Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ŞƏRTLƏRİ SONADƏK BİZ DİQTƏ ETMƏLİYİK! –Güzəşt zəiflik kimi qəbul olunar

Azərbaycan Laçın sərhəd buraxılış məntəqəsini quraşdırandan sonra Ermənistan hakimiyyəti və Qarabağdakı separatçılar anlamağa başladılar ki, gec və ya tez Xankəndi birbaşa Bakının nəzarətinə keçəcək. Bu səbəbdən də indidən bunun qarşısını almağa çalışırlar.

Yenixeber.org: Əzici və rüsvayçı məğlubiyyətə uğramış ermənilərin son hərəkətləri əlacsızlığın əlamətidir. Bunu həm Ermənistan rəhbərliyinin, həm də Qarabağ separatçılarının bəyanatlarından hiss etmək mümkündür. Əlbəttə, hazırda baş verənlərin arxasında Rusiyanın çirkin niyyətlərinin durmasını da inkar etmək olmaz.

Rusiyanın Qarabağ planı Hazırda Moskva böyük geostrateji dəyişikliyin astanasındadır. Ukraynada gedən müharibənin son nəticəsi Rusiyanın dünya arenasındakı yeni mövqeyini müəyyənləşdirəcək. Ümumiyyətlə, bu, əhatəli və dərin təhlil tələb edən məsələdir və konkret nələrin olacağını söyləmək çətindir, amma bəllidir ki, Rusiya mürəkkəb geostrateji qarşıdurmanın içərisinə salınıb. Məhz belə bir vəziyyətdə Kremlin Qarabağla bağlı perspektiv geosiyasi xəttinin nədən ibarət olması önəmlidir. Birmənalı deyə bilərik ki, Rusiyanın intriqa və təxribat siyasəti heç yerə getməyib, sadəcə, qiyafəsini dəyişərək, “sülhməramlı” şəklini alıb...

Moskva iki ildən sonraya elə indidən hazırlıq işləri görür və bunun üçün gərginləşmənin toxumlarını səpir. Rusiyanın üçtərəfli bəyannamənin şərtlərinə uyğun olaraq, sakitcə özünün “sülhməramlı” kontingentini Qarabağdan çıxaracağına inanmaq sadəlövhlük olar. Xankəndindəki separatçı ünsürlərin bəyanatlarının dünya KİV-lərində tez-tez səslənməsi, ermənilərin etiraz aksiyaları və onların guya humanitar problemlərlə üzləşməsi kimi məsələlərin qaldırılması Kremlə sərf edir. Çünki iki ildən sonra Qarabağdan çıxmamaq üçün ruslara bəhanələr lazımdır.

                    Ermənistanın planı nədir?


Ermənilərin bir xalq kimi gələcəyə hesablanmış strateji proqramları varmı? Görünür ki, yoxdur. 44 günlük müharibəyə kimi ermənilər hər şeyin onların istəklərinə uyğun davam edəcəyinə əmin idilər. Onlar düşünürdülər ki, beynəlxalq hüquq normaları nə zamansa dəyişəcək və Azərbaycan əvvəl-axır mövcud şərtlərlə barışmağa məcbur olacaq. Tarixin təkəri altında qalan “miatsum” və “Böyük Ermənistan” xəyalları bu milləti məhvə sürükləyir. Dərrakəsi çatan ermənilər deyirlər ki, əgər belə gedərsə, Ermənistan bir dövlət kimi xəritədən silinəcək. Ancaq bu cür acınacaqlı duruma düşmələrinə baxmyaraq, ənənəvi xəstə xislətlərindən hələ də əl çəkməyiblər.

Sözsüz ki, Ermənistan humanitar böhran adı altında ABŞ və Avropanı şantaj edir və haray-həşir qoparmaqla dünyaya göstərmək istəyir ki, Azərbyacan “yazıq, zavallı və sülhsevər” erməniləri əzir, onları aclıqla üz-üzə qoyur. Bəllidir ki, bunlar çox ucuz şoudur və bunu dünyada bilirlər. Amma onlar həm də belə şeylərə müəyyən reaksiya verməyə də məcburdurlar.

Ağdam-Xankəndi yoluna beton maneələr yerləşdirilməsi açıq göstərir ki, “humanitar fəlakət” məzhəkədir, şoudur və reallığı əks etdirmir. Deməli, aydındır ki, separatçılar bizi beynəlxalq təzyiqə məruz qoymaq üçün siyasi şantaja əl atırlar.

Ermənistanın məqsədi nəyin bahasına olursa olsun humanitar yüklərini Xankəndinə Laçın sərhəd buraxılış məntəqəsindən keçməklə aparmağa nail olmaqdır. Əgər ermənilər heç olmazsa cəmi bircə dəfə buna nail olsalar, heç şübhəsiz ki, bunun arxası gələcək. Yəni, Ermənistanla separatçılar arasında birbaşa əlaqə yaranacaq. Onda bizim sərhəd keçid məntəqəsi formal xarakter daşıyacaq və ərazi bütövlüyümüzün legitimliyinə kölgə salınacaq.

Təbii ki, ermənilər nəyəsə və kimlərəsə arxayındırlar, fikirləşirlər ki, istəklərinə qismən nail olsalar belə, bu, yetərlidir. Yəni, separatçılar Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirmək və onun aktuallığını unutdurmamaq üçün yerli əhalini müntəzəm şəkildə küçələrə tökəcək, beynəlxalq ictimaiyyətin diqqətini çəkə biləcək müxtəlif səpgili aksiyalar təşkil edəcəklər. Bəs görəsən, onlar anlayırlarmı ki, bu aksiyaların heç bir faydası yoxdur? Bu adamlarda qətiyyən strateji ağıl yoxdur, sadəcə inersiya ilə hiyləgər hərəkətlər edərək, özlərini gündəmdə saxlamağa çalışacaqlar, lakin bunun faydası olmayacaq.

Məlum olduğu kimi, İrəvanda etiraz aksiyası keçirən “səlibçilər” “Biz laçın yoluna doğru gedirik, qoy türklər bilsinlər ki, erməni xalqı oyanıb” kimi şüarlar səsləndiriblər. Deməli, belə çıxır ki, indiyədək bunlar yatıbmışlar və təzəcə oyanıblar. Bu paranoiklər üzlərini Qərbə tutub deyirlər ki, “ey xristianlar, nə durmusunuz, yazıq və məzlum erməniləri sıxışdırırlar, onlara zülm edirlər, dini təəssübkeşliyiniz harada qalıb?” Onu da deyək ki, səlib yürüşləri orta əsrlərdə həyata keçirilən kampaniya idi və yalnız Roma Papasının çağırışı əsasında təşkil edilirdi.

Bütün bu yaşananlar fonunda Ermənistan rəhbərinin hansı mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb etməlidir.

                       Nikol Paşinyanın mövqeyi

Baş nazir Nikol Paşinyan öz hərəkətləri ilə getdikcə daha çox marginallaşır. Belə ki, Paşinyanın heç zaman sabit və dayanıqlı mövqeyi olmayıb, onun sülh haqqında danışması, Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatlar verməsi vəziyyətin idarə olunmasına yönəlmiş ötəri fikirlərdir. O, hakimiyyətdə qalmaq üçün ictimai fikirlə oynamağa və yeri gələndə söylədiklərinin hamısını bir anda unutmağa hazırdır. Bu xüsusiyyət təkcə Paşinyana yox, ümumiyyətlə erməni cəmiyyətinə xas olan haldır. Paşinyanın davranışları ermənilərin xarakterinin ümumiləşdirilmiş təcəssümüdür. Onlarla xoş davranan zaman bunu zəiflik kimi qavrayırlar və bu səbəbdən də belələrinə qarşı yalnız sərt mövqe nümayiş etdirilməlidir. Sındırılmış və geostrateji oyunların kiçik alətinə çevrilmiş Ermənistanın zərrə qədər də prosesləri dəyişmək və onlara təsir etmək imkanı yoxdur.

             Bizim mövqeyimiz həlledicidir

Biz “humanitar böhran”ın boş və mənasız şou xarakteri daşıdığını aydın şəkildə hamıya göstəririk. Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və əgər onların hansısa humanitar yardıma ehtiyacları varsa, bu məsələni yüksək səviyyədə həll edəcəyik. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağ ermənilərinin hüquqları yüksək səviyyədə təmin ediləcək. Sonuncu dəfə Prezident “Euronwes” kanalına müsahibəsi zamanı deyib: ”Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, din, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal yaşayacaqlar”.

“Humanitar böhran” şousuna birdəfəlik son qoymaq üçün isə yüklərin ancaq Ağdam-Xankəndi yoluyla daşınmasının üzərində israrla dayanmalıyıq. Vurğulanmalıdır ki, humanitar yardıma ehtiyacı olan ermənilər bizim vətəndaşlardır və onlar birbaşa bizə tabe olmalıdırlar. Rusiya “sülhməramlıları”nın iki ildən sonra bölgədən çıxarılması istiqamətində indidən xüsusi tədbirlər planı həyata keçirilməli və zəruri siyasi-diplomatik ssenarilər tətbiq olunmalıdır. Sərt mövqe nümayiş etdirməliyik, konkret ifadə ilə desək, yalnız bizim mövqeyimiz həlledici olmalıdır.

                         Qarabağ erməniləri təxribata əl ata bilərlər

Kompromisə getmək siyasi manevr üsuludur, lakin separatçılara güzəştə gedilsə, onlar bununla qane olmayacaqlar, hədlərini aşacaqlar. Ərazi bizimdir və orada yaşayan hər bir erməni bunu anlamalıdır. Digər yandan, onların silaha sarılıb Azərbaycan ordusuna qarşı müqavimət göstərməsi kimi çağırışların arxasında mənfur məqsədlər dayanır. Separatçılar təxribata getmək, əsgərlərimizə intensiv atəş açmaq və sonra isə bizim terrorçulara qarşı əməliyyatımızı yerli əhalinin qırılması kimi təqdim etmək niyyəti də güdə bilərlər. Buna hələ cürət etmirlər, çünki qorxurlar, özlərinə qətiyyən arxayın deyillər və hadisələrin sonrakı dinamikasını bilmirlər. Amma belə bir planı yalnız rusların köməyi ilə həyata keçirməyə gedə bilərlər.

               Zaman və şərtlər bizim lehimizə işləyir

Hamı bilməlidir ki, indiki Azərbaycan otuz il bundan öncəki məmləkət deyil. Biz bunu İkinci Qarabağ Müharibəsində şücaətlə nümayiş etdirdik. Otuz il bundan öncə çox zəif idik. Beynəlxalq arenada ən güclü tərəfdaşımız olan Türkiyə indiki gücdə deyildi və bu səbəbdən də Qafqazda Rusiyanın köklü maraqlarına qarşı gəlmək istəmirdi. Bu gün artıq Qərbdə də birmənalı şəkildə deyirlər ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmalıdır ki, sülh müqaviləsi imzalansın. Digər yandan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putini çox yaxşı tanıyır, onun xarakterinə və siyasi fəlsəfəsinə bələddir. Məharətli siyasi kombinasiyalar ustası olan Ərdoğan geostrateji müstəvidə özünü dolaşdıran Rusiyadan nəyi, nə zaman və necə tələb etməyi çox gözəl bilir...

Beləliklə, biz öz böyük qələbəmizdən sonrakı mərhələyə doğru səbrlə, qətiyyətlə və inamla gedirik. Amma bu, o demək deyil ki, erməni separatçılarının təxribatlarına, şantajlarına cavab verməyək. Əlbəttə, əslində bu istiqamətdə gərəkli olan hər şey edilir. Düşmənin və onun arxasındakı qüvvənin geostrateji oyunlarına qarşı əks tədbirlər görməyi bacarırıq. Zaman və şərtlər bizim lehimizə işləyir.(azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam