Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu şəhərə 100-ə yaxın aviabomba atılıb-2 mindən çox dinc sakin ölüb

Rusiya ordusu artıq Ukraynanın Mariupol şəhərinə 100-ə yaxın aviabomba atıb, nəticədə 2 187 yeli sakin həyatını itirib.

Yenixeber.org: Bu barədə Mariupol Şəhər Şurasının bəyanatında deyilir.

“Hər gün Mariupol Rusiya ordsunun hava hücumlarından əziyyət çəkir. 24 saat ərzində dinc şəhər azı 22 dəfə bombardman edilib. Artıq Mariupola 100-ə yaxın aviabomba atılıb. Rusiya hərbçiləri kinli və məqsədyönlü şəkildə yaşayış binalarına, insanların sıx toplaşdığı yerlərə zərbələr endirir, uşaq xəstəxanalarını, şəhərin infrastrukturunu tamamilə məhv edirlər. Hər bir bombardman dəhşətli dağıntılar gətirir və əsas olanı - Mariupolda mülki əhalinin həyatını əlindən alır. Bu günə qədər 2187 Mariupol sakini Rusiyanın hücumları nəticəsində həlak olub.

Ən böyük təhlükə indi şəhərdə blokadada olan 400 min Mariupol sakininə göydən gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemləri ilə bizi təmin etməsi bütün Ukraynada yüz minlərlə günahsız insanın həyatını xilas edə bilər”, - Mariupol Şəhər Şurasının məlumatında bildirilir.(“UNIAN”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam