Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

”Ata, bizi burdan apar…”-Ukraynadan reportaj

Arayış: Beynəlxalq humanitar təşkilatların təxmini hesablamalarına görə, müharibənin birinci ayından sonra Ukraynanın qərb şəhərlərində 6,5 milyondan artıq məcburi köçkün toplaşıb. Bundan əlavə, ölkəni 3,5 milyondan artıq ukraynalı qaçqın tərk edib. Onların 90%-i qadınlar və uşaqlardır...

Yenixeber.org: “Həyat yoldaşım və valideynlərim hələ də Mariupoldadır. Onlardan xəbər ala bilmirəm. Martın 12-də şəhərdən çıxdım. Sonra gələnlərdən eşitmişəm ki, sağdırlar, ancaq oralarda qaz, işıq yoxdur, ocaqda yemək bişirirlər”. 

Yuliyanın 40 yaşı var, ömrü boyu Mariupolda yaşayıb, burada da təhsil alıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən ən çox əziyyət çəkən şəhərlərdən biridir Mariupol. Qadının evi gözləri önündə məhv olub, külü qalıb. Bir çox qonşuları ilə birgə. Sağ qalanlar zirzəmilərdə gizləniblər, bəxtləri gətirənlər birtəhər canlarını qurtarıb qərbə qaçıblar. 

İndi Mariupoldan bircə ad qalıb. Şəhər güllə, mərmi, bomba, raket atəşi altında tamam dağıdılıb. İşıq qaz, su yoxdur… 

“Guya dinc əhaliyə “Yaşıl dəhliz” verəcəklərmiş… – Yuliya deyir. – Yalandır! Bugünədək belə bir dəhliz yaradılmayıb. İnsanlar müxtəlif yollarla, həyatlarını daha böyük təhlükəyə atmaqla oradan çıxa biliblər. Mən də belə etdim, 12 yaşlı oğlumu xilas etməli idim. Həyat yoldaşımla məsləhətləşdik ki, mən və oğlumuz gedək, o qalsın”.

Yuliyanın şəhərdən çıxması da asan olmayıb. Onun qoşulduğu qaçqın dəstəsi Mariupoldan 20 kilometr aralıda Volodarka qəsəbəsində rus hərbçilərinin mühasirəsinə düşüb. Bir müddət mühasirədə qalıblar. Xəstəxanaya sığınıblarmış. 

“Sübh tezdən oğlumla qəsəbənin mərkəzinə çıxdım, gördüm ki, əsgərlər gözə dəymir. Getdiyimiz istiqaməti də bilmirdik, xeyli sonra Ukrayna hərbçilərinə rast gəldik, onlar bizi təhlükəli ərazidən uzaqlaşdırdılar”, – Yuliya danışır. 

Həmin gündən qadın həyat yoldaşından və valideynlərindən xəbər tuta bilmir: zəng edir, mesaj yazır, cavab yoxdur. 

“Mənə deyirdilər ki, zənglər yetməsə də, mesajların çatma ehtimalı var. Ona görə dayanmadan həyat yoldaşıma yazıram, ümid edirəm ki, birinə cavab alaram”. 

Yuliya və Mixail

Yuliyanın oğlu 12 yaşlı Mixail indi anası ilə birgə Ukraynanın qərbində, Rumıniya ilə həmsərhəd Çernovtsı şəhərində yataqxanada məskunlaşıb. Sinif yoldaşlarından, dostlarından ötrü darıxdığınnı söyləyir, ancaq bir də onları görüb-görməyəcəyini bilmir. Burada, Çernovtsıda məktəbə gedəcək. 

Şərqi Donetsk sakini 12 yaşlı Nikita da Çernovtsıda Mixaillə eyni məktəbə getməyə hazırlaşır. Onun bacısı 5 yaşlı Yaroslavanı isə burada bağçaya yazıblar. Uşaqların həyatında hələlik özlərinə yad gələn yeni mərhələ başlanır. Həm müharibə gördülər, həm sevdikləri insanlardan, öyrəşdikləri mühitdən uzaq düşdülər. Nikita və Yaroslavanı ataları Oleksandrla anaları İrina martın 14-də Çernovtsıya gətiriblər. Ər-arvad hazırda humanitar təşkilatlarla əməkdaşlıq etdiklərindən, ailə Ukraynada qalıb. İrina Şərqi Donetskdə uzun illər mühəndis işləyib. Oleksandr isə yeddi ildir humanitar aksiyalarla məşğuldur: 2015-ci ildən Luqanks və Donetskdən məcburi köçkün düşənlərlə daimi əlaqədədir. İndi özü onların həyatını yaşasa da, fəaliyyətini davam etdirir. 

“Fevralın 24-də evimizin yanındakı hava limanı partladıldı. Donetskdə bizim evimiz separatçıların nəzarətində olmayan ərazidə yerləşirdi. 2014-cü ildə də müharibəni görmüşdük, amma o dəfə hərbi vəziyyət yalnız məhdud ərazini əhatə edirdi. Bu dəfəki isə fərqli bir şeydi”, – Oleksandr deyir. 

İrina isə müharibə başlanandan sonra  uzun müddət doğma şəhərlərində qalmağa çalışdıqları barədə danışır. Günün çox hissəsini sığınacaqda, müəyyən hissəsini evlərində keçirirmişlər: 

“Evə ancaq təcili nəsə lazım olanda qalxardıq. İlk günlər tez-tez olurdu. Çünki binanın zirzəmisindəki sığınacaqda minimum imkanlar yox idi. İşıq çəkdirdik, kimsə evindən yorğan-döşək, kimsə xırda mebel gətirdi…” 

“Uşaqlar müharibənin birinci günü möhkəm qorxmuşdular, – Oleksandr əlavə edir. – Aeroport pəncərəmizdən görünürdü, uşaqlar onun necə vurulduğunun şahidi olmuşdular. Mən özümü evə çatdıranda bacı-qardaş ikisi də dəhlizdə divara söykənib məni gözləyirdilər, görən kimi, “ata, bizi buradan apar”, dedilər”.

Ailənin yaşadığı qəsəbə fevralın axırlarından daha intensiv atəşə tutulmağa başlayır. Bütün günü sığınacaqda oturmaq, gah bomba partlayışlarına, gah raket  səslərinə diksinmək uşaqlarının psixologiyasına çox pis təsir edir, onları xilas etmək lazım gəlir… 

“Hələ də Şərqi Donetskdə qalan ailələr var, – Oleksandr başını yelləyir. – Onlara çətinliklə də olsa, humanitar yardım çatdırılır. Amma təhlükəsizlikdə deyillər. 

Dörd nəfərlik ailə bi kiçik otaqda məskunlaşıb

Çernovtsı Ukraynanın Avropaya ən yaxın şəhərlərindən biridir. Burada müharibənin izləri, partlayış yerləri, dağıntılar gözə dəyməsə də, insanlar özləri hər şeyi xatırladırlar: şəhərə 60 min nəfərdən çox məcburi köçkün toplaşıb. Onlar ölkənin müxtəlif bölgələrindən buraya axışmaqda davam edirlər, mümkün olan hər binada, evdə, ofisdə məskunlaşdırılırlar. Elə ailələr var ki, Ukraynada qalmağa üstünlük verir: kimi itirdiyi ailə üzvlərindən xəbər gözləyir, kiminin hələ sənədləri hazır deyil. Ancaq çoxları müharibədən qaçmaq üçün Rumıniya ilə sərhədə üz tutur. 

Seymur Kazımov, Çernovtsı, Ukrayna


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam