Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“ERMƏNİ BATALYONU” UKRAYNAYA QARŞI... - Ermənistan bayrağı altında döyüşəcək quldur dəstəsinə Paşinyan xeyir-dua verib?

Bir neçə gün əvvəl Moskvada Ukraynaya qarşı döyüşəcək ermənilərdən ibarət ayrıca batalyon yaradılıb. “Arbat” adlandırılan bu quldur dəstəsinə artıq iyulun 3-də Moskvadakı erməni kilsəsi xeyir-dua verib. Rusiya mətbuatında, telegram kanallarında bu barədə foto və videogörüntülər yayımlanıb.

Yenixeber.org: Məlum olub ki, Ermənistan, Rusiya və Ukrayna vətəndaşları olan ermənilərin birləşdiyi “arbat”ın sponsoru Rusiyada yaşayan erməni oliqarx Samvel Karapetyandır. O özü də erməni kilsəsindəki həmin tədbirdə iştirak edib.

Xatırladaq ki, 44 günlük müharibə günlərində həmin bu Karapetyan Rusiyadan Ermənistana silah-sursat daşınmasında ən fəal iştirak edən şəxslərdən idi. Erməni batalyonunun əsas fiqurlarından biri “Armen qorlovskiy” ləqəbilə tanınan kriminal avtoritet Armen Sarkisyandır. 


O, Ukraynanın Qorlovka şəhərində yaşayıb və ləqəbi də həmin şəhərin adından götürülüb. Vaxtilə Ukrayna Prezidenti olmuş Viktor Yanukoviçə tulalıq etmiş bu şəxs öz başının dəstəsilə 2013-2014-cü illərdə dinc aksiyalarda ukraynalılara divan tutmaqla məşhurlaşıb.  O, hazırda da işğal olunmuş Ukrayna ərazilərində talançılıqla və reketlə məşğul olur. “Erməni batalyonu” ilə bağlı məlumatlarda deyilir ki, bu qruplaşma tam bir ordu batalyonu olacaq və onun tərkibində 450 nəfərə qədər erməni vuruşacaq. Bu quldur dəstəsinə başçılıq edənlərdən biri olan “Abxaz” ləqəbli erməni isə bildirib ki, onların batalyonu Ukraynada Ermənistan bayrağı altında döyüşəcək.

Əlbəttə ki, 44 günlük müharibədə ermənilər ən böyük “qəhrəmanlıqlarını” göstəriblər və onların Ukrayna ordusuna hansısa təhlükə yaradacağı gülünc görünür. Lakin burada əsas məsələ ermənilərin və Ermənistan dövlətinin hansı sırada, kimin yanında durduğunun növbəti dəfə üzə çıxmasıdır. Görəsən, “qərbpərəst” Ermənistan hakimiyyətinin Ermənistan vətəndaşlarının belə bir batalyonda birləşərək, Ukraynaya qarşı işğalçılıq müharibəsinə qatılmasına münasibəti necədir? 



Əlbəttə ki, bütün bunlardan Paşinyan hökumətinin əvvəlcədən xəbəri olub və yəqin ki, həmin ermənilərə xeyir-dua da verilib. Təsadüfi deyil ki, artıq Ukraynada müxtəlif politoloqlar, ictimai xadimlər Ermənistan hökumətindən izahat tələb etməyə başlayıblar. Nəzərə alaq ki, rəsmi Kiyevin İrəvana münasibəti kifayət qədər mənfidir. Son dəfə Paşinyanın Moskvadakı 9 may hərbi paradında iştirakını rəsmi Kiyev “mənəviyyatdan uzaq və qeyri-dost addım” adlandırmışdı. Paraddan qayıdandan sonra isə öz partiyasının qarşısında çıxış edən Paşinyan “Rusiya uduzsa, Ermənistan müstəqilliyini itirəcək” demişdi.


Beləliklə, bir tərəfdə “Qərbə can atan” Ermənistan hökuməti var, digər tərəfdə isə Qərbin dəstəklədiyi Ukraynaya qarşı birləşən erməni oliqarxları və onların Ukraynaya qarşı savaşmaq üçün yaratdıqları quldur dəstəsi, eləcə də Kremlin təbliğatını aparan simonyanlar, keosayanlar, babayanlar və sair. Nəticədə belə təsəvvür yaranır ki, Ukraynadakı savaşda Qərbin, yaxud Rusiyanın qalib gəlməsindən asılı olmayaraq, ermənilər bu qovğadan uduşla çıxırlar, çünki hər iki tərəfdə vardırlar. Əslində isə bu cür çürük, primitiv oyunlar müasir dünyada çoxdan çözülüb və bununla kimisə aldatmaq mümkün deyil. 

Erməni dövləti və toplumu tarixən ikiüzlü və riyakar davranışları ilə seçilib və bəzən bunu guya “ağıllı siyasət” kimi qələmə verməyə çalışıblar. Ancaq Ermənistan dövlətinin, cəmiyyətinin düşdüyü indiki durum, eləcə də 44 günlük müharibədə nə Qərbdən, nə də Rusiyadan istədiyi dəstəyi ala bilməməsi bir daha onu göstərdi ki, millətlər və dövlətlər də insanlar kimidir - satqınları, riyakarları, ikiüzlüləri, yaltaqları heç yerdə sevmirlər, hətta üzlərinə gülüb, “başlarını sığallasalar” da belə...



Ümumiyyətlə, erməni toplumunun və dövlətinin böyük kəsiminin işğalçı, quldur, terrorçu və eyni zamanda da “lakey” mahiyyəti bu cür işğalçı batalyonların yaradılmasını və işğalçı dövləti dəstəkləməsini qanunauyğun edir. Azərbaycan cəmiyyətinin mövqeyi və mahiyyəti isə tamamilə fərqlidir. Toplumumuzun böyük hisəsinin məhz işğala məruz qalan və öz vətəni, azadlığı, gələcəyi uğrunda savaşan Ukraynanın tərəfində durması, ona yardım etməsi təsadüfi deyil.

Bu, qətiyyən Ukraynanın, Qərbin, yaxud başqa kiminsə xoşuna gəlmək, bunun qarşılığında nəsə ummaq istəyindən yox, Azərbaycan toplumunun haqq-ədalətə söykənən mahiyyətindən irəli gəlir. 

Məsələn, Azərbaycanda, yaxud ondan kənarda hansısa məsciddə işğalçının tərəfində döyüşmək, günaghsız insanların qanını axıtmaq, kimlərinsə ərazilərini işğal etmək üçün yola çıxan şəxslərə xeyir-dua verilməsi səhnəsini təsəvvür etmək mümkün deyil. Ermənistan kilsəsi isə növbəti dəfə öz gerçək simasını göstərərək, bu cür alçaq və heç bir dinə uyğun gəlməyən çirkin əmələ əl qoyur...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam