Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ukraynada NATO – Rusiya hərbi gərginliyinin pərdəarxası məqamları: Azərbaycan nə etməlidir?-ŞƏRH

 

“Avropada Rusiya ilə NATO arasında müharibə olmaz. Hələlik bir-birinə hərbə-zorba gəlirlər. Axırda bir nöqtədə uzlaşacaqlar”.

Yenixeber.org: Bu sözləri siyasi analitik Nazim Cəfərsoy Ukrayna ətrafında yaşanan geosiyasi gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya ilə Qərb arasında NATO üzərindən rəqabətin müxtəlif məqamları var:

             Qərb konteksində:

ABŞ üçün bu öncəliklə son illərdə daxili ittifaqı əməlli başlı sarsılan NATO üzvlərini ittifaq ətrafında yenidən təmərküzləsdirməyi hədəfləyir.

İkincisi, bu prosesin məqsədi Qərbdə soyuq müharibə dövrünün Sovet/Rus təhlükəsini xatırlatmaq və son illər Rusiya ilə sıx əməkdaşlıq edən Almaniya, Fransa, Türkiyə və bənzəri ölkələri daha ehtiyatlı davranmağa məcbur etməkdir.

Üçüncüsü, ABŞ getdikcə güclənən qlobal güc mübarizəsində oz tərəfdarlarını oz ətrafında daha güclü formada təmərküzləsdirməyi hədəfləyir.

Dördüncüsü, ABŞ NATO üzərindən Rusiyanın hərbi xərclərini artırmağı və SSRİ dövründə nəticə verən bənzər strategiya ilə böhrana sürükləməyə çalışır.

Beşincisi, ABŞ Rusiya ilə son gərginlik sayəsində başda F-35 təyyarələri olmaq üzrə öz hərbi sənayesi üçün Avropa ölkələrinin istək və tələbatını artırmaqdadır.

Altıncı, Rusiya ilə böhran pandemiya sırasınada xeyli durğunluşan ABŞ və bütövlükdə Qərb iqtisadiyyatına hərbi sənaye üzərindən yeni bir impuls verməkdədir.

                     Rusiya konteksində

Ancaq məsələnin diğər tərəfi də var. O digər tərəfə baxanda isə bunu görmək olar:

Əvvəla, Qərbin Rusiya ilə iqtisadi və siyasi amillərlə müqayisədə rəsmi Moskvanın qlobal mənada xeyli güclü olduğu hərbi amil üzərindən rəqabətə girməsi Kremlin üçün daha uyğun görünür. Unutmayaq ki, Rusiyanın ABŞ-la real mənada bərabər gücə malik olduğu tək faktor nüvə silahıdır. Yenə unutmayaq ki, bütün hərbi hesabatlarda Rusiya ordusu ABŞ-dan sonra ən mühüm ikinci hərbi güc hesab edilir.

İkincisi, Qərblə hərbi mənada rəqabət Rusiya hakimiyyətinə həm elitasını, həm də xalqını xarici düşmənə qarşı daha asan səfərbər etmək imkanı verməkdədir. Halbuki siyasi və iqtisadi motivli rəqabətdə Kremlin elitanı və xalqı Qərbə qarşı bu qədər asan səfərbər edə bilməz.

Ücüncüsü, Qərb-Rusiya böhranı qaz və neft qiymətlərini çox daha yüksəklətməkdədir. Yaxın 5-10 il ərzində bu iki strateji maddəyə bir əvəz edici tapılmayaacagına görə bundan həm iqtisadi, həm də strateji menada Rusiya karlı çıxar. Enerji qıtlığı vəya yüksək qiyməti yaşayan Avropalılar bunun siyasi fakturasını ABŞ-a aktiv dəstək veren öz hökümətlərinə kəsərlər! Bu prosesdə Avropada Kremlinin əlatdan dəstəklədiyi radikallar xüsusi fəallıq göstərəcəklər.

Dördüncüsü, Qərb-Rusiya gərginliyi Rusiya-Çin əməkdaşlığını gücləndirməyə xidmət edir. Günün sonunda bu prosesdən ictimai təzyiq problemi olmadan xarici siyasətdə daha rahat və sürətli hərəkət edən Rusiya- Çin ittifaqının karlı çıxması ehtimalı var.

Qeyd edilənlər kontekstində Qərb və Rusiyanın bir nöqtədə uzaqlaşacagı ən yüksək ehtimal kimi görünür. Nüvə silahlarına sahib ölkələrin Avropanın ortasında nəinki böyük, hətta kiçik müharibəsi belə böyük faciə olar…

                 Azərbaycan konteksində

Əvvəla, Qərb və Rusiya arasında NATO mərkəzli hərbi rəqabət Kremlin üzərində Avrusyaçı xəttin daha da güç qazanmasını təşviq edir. Bu da dünyada Rusiyanın ənənəvi imperyal iddialarını ənənəvi metodlarla (hərbi təzyiq,. işğal, separatizmi dəstəkləmək və s.) həyata keçirmə həvəsini gücləndirir. Bunun ilk hədəfi isə post sovet coğrafyadır.

İkincisi, Qərblə-Rusiya arasındaki hərbi-siyasi xarakterli böhran post sovet ölkələrini seçimə zorlamağa məcbur edir. Moskva bu durumu keçmiş sovet ölkələrini daha güclü təzyiq altına almaq üçün istifadə edir. Bu proses Azərbaycan, Özbəkistan və bənzəri ölkələri daha güclü Rusiya təzyiqi ilə üz üzə gətirir.

Üçüncüsü, Gürcüstan və Ukraynanın NATO üzvülüyü bu ölkələr üçün John Hertzin (Con Herts) vurğuladığı “təhlükəsizlik dilemması” problemini daha da artırma təhlükəsi yaradır. NATO üzvülüyü Ukrayna üçün Donbas və Luqanskın “müstəqilliyini” elan etməsi və bu coğrafiyaya Rusiyanın öz hərbi bazalarını yerləşdirməsi mənasına gələcək. (Bunu Gürcüstanda 2008-də gördük.) Hətta bu iki bölgenin Rusiya dəstəyi ilə oz ərazilərini daha da genişləndirməsi yüksək bir ehtimaldır. (Bunu qondarma DQR nümunəsində Azərbaycanda görmüşdük.) Plüralist və ictimai dəstəyin kritik önəmdə olduğu Qərbin bu durumda dünyada ən çox nüvə silahına malik Rusiyaya qarşı effektiv nə edəcəyi isə böyük bir sualdır!(Qərbin mövqeyini 2008-də Gürcüstanda və 2014-də Ukraynada görmüşdük.) Azərbaycan və Türkiyənin həm Ukrayna, Ankaranın isə NATO və Rusiya nəzdində həmlələrlə durumu yumuşatma cəhdləri etməsi faydalı olar.

Dördüncüsü, Qərb-Rusiya NATO üzərindən hərbi gərginliyi Gürcüstanda Cavahetiya başda olmaqla yeni etnik münaqişələr deməkdir. Bunun ən mühüm hədəflərindən birinin Azərbaycanı Türkiyə və Qərbə bağlayan strateji lahiyələr olacağını isə yəqin hər kəs təxmin edir. “NATO üzvü Gürcüstan” Rusiyanın Qafqaz sərhəddinə çox sayda qoşun yığması və hətta nüvə silahı gətirməsi deməkdir. (Hal hazırda Ukrayna sərhədində bu baş verir.) Üstəlik artıq iki NATO üzvü ilə qonşu olan Ermənistanda Rus hərbi gücünün artmasını və nüvə silahı yerləşdirilməsi də gündəmə gələcək. Dahası Rusiya bütün imkanlarını istifadə edərək Azərbaycan KTMT üzvülüyunə ya da ikili güclü hərbi əməkdaşlığa məcbur etməyə çalışacaq! Qafqazdakı bu durum Türkiyə-Rusiya hərbi gərginliyi də deməkdir! Azərbaycan və Türkiyənin bu prosesdə gərginliyi yumuşadıcı rol oynaması zəruridir. 2008 təcrübəsi yaşayan və İvanişvili mirasının davamçısı mövcud Gürcü hökumətinin NATO üzvülüyü mövzusuna həvəsli olmasına isə doğrusu şübhəli baxıram.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam