Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSİYA “SÜLHMƏRAMLISI” – RUSİYA GƏMİSİ... - Yaxud Qarabağdakı hərbi kontingentin getməli olduğu “istiqamət”

Həm uzaq keçmişi, həm dünəni, həm bu günü, həm də yaxın gələcək perspektivi Rusiyanın dünyanın hansısa nöqtəsində sülhməramlı adı altında fəaliyyət göstərməsini mümkünsüz edir. Yırtıcı, işğalçı imperiya təfəkkürünün hər zaman hökm sürdüyü bu dövlətin, bu toplumun təsəvvüründə ümumilikdə sülh anlayışı ancaq kiminsə üzərində əzici işğalla nəticələnən hərbi “qələbə”dən sonra yaranan situasiyadan ibarətdir. Yəni, onların nəzərindəki “sülh” yalnız məğlub edilmiş “düşmənin” kapitulyasiyasından, itaətindən sonra mümkündür. Bununsa əsl adı sülh deyil, işğaldır ki, bunu da Kreml hazırda Ukraynada açıq-aşkar göstərməkdədir...

Yenixeber.org: Son günlər sosial şəbəkələrdə Qarabağda 2-3 erməninin gah minik, gah da yük avtomobili ilə guya etiraz əlaməti olaraq Rusiya hərbi kontingentinin nümayəndələrinin qarşısını kəsdiyinə, onlara “Azərbaycana işlədikləri üçün” irad tutduğuna dair videolar yayılır. İlk baxışdanca bunların savadsız rejissor tərəfindən quraşdırılmış tragikomik səhnələr olduğu nəzərə çarpır.

Doğrudur, ermənilər hər zaman yediyi qaba tüpürməyi bacaran toplum olublar. Lakin indiki məqamda Rusiya onlara demək olar, tam hərfi mənada hava-su qədər lazımdır. Hazırda onları və onların qanunsuz quldur dəstələrini hərtərəfli təmin edən məhz “sülhməramlılar”dır. Bu cür səhnələr isə ilk növbədə elə Rusiyanın özünə lazımdır. Çünki bununla sanki rus hərbi kontingentinin ermənipərəst olmadığı, “tərəfsizliyi”, “neytrallığı”, nəticədə isə hətta yerli ermənilərin onlardan guya Azərbaycanın maraqlarına xidmət etdiyi üçün narazı qaldığını göstərmiş olurlar. Rus hərbçisinin videokadrların biirndə erməniyə “sizə nə qədər pul veriblər” deməsi də əslində, doğrudan da bu cür şouların maliyyələşdirildiyinin göstəricisidir...

Ancaq rus “sülhməramlısı” ona guya etiraz edən ermənidən soruşmur ki, Qarabağ ərazisindəki 10 mindən çox erməni hərbçisini kim dolandırır, yedirib-içirir, təmin edir? Sepataçı xuntanın uzun illər çapıb-taladığı, səfalətə sürüklədiyi 30-40 min erməni bu qədər müftə yeyən erməni quldur dəstələrini saxlamağa qadirdirmi? Əlbəttə ki, yox.


“Blokada şousu”nun da Azərbaycanın Laçında sərhəd-keçid məntəqəsi quraşdırmasından sonra yerli erməni əhalisinin yox, həmin bu qanunsuz hərbi birləşmələrin təminatında yaranan problemlərdən qaynaqlandığı heç kimə sirr deyil. Bəs kimdir hazırda 10 mindən artıq erməni hərbçisinin təminatını həyata keçirən? Əlbəttə ki, Rusiya “sülhməramlısı”.

Bunun sonsuz sayda foto və video sübutları var ki, onlları da Azərbaycanın rəsmi orqanları dəfələrlə nümayiş etdiriblər. Baxmayaraq ki, nə 10 noyabr sazişində, nə də digər sənədlərdə rus hərbi kontingentinin qanunsuz erməni hərbi birləşmələrinin təminatı ilə bağlı heç bir vəzifəsi və səlahiyyəti əks olunmayıb. Əksinə, sözügedən sazişə görə rus hərbi kontingentinin əraziyə daxil olmasına paralel şəkildə qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın bu suveren ərazilərini tərk etməli idi.

Son günlər BMT Təhlükəsizlik Şurasına çıxarılan “blokada şousu” fiaskoya uğrayandan sonra Azərbaycandakı “rusbaşlar” və rus dilində “полезные идиоты”(faydalı axmaqlar) kimi ifadə edilən “könüllü Rusiya aşiqləri” Rusiyanın nümayəndəsinin çıxışı zamanı “nala-mıxa vurmasını”, eləcə də heç bir sənədin qəbul edilməməsini guya Moskvanın Azərbaycana qarşı reveransı kimi qələmə verməyə başladılar. Halbuki, hər hansı tənqidi sənədin qəbulu qətiyyən Rusiyanın özünün maraqlarına uyğun deyildi. Çünki bununla da Rusiyanın öz sülhməramlı missiyasını yerinə yetirə bilmədiyi, Laçın yolunu karvansara qapısına döndərə bilmədiyi və bu məsələdə bir növ Azərbaycanla bacarmadığı etiraf edilmiş olardı...

Ümumiyyətlə, Rusiya bütün addımları ilə Qarabağdakı hərbi kontingentinin bölgədə qəti və dönməz sülhün bərqərar olmasına əngəl yaradan əsas faktor olduğunu isbatlayır. Çünki hazırda Qarabağda yarımçıq qalan əsas iş qanunsuz hərbi birləşmələrin tərkisilah edilməsi, ərazimizdən çıxarılmasıdır. Bu qüvvələrin sahədəki əsas real təminatçısı və himayədarı isə məhz Rusiya və onun “sülhməramlı” kontingentidir. Deməli, məntiqlə hər şey olduqca sadədir – “sülhməramlı” kontingent yoxdursa, böyük ölçüdə erməni birləşmələri də olmayacaq, yaxud olacaqsa da, onların ömrü çox az olacaq...

Bütün bunlarla yanaşı, Azərbaycan toplumunun “sülhməramlı missiya” ilə bağlı mövqeyi indidən bütün dünyaya, o cümlədən Qərbdəki riyakar, ikiüzlü idarəçilik sisteminə çatdırılmalıdır. Ukrayna başda olmaqla, hər yerdə Rusiya ilə kəllə-kəlləyəı gələn, Qarabağda isə əksinə, Moskva ilə eyni cəbhədən çıxış edən Fransa rəhbərliyi kimi simasız siyasi institutlar da görməlidir ki, Azərbaycan nə xalq, nə də dövlət olaraq, Rusiyanın bizim torpaqlarımızda daimi qalmasını istəmir və ümumiyyətlə, onların Qarabağa yerləşməsi zərurətdən, istəkdən yox, əlacsızlıqdan, açıq və örtülü təzyiq və təhdidlərdən, təhlükələrdən irəli gələn müvəqqəti haldır.


Burada özümüz deyib, özümüz eşitməkdən heç nə çıxmayacaq. Bunun üçün mütləq 2025-ci ili gözləmək lazım deyil, bu işə bu gündən, sabahdan başlamaq lazımdır ki, zamanı çatandan sülhməramlı kontingentin torpaqlarımızı tərk etməsi üçün beynəlxalq aləmin də açıq görə biləcəyi ictimai zəmin, mühit, fon yaradılsın. Bunun üçün diplomatlarımızdan diaspor təşkilatlarımıza, ictimai fəallara, KİV-lərə qədər hər kəs çalışmalıdır.

Hamı görməli və bilməlidir ki, demək olar, bütün qonşuları ilə sülh yox, atəşkəs rejimində yaşayan və hər bir özündən zəif qonşusuna potensial işğal obyekti kimi baxan Rusiya kimi dövlətin hərbi kontingentinin Azərbaycan başda olmaqla, dünyanın istənilən nöqtəsində “sülhməramlı” adı altında yerləşməsi və saxlanılması təkcə siyasi və hərbi deyil, mənəviyyat, əxlaq baxımından da nonsensdir, yolverilməzdir...

Son statuslarının birində Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarov Qarabağdakı ermənilərin gələcəyilə bağlı “Lavrov planı” kimi təqdim edilıən separatçı ssenarini tənqid edərək, belə təkliflərin məlum “rus gəmisi”nin ardınca göndərilməli olduğunu yazıb. Doğru yazıb və sözsüz ki, həmin gəminin “istiqamətində” göndərilməli olanlardan biri və bəlkə də ən birincisi Qarabağdakı Rusiya hərbi kontingentidir...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam