Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İftarda bunlarıƏSLA ETMƏYİN! - 7 VACİB TÖVSİYƏ

 Sağlam qidalanma üzrə türkiyəli mütəxəssislər vətəndaşları Ramazan ayında düzgün qidalanma barədə xəbərdarlıq edib

Yenixeber.org: Ekspertlər iftarda xəmir yeməklərini çox isti halda yeməməyi və orucu buz kimi su ilə açmamağı məsləhət görüb.
Çörəyi və xəmir yeməklərini çox isti yeməyin
Ekspertlərə görə, çörəyi isti yemək qida borusu və ağzı qıcıqlandırır, həmçinin mədə pozğunluğuna səbəb olur. Bağırsaq hərəkətlərini yavaşladır və nəticədə qəbizliyə səbəb olur. Odur ki, çörəyi mümkün qədər az və çox isti halda yeməməyə çalışın.
Sürətlə yeməyin, şorba və çayı qaynar içməyin
Orucu açanda bir çox şəxs aclığın təsiri ilə sürətlə yeməyə başlayır. Əgər siz də belə yeyirsinizsə, bu vərdişi tərgidin. Çünki çay və şorbaları qaynar içmək qida borusu və ağız içi xərçənginin yaranması ehtimalını artırır.
Orucu buz kimi suyla açmayın
Bütün gün ac qaldıqda axşama yaxın istər-istəməz boğazımız quruyur. Bu zaman ürəyimiz buz kimi su istəyə bilər. Lakin ekspertlər hesab edir ki, orucu buz kimi su ilə açmaq toxuma hüceyrələrində pozğunluq meydana gətirir və bədən müqavimətini zəiflədir.
Qəhvə və qara çayı azaldın
Yadda saxlayın ki, qəhvə və çay orqanizmin ehtiyacı olduğu suyu qarşılamır. Çay və qəhvə ürəkdə döyüntü riskini artırır və suyu əvəz etmir. Odur ki, imsakda və iftarda suya üstünlük verin.
İftarı iki mərhələyə bölün
Orucu açdıqdan sonra bədəni birdən çox yeməklə yükləməyin. Bunun əvəzinə iftarı iki mərhələyə bölün. Su və xurma ilə orucu açdıqdan sonra şorba kimi yüngül xörəklərə üstünlük verin. Bir müddət sonra əsas yeməklərə yönəlin.
İmsaka mütləq durun
Ramazan ayında imsakda durmaq çətin olsa da, oyanın və imsakda bərəkət olduğunu unutmayın. İmsakda dursanız, gün ərzində həm enerjili, həm də gümrah olacaqsınız.
Ac qarına məşq etməyin
Ac qarına idman etmək qanda şəkərin miqdarını aşağı salır. Bu səbəbdən məşq etmək üçün iftar sonrasını gözləməlisiniz. İftardan sonra templi yürüşə çıxa və ya məşq edə bilərsiniz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam