Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Nazarbayevdən Azərbaycana daha bir jest-  FOTO

Bu ölkədə yaşayan 6 azərbaycanlı mükafatlandırıldı.

 

Yenixeber.org: Qazaxıstanın müstəqillik günü ərəfəsində prezident Nursultan Nazarbayevin sərəncamı ilə 6 azərbaycanlı ölkənin inkişafında göstərdiyi xidmətərlə görə müxətlif orden və medallarla təltif edilib.

Onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata 2-dərəcəli Dostluq medalına layiq görülüb.

Bu son 5 ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndəsinə verilən ən yüksək mükafatdır. Təltif olunanlar sırasında müxtəlif sahələrdə çalışan Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev, Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da var.

Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır. Son illər prezident Nursultan Nazarbayev Azərbaycan icmasına xüsusi diqqəti ilə də yadda qalıb.

Parlament və yerli məslixata seçkilərdə azərbaycanlıların seçilməsi bunu bir daha sübut edir.

Qazaxıstan Xalqlar Assambleyasının xətti ilə Nursultan Nazarbayevin köməkçisinin də məhz azərbaycanlı olması Qazaxıstan cəmiyyətində azərbaycanlıların mövqeyinin daha da möhkəmlənməsindən xəbər verir. Qazaxıstan Xalqlar Assambleyasının açıqlamasına görə dövlət mükafatları alanlar arasında elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahəsində çalışanlar, ö cümlədən yüksək çinli məmurlar da var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam