Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ukraynadan qapımıza çatan müharibə sədası -Gürcüstan münaqişəyə cəlb olunarsa, Azərbaycan Zəngəzur dəhlizini özü aça bilərmi? 

 

Yenixeber.org: Ukrayna ətrafında gərginliyin müharibəyə keçməsi an məsələdir. Hər iki tərəf sərhəddə iri qoşun qrupları, ağır artilleriya, zirehli texnika toplayıb, intensiv kəşfiyyat və döyüş əməliyyatlarına hazırlıq işləri aparır. Gedişatdan belə nəticə çıxarmaq mümkündür ki, müharibə olarsa, bu təkcə Rusiya və Ukraynanın üz-üzə gələcəyi döyüş olmayacaq, ABŞ və NATO ölkələri proksi əməliyyatlarda fəal iştirak edəcək, eyni zamanda regionun digər dövlətləri bu və ya digər şəkildə prosesə qatılacaq. Təsvir olunan situasiya Qara dəniz regionu ilə yanaşı Cənubi Qafqaz üçün də bir sıra risklər yaradır. 

Məsələn, NATO üzvü olmağa can atan Gürcüstan Ukrayna böhranında açıq şəkildə Kiyevi və onun müttəfiqlərini dəstəkləyir. Bu günlərdə Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib ki, ölkənin seçimi Avro-Atlantik strukturlara tam inteqrasiyadır: “Bu gürcü xalqının sivil seçimidir və konstitusiyamızda da əks olunub. Gürcüstan hökuməti öz mövqeyinin müdafiəsi üçün əlindən gələni edəcək”.

Nəzərə alaq ki, qonşu ölkənin ərazisində və Qara dənizdə ABŞ və NATO hərbi infrastrukturu, döyüş gəmiləri mövcuddur. Münaqişənin hansısa mərhələsində onlardan istifadə edilməsi Rusiyanın preventiv zərbələrinə səbəb ola bilər. 

Xatırladaq ki, prezident V.Putin dəfələrlə bəyan edib ki, Rusiya təkcə ona qarşı yönələn silahları deyil, onların atıldığı məntəqələri də darmadağın edəcək. 

Belə bir ssenaridə Azərbaycan üçün çox ciddi problemlər yarana bilər. Çünki ölkənin əsas gəlirlərini təmin edən neft-qaz kəmərləri Gürcüstandan keçir, habelə ölkəni strateji müttəfiqi Türkiyə ilə bağlayan əsas quru yolla əlaqələr də bu ölkə vasitəsi ilə həyata keçirilir.

Siyasi təhlilçi Rauf Mirəqdirov bildirib ki, nəzəri baxımdan Gürcüstanın proseslərə qarışması mümkündür. Çünki bu ölkə Qara dəniz hövzəsində yerləşir. Amma reallıqda bunun gerçəkləşməsi ehtimalı o qədər də böyük deyil. Ekspert fikirlərini bir neçə səbəblə əlaqələndirir:

“Birincisi, ABŞ və NATO Ukraynaya görə Rusiya ilə birbaşa hərbi qarşıdurmaya niyyətində olduqlarını bəyan etməyiblər. Bu da Rusiya prezidenti Putini şirnikləndirir.

İkincisi, Qara dəniz hövzəsində ərazisi və limanları istifadə edilə bilinəcək ölkələrin sayı kifayət qədərdir. Bura ilk növbədə Türkiyə, daha sonra Bolqarıstan, Rumıniya və nəhayət ərazisində hərbi əməliyyatların keçirilməsi ehtimalının böyük olduğu Ukrayna daxildir. Odessa limanı Ukraynanın Qara dənizdə yerləşən ən böyük limanlarından biridir.

Üçüncüsü, mən düşünmürəm ki, ABŞ və NATO təşkilata daxil olmayan ölkələri, o cümlədən Gürcüstanı Rusiyanın hədəfinə çevirməyi qarşısına məqsəd qoyub. Bu hədsiz dərəcədə ağrılı nəticələr verə bilər. Hələlik söhbət lokal münaqişədən gedirsə, bu ssenaridə müharibə genişlənər, nəticədə münaqişəni daha da qloballaşdıra bilər. Bu da bir neçə cəbhədə müharibə aparmaq, döyüş əməliyyatları həyata keçirmək zərurəti yarada bilər. Düşünmürəm ki, Qərbin belə bir məqsədi var”.

R.Mirqədirov hesab edir ki, Gürcüstan dolayı yolla bu münaqişəyə cəlb oluna bilər. O, əlavə edib ki, bu fikirləri Gürcüstanla yanaşı digər region ölkələrinə də aiddir.

“Cəlbolunma Ukrayna ilə sıx əməkdaşlıqdan, onun təchizatından, ona sıx dəstəkdən ibarətdir. Bu zaman Gürcüstan və digər ölkələr birbaşa münaqişəyə qoşulmasa da onların Rusiya ilə münasibətlərində ciddi gərginlik müşahidə oluna bilər”, – siyasi şərhçi vurğulayıb.  

Ekspert hesab edir ki, hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın strateji neft-qaz kəmərləri üçün ciddi təhdidlər yarana bilər: “Bu, bir neçə səbəbdən mümkündür. Əvvəla, kəmərlər münaqişəyə cəlb olunacağı ehtimal olunan Gürcüstan və Türkiyənin ərazisindən keçir. 

İkinci təhlükə daha az görünür, amma ciddidir. Məlumdur ki, Rusiya Ukraynaya hücum edərsə, Moskvaya qarşı çox ciddi sanksiyalar nəzərdə tutulur. Qərb liderləri bilavasitə Putinin özünə və ölkənin müxtəlif sektorlarına ağır məhdudiyyətlər tətbiq edəcəklərini deyiblər. Əgər münaqişə bu ssenari üzrə daha da böyüyərsə, Avropanın neft-qaz təchizatında ciddi problemlər yarana bilər. Bu situasiyada ABŞ və Qərb alternativ neft-qaz istehsalçıları ilə danışıqlar aparacaqlar. Bunu heç gizlətmirlər və sözsüz ki, bu da Rusiyanın maraqlarına toxunan məsələdir. Məlumdur ki, Putin Qərbi əsasən əlindəki güclü enerji alətləri ilə şantaj edir. Almaniya və digər ölkələrin Rusiya qazından ciddi şəkildə asılı olması bu asılılığa şərait yaradır. Sözsüz ki, alternativ istehsalçıların Rusiya məhsullarını əvəzləməyə çalışması Moskvada xoş qarşılanmayacaq. Azərbaycan Avropanın ehtiyaclarını ödəmək iqtidarında olan böyük ixracatçı olmasa da, onun ərazisindən və neft-qaz kəmərlərindən tranzit kimi istifadə edilə bilər. Bu da Şərq-Qərb enerji dəhlizi üçün kifayət qədər ciddi problemlər deməkdir”. 

Politoloq Fərhad Məmmədov isə Gürcüstanın münaqişəyə cəlb olunmasını nəzərdə tutaraq deyir ki, əgər bölgədə Azərbaycanın maraqlarına uyğun olmayan toqquşmalar baş verərsə, artıq Azərbaycanın quru yolla Türkiyəyə birləşmə məsələsi aktuallaşacaq: 

“O zaman Zəngəzur dəhlizi hansısa kommunikasiya layihəsi olmayacaq, varlığımızı təmin etmək üçün zərurətə çevriləcək. Buna əsaslanıb bizim əsgərlərimiz 40 kilometrlik yolu təmizləyə bilərlər. Biz bu situasiyaya hazır olmalıyıq. Təsadüfi deyil ki, Azərbaycan prezidenti bu ərəfədə Ukraynaya səfər etdi, daha sonra Rusiya prezidenti ilə də telefonda danışdı. Eyni zamanda Türkiyə də müəyyən təşəbbüslərlə çıxış etdi”.

Ekspertin sözlərinə görə, hazırkı regional geosiyasət onu diktə edir ki, Gürcüstan ərazisindən keçən kommunikasiya xətlərinə müəyyən təhlükələr yarandığı halda Azərbaycan Zəngəzur dəhlizini öz gücünə açmağa hazır olmalıdır. “Gürcüstan ərazisi Rusiyaya qarşı istifadə olunsa, Rusiya da buna cavab olaraq hərbi addımlar atacaq. Bilirsiniz ki, Gürcüstandakı Rusiya hərbi qüvvələri bizim kommunikasiya xətlərinin cəmi 1 kilometrliyində yerləşir. Əlbəttə, təhdid yaranan kimi bu xətlərin işi dayanır. Nəticədə, hələlik iqtisadi olmasa da, Türkiyə ilə hərbi-strateji bağlantımız qapanır. Əgər Rusiya Gürcüstanda belə bir əməliyyat planlaşdırırsa, Azərbaycanın atacağı addımları nəzərə almalıdır. Çünki biz çox qısa bir müddətdə Zəngəzur dəhlizində qeyd etdiyim əməliyyatı həyata keçirəcəyik”, – politoloq vurğulayıb. 

F.Məmmədov qeyd edir ki, Gürcüstan öz ərazisindən Rusiyaya qarşı NATO-nun hər hansı addım atmasına imkan verməməlidir: “Bu ölkənin hərbi ittifaqa inteqrasiyası onun suveren hüququdur, amma ərazisindən Rusiyaya qarşı istifadə olunmasın. Azərbaycanın regional siyasəti də bu istiqamətdə köklənməlidir ki, region bu münaqişədən kənarda qalsın”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam