Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Kılıçdaroğlu günahkardırmı? -Xaqani Cəfərli yazır

 
Yenixeber.org: Türkiyədə mayın 14-də keçirilən seçkiləri Azərbaycanda geniş müzakirə olunur. Müxalifətin qalib gələ bilməməsinin əsas günahkarı olaraq Millət İitifaqının namizədi, CHP-nin lideri Kemal Kılıçdaroğlu göstərilir. Ancaq hər kəs unudur ki, prezident seçkiləri ilə yanaşı parlament seçkiləri də keçirilib və Böyük Millət Məclisinə seçkilərin nəticələri daha acınacaqlıdır. Dərin sosial-iqtisadi böhranın hökm sürdüyü, hüququn və ədalətin sarsıldığı bir ölkədə iqtidar partiyasının və onu dəstəkləyən qüvvələrin müxalifətlə müqayisədə seçicilərin daha çox səsini qazanması bir nəfərin günahı ola bilməz.
İlkin məlumatlara görə parlamentə seçkilərdə AKP- 35.6 faiz, MHP 10.1 faiz, Yeniden Refah Partisi 2.85 faiz səs qazanıb. AKP-nin, MHP-nin, YRP-nin bu uğurunun da günahkarı Kılıçdaroğlu ola bilməz. Meral Akşenerin lideri olduğu İYİ Partinin proqnozların əksinə 10 faizdən az səs qazanması, Dövlət Baxçəlinin başçılıq etdiyi MHP-nin ehtimalların əksinə 10 faizdən artıq səs qazanması, cəmi dörd il əvvəl yaradılmış, Türkiyənin siyasi həyatında mövcudluğu hiss olunmayan radikal islamçı YRP-nin 2.85 faiz səs qazanmasının bir izahı olmalıdır. Bütün bunları prezidentliyə namizədin kimliyi ilə izah edə bilməzsiniz. Bu sualın cavabını AKP-nin, MHP-nin seçki taktikasında, Ərdoğanın və Baxçəlinin çıxışlarında tapmaq olar. Ərdoğan rejimi cəmiyyətdə dini, etnik və siyasi düşmənçiliyi körükləyərək cəmiyyətdə fərqli dini, etnik və siyasi kimliyi olanlara qarşı barışmaz bir mühit, vətən müharibə ərəfəsi əhval-ruhiyyə yaratdı.
Böyük türk aydını Ahmet Nesinin Türkiyə cəmiyyətinin sosiologiyasını dəqiq ifadə edə etdiyi məşhur formul dəyişməyib. Ərdoğan və Baxçəli bir dövlət adamının, siyasi liderin ifadə etməyi özünə rəva görməyəcəyi fikir və şüar səsləndirərək Türkiyənin torpaqlarındakı neft və qaz hasil etməsinin qarşısını alan “Lozan Anlaşmasın gizli maddələri”nin olduğuna inanan milyonları hərəkətə gətirərək seçkidən üstünlüklə çıxdılar. Tamamilə əminəm ki, müxalifətin namizədi Kılıçdaroğlu deyil, Ekrem İmmaoğlu və ya Mnsur Yavaş olsaydı, nəticə çox fərqli olamayacqdı. Sadəcə o zaman Ərdoğan və Baxçəli çıxışlarının “dozası”nı bir qədər artırmaq məcburiyyətində qala bilərdilər. Kılıçdaroğlunun prezidentliyə namizəd olduğu seçkidə Ekrem İmamoğluna həyat yoldaşını kütləyə hədəf göstərən zehniyyətin İstanbulun və ya Ankaranın Bələdiyyə Başkanlarının namizəd olacağı halda onları “zərərsizləşdirmək” üçün planı şübhəsiz vardı.
Kəramət Böyükçöl haqlıdır: Demokratiyanın ən zəif cəhəti ondan ibarətdir ki, seçkidə düşünən insanın da bir səsi var, cahil insanın da. Seçki qutusunda Nobel mükafatçısı Aziz Sancarın səsi Berat Albayrakın dediyi kimi “Erdoğan aya 4 şeritli yol yapacağız desə inanacak” AKP-i seçiçisinin səsi eyni hüquqa malikdir. Ahmet Nesinin ifadə etdiyi gerçəklik dəyişməyənə qədər “Erdoğan aya 4 şeritli yol yapacağına” inanan milyonlar seçkinin taleyini həll edəcək.
Türkiyədəki 14 may seçkiləri ilə Hindistanın Karnataka ştatında seçkiləri müqayisə edəndə utancım daha da artır. Karnataka ştatında iqtidar partiyası seçkiləri uduzub və müxalif Hindistan Milli Konqresi Partiyasının regional təşkilatının lideri qələbələrini belə izah edib: “Karnatakanın ağıllı və sülhsevər xalqı BJP-nin (İqtidardakı Hindistan Xalq Partiyası) azlıqlara qarşı başlatdığı fanatizmi və zorakılığı rədd etdi. İnsanlar yaxşı idarəçilik, daha yaxşı yollar, xəstəxanalar və məktəblər istəyir. Onlar davakar millətçiliyi istəmirlər”.
Hind xalqının fanatizmdən, davakar millətçilikdən imtina etdiyi bir zamanda Türkiyədəki seçkidə Ərdoğana səs qazandıran əsas şüarlarından biri belə idi: “Dini, diyaneti, bayrağı, ezanı olmayan kimler destekliyor Bay Kemalı”.
Bu düşüncəyə malik toplumu Avropa İttifaqına qəbul edərlərmi?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam