Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Generallar Niyə Yoxa Çıxıblar? -ANALİZ

 ABŞ Ukraynanı Rusiyadan, Tayvanı isə Çindən qorumaq missiyasını həyata keçirməyə çalışır

Yenixeber.org: “Financial Times” qəzetində yayımlanan məqalədə Vaşinqtonun Ukrayna üçün əlavə büdcə ayırdığı və bunun bir hissəsinin Tayvanın silahlanmasına ayrıla biləcəyi yazılıb. ABŞ Konqresində bununla bağlı qərar verilməlidir. Vaşinqton Çinin artan hərbi gücü qarşılığında Tayvana silah tədarükünü artırmağı planlaşdırıb. Əgər Konqres müvafiq qərar qəbul edərsə Tayvan ilk dəfə olaraq xarici dövlətlərə hərbi yardım sistemi vasitəsilə silah alacaq. Tayvana ilkin mərhələdə 345 milyon dollara yaxın hərbi yardım edilməlidir. Bundan başqa Pentaqon Tayvana insan daşına bilən hava hücumundan müdafiə sistemləri, raketlər, kəşfiyyat avadanlıqları verəcək.

Pekin Vaşinqtonun hərbi planları qarşılığında Çin ordusunu gücləndirməyə qərar verib. Çin ordusunda güclənmə tədbirləri ilə yanaşı zabitlərin yoxlanılması da həyata keçirilir. Bu sırada Çinin raket qoşunları birliklərində yoxlamaların miqyası artıb. Görünür, hakim Çin Kommunist Partiyasının ordunun hakimiyyətə tam loyal olmasıyla bağlı ciddi şübhələri var. Qərb mətbuatının yazdığına görə, Çin lideri Tsi Cinpin orduya nəzarəti şəxsən rəhbərlik edir. Tsi Cinin nədən ehtiyat edir?

Çin elitasının və ordusunin təhqiqatlarında ixtisaslaşan Kanadanın “Cercius” təşkilatının son hesabatına görə, Çinin raket qoşunlarına komandanlıq edən ən azı 10 general barədə məlumat yoxdur. “Financial Times” qəzeti həmin generalların son aylarda keçirilən toplantılarda iştirak etməmələrinə dair məqalə yayımlayıb. Bəzi məlumatlara görə, həmin generalların bir qismi korrupsiya ittihamı ilə həbs olunub. Bu şübhələri Hinkonqda nəşr olunan “The South China Morning Post” dərgisindəki son məqalə də artırıb. Məqalədə Çinin raket qoşunlarında təhqiqat aparıldığı yazılıb. Təhqitatın bu ilin mart ayından başlanıldığı bildirilib.

 Tsi Cinpin hakimiyyətə gəldiyi 2012-ci ildən bu yana orduda korrupsiya ilə mübarizəni gücləndirib. Cinpinin hakimiyyəti dövründə 100-dən çox general həbs olunub. Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bu yana bu qədər çinli general heç hərb meydanlarında ölməyib.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam