Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Cəsədlərin İrandan gətirilməsi bir neçə ay çəkə bilər - Baş Nazir

Cəsədlərin İrandan gətirilməsi bir neçə ay çəkə bilər - Baş Nazir
İranda təyyarə qəzasında həlak olan Kanada vətəndaşlarının cəsədlərinin qaytarılması bir neçə həftədən bir neçə aya qədər davam edə bilər.
Yenixeber.org: Bunu “Global News”a müsahibəsində Kanadanın Baş Naziri Justin Trudeau söyləyib.

"Bu, qurbanların ailələrinin məndən soruşduğu ən vacib suallardan biridir. Onların əksəriyyəti üçün bu, dini məsələlərlə əlaqədardır - qohumlarını mümkün qədər tez dəfn etmək. Təəssüf ki, belə vəziyyətlərdə həftələr və hətta aylar haqqında danışa bilərik", - deyə Baş Nazir əlavə edib.

Trudeau bir qrup Kanada diplomatının artıq İran vizalarını aldığını və ölən 57 kanadalının yaxınlarına konsulluq xidmətləri göstərmək üçün Tehrana getdiyini vurğulayıb.

Xatırladaq ki, İrandan Ukraynaya uçan təyyarə Tehran silahlı qüvvələri tərəfidən səhvən vurulub. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı ölüb. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 İran, 63 Kanada, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya və 3 Böyük Britaniya vətəndaşı olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam