Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

LAVROVUN TƏKZİB OLUNAN “SƏHVİ” VƏ ƏSL NİYYƏTİ... –Moskva Qarabağda və bölgədə nə etməyə çalışır?

İlham İsmayıl: "Rusiyanın Paşinyan iqidarına olan təzyiqin dolayısı təsiri Azərbaycana qarşı yönəlib"

Turab Rzayev: “Bölgədə sülhün olmasına qarşı yeganə qüvvə Rusiyadır”

Rusiya Xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında qalmaqallı açıqlama verib.

Yenixeber.org: Nazir mart ayının 24-də Azərbaycan ordusunun Fərrux kəndi ilə bağlı keçirdiyi əməliyyatla bağlı jurnalistlərin ünvanladığı sual cavablandırarkən ciddi səhvə yol verib: "Qarabağda vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə Sergey Lavrovun dediklərinə sərt reaksiya verib. Nazirin fikrini şərh edən rəsmi nümayəndə bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

 

 

"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur", - XİN sözçüsü vurğulayıb.

Rəsmi Bakının bu etirazından sonra Lavrovun səhvi Moskvada düzəldildi.

Belə ki, Rusiya XİN-in rəsmi saytında Lavrov və Mirzoyanın mətbuat konfransının stenoqramı belə yayıldı: Biz gözləyirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək”.

Baş verən qalmaqalı şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “AzPolitika.info”ya bildirib ki, Sergey Lavrov kifayət dərəcədə təcrübəli bir diplomatdır və təsadüfən səhv eləməz: “Lavrov Rusiya dövlətinin mövqeyini ifadə edir. İndi də Azərbaycanda bu incə məqama necə reaksiya veriləcəyini yoxlayırdılar. Lavrov bir həftədən çoxdur ki, xarici səfərlərdədir. Hava məkanları Balkanlarda üzünə bağlı oldu. Görünür, Serbiyaya gedə bilməməsi onsuz da aqressiv xarakteri olan Rusiyanın baş diplomatını daha da aqressivləşdirib. İrəvandakı mətbuat konfransında söylənilmiş yanlış ifadə siyasətlə yanaşı həm də aqressivliyin nəticəsi ola bilər.”

Ekspert Rusiya XİN rəhbərinin İrəvanda sülhdən danışmaq əvəzinə diqqəti daha çox nəqliyyat infrastrukturuna yönəltdiyini deyir.

 

 

Xatırladaq ki, mətbuat konfransında bu ifadələri işlətmişdi: “Biz bilirik ki, bu, erməni xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bütün nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması istiqamətində görülən işlər ölkənizin inkişafı, ticarət-iqtisadi əlaqələrimizin, sırf insani münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bizim ümumi evimiz, Cənubi Qafqaz evi üçün çox faydalıdır. Biz kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

İlham İsmayılın sözlərinə görə, Lavrovun həmkarı Ararat Mirzoyanın fikirləri yol infrastrukturunun ermənilər üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləməyə əsas vermir. Çünki Mirzoyan “təbii ki, dəhliz məntiqinin yeri yoxdur və vurğulamaq istəyirəm ki, bu, ümumi bir qavrayışdır” deyərək, Zəngəzur dəhlizinin reallaşmasına razı olmadıqlarını nümayiş etdirir.

Ekspert Ararat Mirzoyanın brifinqdə Azərbaycana yönəlik cəfəng ittihamlarla çıxış etməsinin səbəbini Rusiya ilə bağlayır: “İstər Rusiyanın, istərsə də Ermənistanın Brüssel prosesindən sonra siyasi gedişlərində və ritorikalarında Azərbaycana qarşı həm kəskin dəyişiklik, həm də aqressivlik açıq hiss olunur. Məğlub Ermənistana ruh verən təbii ki, Rusiyadır. Paşinyan iqidarına olan təzyiqin dolayısı təsiri Azərbaycana qarşı yönəlib. Ermənistan iqtidarına qarşı küçə etirazları iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına qarşı yönəldiyi açıq şüarlarla bildirilir və qaynağın Rusiyadan gəldiyi şübhə doğurmur. Bu əvvəllər də belə olub, indi isə hədəf birbaşa Qarabağdır. Rusiya siyasi prosesləri İrəvandan çəkib birbaşa Xankəndinə yönəldir. “RİA Novosti”nin Beqlaryan reklamı, Konstantin Zatulinin keçmiş “dqr”ın sabiq rəhbərləri, saxta “rus icması” və Qarabağdakı hərbi kontingentin komandanı general Volkovla görüşü, Ermənistan baş prokurorunun Xankəndinə nümayişkənarə səfəri və nəhayət Fərruxun delimitasiyaya aid edilməsi son 10 günün hadisələridi. Qarşıda Rusiyanın Qarabağda nə deyəcəyi, nə edəcəyi böyük sual yaratmır...”

Ekspert hər bir situasiyaya hazırlıqlı olmağımızın zəruri olduğunu bildirir.   

 

 

Siyasi analitik Turab Rzayev isə milli.az-a açıqlamasında bildirib ki, bölgədə sülhün olmasına qarşı yeganə əsas qüvvə Rusiyadır: "Son dövrlər, xüsusilə Qarabağda baş verən təxribatlar və digər insidentlər, Rusiya mediasının Azərbaycanın ərazi bütövlüyünə qarşı göstərdiyi hörmətsizliklər onu deməyə əsas verir ki, bölgədə sülhün olmasına qarşı yeganə əsas qüvvə məhz Rusiyadır. Məhz Rusiya Qarabağda yerli separatçı rejimi dəstəkləyir, onlara dəstək durur. Hətta Ermənistan belə, Qarabağda separatçı xuntadan imtina edib, amma Rusiya onları yenə də dəstəkləyir və onların mövcudluğuna çalışır.

Eyni şəkildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə əsas real təhlükə də məhz Rusiyadan gəlir. Məhz ona görə də düşünürəm ki, Lavrovun Ankarada nə açıqlamasından asılı olmayaraq, sülh prosesinə ən böyük maneə elə yenə də Rusiya olaraq qalmaqdadır"“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam