Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Astanada gözləyən bahar:Qazaxıstandakı etirazların ssenaristi və baş qəhrəmanı kimdir? 

Yenixeber.org: Qazaxıstanda başlanmış xalq etirazları bütün dünyanın diqqət mərkəzindədir. Bu mənzərədə və nəticədə yaranacaq durumda böyük güclərin hansı rol oynayacağı hər kəsə maraqlıdır. Çin, Rusiya, ABŞ kimi geosiyasi nəhənglərin prosesdə hansı maraqları güdə biləcəklərinə nəzər salaq. 

                     Çin 

Qazaxıstan iqtisadiyyatı üçün mühüm ölkələrdən biridir. Amma burada önəmli məqam model məsələsidir. Qazaxıstan da Çin iqtisadi modelinə uyğun bir sistem qursa da, bunu olduğu kimi təkrar etməyib. Ölkədə orta və yeni nəsil məmurların, eynilə biznes adamlarının böyük əksəriyyəti Qərbdə, xüsusilə ABŞ-da təhsil almış şəxslərdir. Çində Kommunist Partiyasının təkbaşına hakimiyyəti bərqərardır, lakin Qazaxıstanda bu, hər halda rəsmən, belə deyil. Yəni çoxpartiyalı siyasi fəaliyyətə faktiki qadağalar var, amma bu rəsmiləşdirmək mümkün olmayıb. Nazarbayevin başqa bir statusda özünü prezidentlikdən uzaqlaşdırması da hansısa neqativ fors-majordan yayınmaq taktikasına bənzəyir. Ola bilsin, o, indi baş verənlər barədə heç ehtimal da etməyib, amma indi məlum olur ki, bu addım onu qorumağa xidmət edib. Bir sözlə, Qazaxıstan Çin ola bilmədi.  

                     Rusiya 

Qazaxıstanı bir müttəfiq yoxsa, rəqib kimi görürdü? Bu sualın cavabı hələ Moskva üçün də aydın deyil. Putin və ya rus siyasi elitası vaxtaşırı, hətta yaxın tarixdə belə bir dövlətin olmadığını, Orta Asiya dövlətlərinin SSRİ-nin səhvindən törədiyini deyirdilər. Bu, təkcə Nazarbayev hökumətinin ölkəni rus demoqrafik təsirindən təmizləmə siyasətinə olan qıcıqdan yaranmırdı, təbii ki. Ruslar əmin idilər ki, ölkənin təhsil sisteminin Qərbdən qidalanması yeni siyasi və geosiyasi seçimləri Rusiyadan yana etməyə imkan verməyəcək. Yəni, Putin günün birində Qazaxıstanın əldən gedəcəyini bilirdi. Yeri gəlmişkən, Tatarıstan barədə də eyni əndişə və sancılar var. 

                 Qərb

ABŞ bu prosesin harasındadır? Dediyimiz kimi, təhsil məsələsində Astana ilə ciddi əməkdaşlıqlar ediblər. Amma heç şübhəsiz, Rusiyanın Avrasiya İttifaqında birləşdiyi, özündən sonra ikinci ən böyük ölkə siyasi etirazlar dalğasında keçirsə, burada ABŞ-ı məmnun edən çox şey tapmaq olar. Həm də ona görə ki, Putin elə dünən NATO və Qərbdən keçmiş SSRİ  ərazisinə girməyəcəyinə dair yazılı öhdəlik istəyir, bəyanat notalar verirdi. Bu vəziyyət isə Putini əvvəlki mövqeyindən xeyli geri atdı. Ukrayna, Belarus cəbhəsində müəyyənlik qazanmadan Qazaxıstan cəbhəsinin açılması Moskvanı mütləq zəiflədəcəyi kimi Qərbi də gücləndirmiş olacaq. 

                  Əsas dərs 

Aydın olur ki, uzun müddətdir siyasi fəallığı olmayan qazax cəmiyyəti heç də hər şeyə biganə deyilmiş. Üstəlik, iqtisadi azadlıqların olması xalqı siyasətdən əl çəkməyə vadar edə bilməyib. Bir sözlə, Cənub Şərqi Asiya iqtisadi modeli Orta Asiyanın nəhəngi Qazaxıstan üçün sabit model olmadı. Burada siyasi azadlıqların mütləq hakim olması üçün proses başlamaqdadır. Unutmaq olmaz ki, quru çörək tələb etmək belə siyasi aksiyadır və siyasi hüquq davasıdır. Çünki bütün siyasi hüquqlar ilk növbədə insanların təbii hüquqlarının bərpasından başlayır. Yəni toplumlar öncə yaşamaq, daha sonra isə ləyaqətlə yaşamaq mücadiləsi verirlər. Bu məntiqlə, Qazaxıstanda baş verən hadisələrin əsas ssenaristi də, baş qəhrəmanı da qazax xalqıdır. Onun öz hüquqları uğrunda ilk addımı da bütün bölgə üçün mühüm rol oynayacaq. 

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam