İranda molla rejimi azərbaycanlı qadınlara qarşı soyqırım törədir, onları zəhərləyir, gələcəyini məhv edir.
Yenixeber.org: Bu barədə artıq mətbuatda xeyli məlumat yayılıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatının vitse-prezidenti və İran eksperti Elyar Türker bildirib ki, oktyabr ayında başlayan etiraz aksiyalarında qız tələbələrin ön sıralarda olduğunu görən İran rejimi onların təhsilini əngəlləməyə çalışır.
İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib. Onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilir. Son 3 ayda Qum, Burucerdi, Tehran və Ərdəbil şəhərlərində 71-dən çox məktəbdə 1 600-dən çox tələbə qız zəhərlənib. İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1 657 qız tələbənin zəhərləndiyini bildirib.
Onların kimyəvi qazlarla zəhərləndiyi sübuta yetirilib. Molla rejiminin bu cür davranışının bir terrordan fərqi yoxdur. Görünən budur ki, İran rejimi konkret olaraq azərbaycanlı qızlara qarşı bir soyqırım törədir, onların sağlamlığına ciddi zərərlər vurur.
Ekspertlər bildirirlər ki, bu kimi zərbələr qadınların gələcəkdə ana ola bilməsini də əngəlləyir və gələcək nəsillərin yaranmasının qarşısını alır.
Bu kimi qəsdlər bizə tarixdən də tanışdır. İkinci dünya müharibəsi illərində nasistlər Hitlerin tapşırığına əsasən yəhudilərə və digər əsir düşən xalqların nümayəndələrinə qarşı ən dəhşətli soyqırım faktlarını törədərkən, zəhərli qazdan da geniş istifadə ediblər. Belə ki, xüsusi qaz kameralarına insanları məcburi şəkildə doldurduqdan sonra qapıları bağlayıb, içəri zəhərli qaz buraxırdılar. Nəticədə insanlar kütləvi şəkildə ölürdü. Bundan başqa, tarixi məlumatlara görə, Hitler əsir düşən qadınları xüsusi zəhərli qazla zəhərləmək tapşırığını veribmiş. Zəhərlənən qadınlar əsirlikdən azad olsalar da, nəsil artırmaq qabiliyyətindən məhrum olurdular, ana ola bilmirdilər.
İndi fars-molla rejimi də 200 ildən arıqdır əsarətdə saxladığı xalqımıza qarşı bu ağlasığmaz faşist üsulundan istifadə edir. Bütün bu illər ərzində molla rejimi xalqımıza qarşı hər cür iyrəncliklərə əl atsa da onların mübarizə əzmini qıra bilməyib. Həm 1905-1911-ci illərdə Səttarxanın başçılığı ilə başlamış milli azadlıq hərəkatı, həm 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaradılmış Azərbaycan Milli hökuməti farslara bu xalqın gec-tez əsarətdən qurtulacağını bəyan ediblər. Son illərdə bu azadlıq əzmi cənublu qardaş və bacılarımızda daha geniş vüsət alıb. Artıq cənublu qardaş və bacılarımız əsarətdən yorulublar. Onlar azadlıq, öz dövləti, öz bayrağı ətrafında birləşmək, öz dilində təhsil almaq istəyirlər. Xalqın mübarizə əzmini qıra bilməyən, faşistlərdən seçilməyən mənfur fars-molla rejimi artıq ən iyrənc üsullara əl ataraq, xalqın gələcəyini məhv etməyə yönəlmiş siyasət həyata keçirir. Onlar düşünürlər ki, bu gün zəhərlənmiş və nəsil artırmaq qabiliyyətindən məhrum olmuş qadınlar sayəsində bu xalqın gələcəyi məhv olacaq. Qeyd edək ki, İkinci dünya müharibəsi illərində faşistlər bu genosidi ən çox yəhudi xalqına qarşı törədiblər. İndi də yəhudi-azərbaycanlı dostluğunu gözü götürməyən fars molla rejimi eyni üsulu bizim xalqımıza qarşı edir. Nəticə etibarı ilə demək olar ki, faşistlərin başlatdığı soyqırım metodunu bu gün onların davamçıları olan fars-molla rejimi davam etdirir.
Onu da qeyd edək ki, qaz kameraları 1789-cu ildə Böyük Fransa inqilabının əvvəlində istifadəyə verilib. Lakin təsiri İkinci Dünya müharibəsi əsnasında da artan məhkumların dar otaqlarda zəhərli CO qazı ilə öldürülməsi faktları üzə çıxıb. Qaz kameralarından istifadədə əsas məqsəd müharibənin sonunda döyüşdən qaçan əsgərləri cəzalandırmaq və ya müharibədə əsir düşən düşmən qüvvələrini zərərsizləşdirmək olub. Bununla birlikdə sözügedən kameralardan 1939-1943-cü illərdə yəhudi soyqırımı kimi tanınan qırğınlarda və əsir düşmüş qaraçıların öldürülməsində qanunsuz olaraq istifadə edilib.
Almaniya və Fransadan başqa, qaz kameraları Böyük Britaniya Hərbi Akademiyasında verilən əmrə tabe olmayan tələbələrin cəzalandırılması, huşsuz vəziyyətə salınması üçün istifadə olunub. Ancaq 1982-ci ildə bu, ləğv edilib.
Nəhayət, sonuncu dəfə 1942-ci ildə İkinci Dünya müharibəsindən qaçmış Kaly France adlı şəxsin öldürülməsi üçün istifadə edilən bu qazdan indi molla rejimi də istifadə edir.
Bu, həm də tarixi bir cinayətdir və cəzası mütləq olacaq.(musavat)