Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Budapeşt travması –1956-cı ilə Macarıstanda yaşanan hadisələr Andropovun xanımını sarsıdıb

Sovet liderləri arasında Yuri Andropov yeganə baş katib olub ki, onun həyat yoldaşı heç vaxt ictimaiyyət arasında görünməyib, nə rəsmi tədbirlərdə, nə də qeyri-rəsmi ziyafətlərdə içtirak etməyib. Bu məsələ xarici jurnalistlərin də diqqətini çəkib və onlar bununla bağlı Andropova sual verəndə, baş katibin cavabı qısa və konkret olub: “Bu, bizim ailədaxili qərarımızdır...”

Yenixeber.org: Maraqlıdır, bu qədər qapalılığa səbəb nə olub?

Yuri Andropov iki dəfə ailə həyatı qurub. O, 1935-ci ildə Rıbinskdə texnikumda təhsil alanda həmin təhsil ocağının tələbəsi Nina Yenqalıçeva ilə tanış olub və onlar rəsmi nikaha giriblər. Cütlüyün bir qızı və bir oğlu olub.

Sonra Andropov işi ilə əlaqədar ailə Yaroslavla köçüb. O, Yaroslavl vilayət komsomol komitəsinin birinci katibi seçilib və 1940-cı ilə qədər bu vəzifədə işləyib.

423234432-768x1166.jpeg (98 KB)

31 mart 1940-cı ildə Karel-Fin Sovet Sosialist Respublikası yaradılanda Andropovu bu respublikaya komsomol komitəsinə birinci katib göndəriblər. Andropov yeni təyinat yerinə tək gedib, ailəsi Yaroslavlda qalıb.

Ayrı yaşamaları cütlüyün arasında soyuq münasibətlərə səbəb olub. Andropov ümumiyyətlə ailəsi ilə maraqlanmayıb. Hətta onlara maddi köməkliyi də Nina dəfələrlə xahiş etdikdən sonra edib. Həmin dövrdə Karel-Fin SSR-nin birinci katibi vəzifəsində işləyən Gennadi Kupriyanov sonralar Andropovlar ailəsi haqqında təəssüratlarını belə bölüşüb:

“Andropov öz ailəsini tanımaq istəmirdi, nə məktub yazırdı, nə də zəng vururdu. Həyat yoldaşı tez-tez bizimlə əlaqə saxlayırdı, maddi köməyə ehtiyacı olduğunu bildirirdi, şikayət edirdi ki, uşaqlara paltar, ayaqqabı almağa imkanı çatmır. Bütün bunlara isə Andropov çox soyuqqanlılıqla yanaşırdı. Biz Andropovu ailəsinə kömək etməyə məcbur edirdik. Amma onu da bilirdik ki, onların münasibətləri bərpa olunmayacaq. Bizi bir sual da düşündürürdü. Nəyə görə Andropov öz ailəsini gətirməmişdi? Mən bu sualı ona vermişdim. Bildirmişdi ki, Nina Yaroslavlda “NKVD”-nin kitabxanasında işləyir və onu işdən buraxmırlar. Əlbəttə, başa düşürdüm ki, bu, sadəcə bəhanədir...”

загружено.jpg (83 KB)

Andropov elə həmin il, 1940-cı ilin sonunda qeyri-müəyyən vəziyytdə olan münasibətlərə son qoyub. O, həyat yoldaşına məktub yazıb:

“Mən başqa qadınla görüşürəm, biz ayrılmalıyıq...”

Məktuba Nina Yenqalıçeva bir cümlə ilə cavab verib: “Mən razıyam...”

Beləliklə, onların arasında rəsmi nikah pozulub. Həmin vaxtdan sonra Andropov ailə üzvlərinin heç biri ilə heç vaxt görüşməyib. Hətta oğlu Vladimir 35 yaşında vəfat edəndə də Andropov dəfn mərasiminə iştirak etməyib.

Andropov ikinci dəfə 1940-cı ilin sonunda, birinci həyat yoldaşı ilə rəsmi ayrıldıqdan bir neçə gün sonra Tatyana Lebedeva ilə ailə həyatı qurub. Gələcək baş katibin bu həyat yoldaşından da bir oğlu və bir qızı olub.

Tatyana Lebedeva güclü xarakterə malik, hökmranlığı xoşlayan qadın olub. O, heç vaxt həyat yoldaşını gözdən qoymayıb, öz nəzarətini onun üstündən çəkməyib, Andropovun xidməti iş yeri dəyişdikcə, Petrozavodskda da, Moskvada da, Macarıstanda da Lebedeva onun yanında olub.

Müasirlərinin yazdıqlarına görə, Andropovlar bir ailə olaraq özlərini xoşbəxt sayıblar. Andropov xanımına şeirlər həsr edib, Tatyana həyat yoldaşı üçün ən yaxın dost olub. Amma bu xoşbəxtliyin ömrü çox da uzun sürməyib.

1953-cü ildə Andropov Macarıstana göndərilib. O, əvvəlcə SSRİ səfirliyində müşavir, 1954-cü ildən isə səfir təyin edilib.

1517304726_andropov5.jpg (81 KB)

1956-cı ildə Macarıstan üsyanı zamanı Andropov hadisələrin tam mərkəzində olub. Onun xidməti avtomobili atəşə tutulub. Andropov səfirlik binasından yaşadığı mənzilə çatmaq üçün iki saat vaxt sərf edib. Ailəsindən narahat olan səfir üsyançıların onlara da hücum edəcəyindən qorxub. Məhz bu hadisələr zamanı küçə döyüşləri Tatyana Lebedevanın və oğlu İqorun gözü qarşısında baş verib. Hətta söylənilənlərə görə, Andropovun oğlunu üsyançılar oğurlayıblar, xüsusi təyinatlıların keçirdikləri əməliyyatdan sonra onu azad etmək mümkün olub. Bu dəhşətli hadisələr Andropovun həyat yoldaşının psixoloji durumunda ciddi fəsadlar yaradıb. Əvvəlcə onlar elə düşünüblər ki, bu vəziyyət zaman keçdikcə düzələcək. Amma əksinə, Lebedevanın psixoloji durumu günü-gündən ağırlaşıb.

1957-ci ildə Andropov Macarıstandan geri çağrılıb və Mərkəzi Komitəyə şöbə müdiri təyin olunub. Həyat yoldaşının acınacaqlı vəziyyəti Andropovu ciddi narahat edib. Ən tanınmış həkimlərin müdaxiləsi belə onun vəziyyətini stabilləşdirə bilməyib. Tatyana Lebedeva psixotrop dərmanlardan asılı vəziyyətə düşüb və qəbul etdiyi dozalar günü-gündən çoxalıb. O, Kutuzov prospektindəki mənzillərindən hətta həyətə düşməyə də qorxub. Çoxluq, azacıq səs-küy onun vəziyyətini ağırlaşdırıb. Qorxu, təşviş, həyəcan hissləri qadını rahat buraxmayıb. Beləliklə də Andropovun həyat yoldaşı narkomanları xatırladan ev dustağına bənzəyib.

5e63a6a0121dd6f93268-618x394.jpg (64 KB)

Andropov ailədə yaranmış bu vəziyyətlə barışmaq məcburiyyətində qalıb. Hətta baş katib olduğu dövrdə də həyat yoldaşının qayğısını çəkmədən, kaprizlərinə dözməkdən yorulmayıb.

Elə bu problemlərə, Macarıstan zərbəsinə görə Tatyana Lebedeva birinci xanım statutusundan məhrum olub.

Səhhətindəki ciddi problemlərə baxmayaraq Tatyana Lebedeva həyat yoldaşndan yeddi il sonra, 1991-ci ildə vəfat edib. O, ömrünün son illərini Andropovdan ona qalmış dörd otaqlı mənzildə tək keçirib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam