Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlanıb

 

Bu gün - 20 iyun Ümumdünya Qaçqınlar Günüdür
 
Yenixeber.org: BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən, BMT-nin “Qaçqınlarin statusu haqqında” 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan edilib. Dünyada hər il bu günlə bağlı tədbirlər keçirilir.
Dövlət Miqrasiya Xidmətindən (DMX) “Report”a bildirilib ki, bu gün Ümumdünya Qaçqınlar günü ilə bağlı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam mərkəzində tədbir keçiriləcək. Tədbirdə dövlət orqanlarının, o cümlədən nazirlik, komitə və digər təşkilatların, ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və yerli humanitar qurumların, həmçinin qaçqın və köçkün icmaları təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Dövlət Miqrasiya Xidməti Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qaçqın statusunun verilməsi, bu kateqoriyadan olan şəxslərin qəbul edilməsi, yerləşdirilməsi və digər əlaqəli məsələlər üzrə səlahiyyətli qurumlardan biridir. Hazırda qaçqın statusu almış 75 əcnəbi Dövlət Miqrasiya Xidmətinin qeydiyyatındadır.
BMT QAK-ın açıqlamasına görə, 2017-ci ilin sonuna olan məlumata əsasən zorla öz yurd-yuvalarından didərgin düşənlərin sayı 68,5 milyon nəfərdir.
Torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan da hələ keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdəndir. Azərbaycanda 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam