin qəzəbini də onun üzərinə yönəltməyə cəhd edir, Rusiyanın fakt qarşısında qaldığını göstərmək istəyir
Deyir ki, bununla Rusiyanın əl-qolu bağlanıb: “İndi Prezident Əliyev mənə deyir - yaxşı, bilirsiniz ki, Ermənistan Qarabağın bizim ərazi olduğunu tanıyıb, Qarabağın statusu artıq məsələ deyil, o, həll olunub. Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edərək, 1991-ci ilə qədər bütün ərazini Azərbaycan SSR çərçivəsində hesablayıb və Qarabağın da daxil olduğu bir rəqəmin adını çəkib. Bu baş verdi, bu, bizim qərarımız deyildi. Bu,bugünkü Ermənistan rəhbərliyinin qərarıdır... Əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, burada deyiləcək bir şey yoxdur”.
Əlbəttə, Putinin 44 günlük müharibədən sonra Moskvadan "küsən" ermənilərin qəzəbini Paşinyanın üzərinə yönəltmək istəməsi başadüşüləndir.
Ancaq bu, Azərbaycanın Qarabağın bütün ərazini separatçılardan təmizlənməsinə imkan verməyən, 10 noyabr sənədinə qol çəkən, amma oradakı öhdəlikləri yerinə yetirməyi İrəvandan tələb etməyənin də Rusiya rəhbəri olduğu faktını dəyişmir. Bu həm də ötən il fevralın 22-də Azərbaycanla müttəfiqlik sazişi imzalamış Rusiyanın heç bir sənədə, imzaya, bəyanata hörmət etmədiyini göstərir!
Odur ki, Putinin bu çıxışında Azərbaycan cəmiyyətinə ciddi mesajlar var. Bu mesaj xüsusən, Rusiyanı müttəfiq, dost, xilaskar görən bəzi azərbaycanlılara ünvanlanıb.
Putin öz dili ilə onlara deyir ki, Azərbaycan rayonlarını hələ uzun illər Ermənistanın tabeliyində saxlamaq istəyirdik, minlərlə azərbaycanlının ölümünə bais olan müharibəni biz alovlandırmışıq.
Kreml sahibi həm də onu deyir ki, Ermənistan Xankəndi üzərində Azərbaycanın suverenliyini tanınmağa məcbur qalsa belə, biz hərbi, siyasi gücümüzlə bölgədəyik. Ermənilər Paşinyanla haqq-hesab çəksələr, Rusiyanın Qarabağın erməniəsilli sakinlərin yaşadığı hissəsi ilə bağlı mövqeyi dəyişməycək.
Yəni Ermənistan Qarabağın erməniəsilli sakinlərin yaşadığı əraziləri də Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olsa da, Rusiya separatıçıları qorumaqda davam edə biləcəyinə eyham vurur. Ermənilər nankor olmayıb “böyük qardaş”a qulaq assalar, Moskva prosessi uzatmaq, ərazidə Azərbaycanın suverenliyinin təmin olunmasını mümkün qədər ləngitmək fikrində olduğu mesajını verir.
Azərbaycan xalqı, dövləti Putinin bu mesajlarına adekvat addımlar atmalıdır. Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində də suverenliyimizin tanınmasınıyalnız İrəvandan deyil, həm də Moskvadan tələb etməliyk....(Azpolitika)