Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lavrovun dediklərini Ermənistanda təkzib etdilər – Daha bir AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Rusiya Xarici işlər naziri Sergey Lavrov ötən gün Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə nizamlanmasına əsaslanan sənəd üzərində razılaşdıqlarını bəyan edib.
Yenixeber.org: Ermənistan Xarici işlər nazirliyinin sözçüsü Anna Nağdalyan Rusiyanın "Kommersant" qəzetinə verdiyi açıqlamada Sergey Lavrovun səsləndirdiyi fikirlərə münasibət bildirib.

Anna Nağdalyan deyib ki, hər iki ölkənin XİN rəhbərlərinin Moskva görüşdə danışıqların davam etdirilməsi ilə bağlı bəyanat qəbul edilib, lakin bu bəyanatda hansısa sənəd və ya mərhələli bir nizamlama barədə qeyd yoxdur.
Ermənistan  XİN sözçüsü qeyd edib ki, 2018-ci ilədək təqdim olunan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mərhələli variantı Ermənistan üçün qəbuledilməzdir: “Bundan əlavə 2018-ci ildən bəri Ermənistan mərhələli tənzimləmə əsasında danışıqlar aparmır".
Onu da qeyd edək ki, dünən Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan da Sergey Lavrovun açıqlamasına cavab verərək danışıqlar prosesində münaqişənin mərhələli həlli ilə bağlı təkliflərin olduğunu inkar edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam