Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Beşinci kolon”un Azərbaycandakı rəzaləti: onları üzdən tanıyın

  Aşkar olanı inkar etməyə nə qədər cəhd etsələr də, həqiqət dəyişmir və hamısı hesab verəcək

Yenixeber.org: Ukraynalı siyasətçi, Ali Radanın keçmiş deputatı Borislav Bereza belə bir status paylaşıb: “Mən dostlarımla qəhvə içirdim. Onların evində Xarkovdan olan qaçqın dostları qalır. Və çoxdandır ki, belə kristal kimi təmiz nifrət görməmişdim. Qəhvə içirəm, danışırıq və insanların başlarına gələn, dözdükləri şeylər haqqında hekayələrini dinləyirəm. Evlərinin necə xarabalığa çevrildiyi və sağ qalmaq üçün zirzəmidə necə gizləndikləri haqqında danışırlar. Onların 12 yaşlı qızı isə hər zaman sakitcə kənarda otururdu. O, əksər yaşıdları kimi telefonla oynamır, anasının əlini qucaqlayaraq, səssizcə bizə qulaq asırdı. Gözümü saçlarından çəkə bilmədim. Zil-qara saçlar arasında ağarmış tellər aydın görünürdü. Ağ incə saplar kimi. Qızcığazın cəmi 12 yaşı var”.

Hər bir adekvat, ağlı başında olan, vicdanını itirməmiş insan bu əhvalatdan dəhşətə gələcək. Və o, B.Berezanın gəldiyi qənaətin doğruluğunu təsdiq edəcək.

Siyasətçi davam edir: “Putinin nə etdiyini dəqiq anlayırsınızmı? O, rus dünyasına, Rusiyaya nifrət toxumu səpdi və bizdə rus işğalçılarına nifrəti möhkəmləndirdi. Bütünlüklə. Həm böyüklərdə, həm də uşaqlarda. Və biz nəvələrimizə ukraynalıların rus işğalı səbəbindən nələr yaşadıqlarını danışacağıq. Əksər ukraynalılar üçün Rusiya artıq öldü. Əbədi olaraq öldü. Və əgər Putinin məqsədi bu idisə, deməli, o, buna nail oldu”.

Məhz eyni fikri təkcə Ukraynada deyil, hətta Rusiyanın özündə də demək olar ki, bütün adekvat siyasətçilər, politoloqlar, konfliktoloqlar, jurnalistlər, ictimai xadimlər bölüşür. Oxşar nəticələr Qərb ölkələrində və keçmiş SSRİ-də də eşidilir. Azərbaycanda KİV-də gedən yazıların, sosial şəbəkələrdəki müzakirələrin tonuna baxsaq, vətəndaşların böyük əksəriyyəti Ukraynanın tərəfindədir. Ancaq təəssüf ki, Rusiyanın açıq adeptləri də var.

Məsələn, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı atdığı addımı haqlı sayır. O, yerli saytlardan birinə açıqlamasında, Marqo Simonyandan tutmuş Vladimir Solovyova qədər hamımızın uzun müddətdir Kreml təbliğatçılarından eşitdiyimiz eyni tezisləri dilə gətirib.

“Ukrayna NATO-ya daxil olsaydı, Rusiya Alyansın qarşısında praktiki olaraq tərksilah olacaqdı. Putin bunu ötən ilin dekabrında dərc olunmuş müvafiq məktubunda açıqlayıb. Lakin ABŞ və onun ətrafındakı çaqqallar buna məhəl qoymayaraq, Putini hərbi əməliyyatda iştirak etməyə məcbur ediblər. Qeyd edim ki, Ukraynada nasistlər hakimiyyətə gəliblər. Ukraynada nasistlər öz xalqını təqib edirlər. Donetsk və Luqansk sakinləri 8 ildir ki, atəşə tutulurdu. İndiyədək uşaqlar da daxil olmaqla 13 mindən çox insan həyatını itirib. Rusiya Minsk danışıqları zamanı Ukraynaya yardım əlini uzadıb. Lakin Ukrayna Minsk razılaşmalarına əməl etməyib”, - deyə Əlizadə bildirib.

Bunu ASDP sədri deyir! Bunu otuz ilə yaxındır əraziləri işğal altında qalmış bir ölkənin parlamentinin keçmiş üzvü səsləndirir! Bu siyasi luzerin nə küfr etdiyini düşünün - o, Rusiya Federasiyasının müharibə cinayətlərinin tamamilə aşkar və artıq mövcud faktlarına məhəl qoymadan NATO-nun guya, sırf hipotetik olaraq, bir vaxtlar Rusiyanı təhdid edə biləcəyinə əsaslanır! O, Ukraynaya silah və pulla yardım edən dövlətləri çaqqal adlandırır. Eyni zamanda, o, təkcə Mariupolda 20 minə yaxın insanı məhv edən Rusiyanın ünvanına bir kəlmə belə, tənqid səsləndirmir!

O, Ukraynanın qanuni seçilmiş Prezidenti, əvvəllər hamının KVN oyunlarından və o cümlədən Azərbaycanda da milyonlarla insanın izlədiyi filmlərdən, seriallardan tanıdığı sənətçini, milliyyətcə yəhudi olan Volodimir Zelenskini nasist adlandırır. O, özünü elə aparır ki, guya qondarma “LXR” və “DXR”-in “müstəqilliyini” kimin yaratdığını və tanıdığını bilmir. Qondarma “DQR”-in necə yaradıldığını bilən bir ölkənin siyasətçisi üçün heyrətamiz axmaqlıqdır. Nəhayət, o, bütün məsuliyyəti təcavüzkar ölkədən təcavüzün qurbanı olan ölkənin üzərinə atmaq istəyir.

Eyni “uğur”la A.Əlizadə “Artsax xalqının” öz müqəddəratını təyinetmə hüququ tezisinin arxasında gizlənərək, torpaqlarımızın Ermənistan tərəfindən işğalına haqq qazandıra bilərdi. Ümumiyyətlə, ASDP rəhbəri təkcə axmaqlıq etmir, həm də azərbaycanlı millət vəkili adına yaraşmayan fikirlər səsləndirir. Fikrimcə, onun gələcəkdə Ukraynaya səfərinə qadağa qoyulmalıdır. Və daha geniş desək, onu Aİ-də persona- nonqrata şəxslərin siyahısına daxil etmək lazımdır. Görək onda öz Sosialist İnternasionalındakı həmkarlarının yanına necə gedəcək.

Rusiya ilə Ukrayna arasında yaranmış gərginliyi müharibə hesab etməyən Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovla bağlı da oxşar tədbirlər görülməlidir. O da rus təbliğatının tezislərini təkrarlayır. Yalan və sinizm. Həm də A.Əlizadə ilə məsələdə olduğu kimi, bu siyasətçinin dediklərindən misal çəkməyi vacib sayıram.

“Düşünürəm ki, bu, Ukraynada faşist ünsürlərə qarşı xüsusi əməliyyatdır. Sirr deyil ki, Qərbdən asılı olan Ukrayna Prezidenti artıq ölkəsinə beynəlxalq briqada dəvət edib. Orada əsas qurbanlar yerli sakinlərdir. İnsanlara şəhərləri tərk etmək qadağandır. Dinc əhalinin arxasında gizlənən Ukrayna hakimiyyəti bu hadisələrin davam etməsinə, qanların daha da tökülməsinə şərait yaradır. Əgər Rusiya müharibə vəziyyətindədirsə, niyə yalnız hərbi obyektləri vurur? Niyə də şəhərləri dağıtmasın? Ona görə də hesab edirəm ki, Rusiya-Ukrayna qarşıdurması Qərbin planlarına əsaslanan prosesdir. Rusiyanın keçirdiyi əməliyyat Ukraynanı faşist ünsürlərdən azad etmək əməliyyatıdır. Mən bunu Rusiya-Ukrayna müharibəsi adlandırmıram. Bu, iki slavyan xalqı arasında qüvvələr müharibəsidir. Burada günahkar iki qardaş xalq arasında qarşıdurmanı yaradanlardır”, - deyə AKP sədri bildirir.

Və yenə də bu axmaqlığa, rəzilliyə şərh verəndə mənəvi çətinliklər yaranır. Bəli, AKP-nin Rusiya Kommunist Partiyasından asılılığı başadüşüləndir, amma hər şeyin bir həddi olmalıdır. Necə ola bilər ki, aşkar şeyləri inkar edərək belə yalan danışasan - bir gün də olsun heç vaxt Rusiya ərazisində müharibə aparılmayıb, Ukrayna ərazisində aparılır.

Rusiya Ukrayna ərazisini işğal edir, əksinə deyil. “Donbassın rus əhalisini qorumaq” naminə Kiyev, Xarkov bombalanır, Xerson və Mariupol yer üzündən silinir. Beynəlxalq briqadalar isə Ukraynada rus hərbçiləri yad torpağa ayaq basdıqdan sonra peyda oldular!

O ki qaldı “faşist elementlər”ə, bəli, var. Ukraynaya faşizmi Rusiya gətirib. Nə qədər A.Əlizadə, R.Qurbanov və Rusiya “beşinci kolon”unun digər nümayəndələri aşkar olanı inkar etməyə cəhd etsələr belə, həqiqət dəyişmir. Onların hamısından hesab soruşulacaq. Çünki Ukraynada saçları ağarmış 12 yaşlı uşaqlar həddindən artıq çoxdur.(AYNA)

 Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam